Məhkəmə qərarları › İş №3(006)-2739/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2739/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2739/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol tərtib etmiş şəxs: Polisi İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsi inspektoru Cəbrayılov İlkin Vidadi oğlunun Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.2003-cü ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, ev 25/137-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.3-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 20 may 2023-cü il tarixdə, saat 21:56 radələrində sərxoş vəziyyətdə etibarnamə əsasına idarə etdiyi «Chevrolet Cruze minik» markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov ilə Füzuli küçələrinin kəsişməsində qırmızı işıqda yol ayrıcına daxil olarkən sağdan Füzuli küçəsi ilə yaşıl işıqda hərəkətdə olan “Honda İnsight” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsini törətmiş, nəticədə sonuncu avtomobilə zərər vurulmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, Şəxs 20 may 2023-cü il tarixdə, saat 21:56 radələrində idarə etdiyi «Chevrolet Cruze minik» markalı, 10RY719 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə Fizuli küçələrinin kəsişməsində qırmızı işıqda yol ayrıcına daxil olarkən sağdan Fizuli küçəsi ilə yaşıl işıqda hərəkətdə olan “Honda İnsight” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Məlum olmuşdur ki, Şəxs avtomobili sərxoş halda idarə etmişdir. Hadisə nəticəsində hər iki avtomobilə zərər dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, etibarnamə əsasında idarə etdiyi «Chevrolet Cruze minik» markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 20 may 2023-cü il tarixdə, saat 21:56 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov ilə Füzuli küçələrinin kəsişməsində qırmızı işıqda yol ayrıcına daxil olaraq yolu keçəcəyini düşünmüş, bu zaman sağdan Füzuli küçəsi ilə yaşıl işıqda hərəkətdə olan “Honda İnsight” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. O, barda inzibatçı işləyir, həmin günü bir qədər hazırladığı alkoqollu içki qəbul etsə də, sərxoş halda olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2/12658 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs aşkar olunan alkoqolun miqdarı 0,553 promil təşkil edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməsi tam sübuta yetirilir və buna görə o, həmin maddə üzrə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh növü tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə baxılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqsədəuyğun hesab etmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar