Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2742/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsn (bundan sonra Şəxs MMC) nümayəndəsi və vəkili Nümayəndə2, Şəxs MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, o, 49557.19 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 35696.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə təqdim etdiyi vəsatətinə uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “X1” MMC barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bununla bağlı bildirirlər ki, “Precedence Technologies” LLC ilə “X1” MMC arasında Malların tədarükü və çatdırılması xidmətləri haqqında satınalma sifarişi (Purchase order) bağlanmışdır. Həmin sənədə əsasən “Precedence Technologies” LLC şirkətinin Malların tədarükü və çatdırılması xidmətlərinin ümumi dəyəri 66,076.25 ABŞ dolları təşkil etmişdir. RC/L-003/22 nömrəli satınalma sifarişinə əsasən “Precedence Technologies” LLC-yə The Ritz-Carlton Otelində istifadə edilməsi üçün 678 ədəd telefon sifariş edilmişdir. Tərəflər arasında bağlanmış müqavilədə 3-cü tərəfi cəlb etməmək kimi bir qadağa olmadığından “Precedence Technologies” LLC “X1” MMC ilə aralarında bağlanmış müqaviləni icra etmək məqsədilə Çinin Yixing şəhərində yerləşən "xxxx" şirkəti ilə müqavilə bağlanmış, “Precedence Technologies” LLC-nin köməkliyi ilə “X1” MMC üçün Çin Xalq Respublikasından ümumi dəyəri 35696,00 ABŞ dolları olan 678 ədəd telefon gətirilmişdir. Malların sayı və dəyəri RC/L-003/22 nömrəli satınalma sifarişində öz əksini tapmışdır. Gələn mallar Dövlət Gömrük Komitəsinə **********4307 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmçinin nəzərə çatdırılır ki, bu əməliyyatlar aparılarkən Dövlət Gömrük Komitəsinə "xxxx" Şirkətinə 35696,00 ABŞ dolları məbləğində pulun ödənilməsinə dair PO 161472 nömrəli kommersiya invoysu (commercial invoice) və bu əməliyyatları əsaslandıran məktub təqdim edilmişdir. Bütün bu sənədlər Dövlət Gömrük Komitəsi tərəfindən mötəbər sayılaraq qəbul edilmiş və bəyan edilən malların ölkəyə idxalına icazə verilmişdir. Beləliklə, ödənilmiş pul vəsaitinin əvəzinə ölkəyə mallar gətirilmiş və bəyan edilmişdir. Lakin "xxxx" ASC “Precedence Technologies” LLC ilə “X1” MMC arasında olan müqaviləni və “Precedence Technologies” LLC və "xxxx" şirkəti arasında olan müqaviləni və bəyannamədə öz əksini tapmış məlumatları düzgün təhlil etməmiş, ölkəyə idxal edilən malların elə məhz “X1” MMC tərəfindən sifariş edilmiş mal olduğunu araşdırmayaraq Azərbaycan Respublikası Mərkəzi Bankına səhv olaraq məlumatları təqdim etmişdir. X3 tərəfindən əsassız olaraq “X1” MMC barəsində xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - Ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən Qazaxıstan Respublikasında yerləşən “Precedence Technologies” LLC şirkətinin hesabına xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 49557,19 ABŞ dolları məbləğində pul göndərilmişdir; - **********4307 saylı gömrük bəyannaməsi və həmin bəyannaməyə əlavə vərəqi üzrə 35696,00 ABŞ dolları dəyərində mal 2 il müddətində ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə Qazaxıstan Respublikasında yerləşən “Precedence Technologies” LLC şirkətinin hesabına xx.xx.2022-ci il tarixli müqavilə üzrə 49557,00 ABŞ dolları məbləğində xarici valyutada vəsait hesabına alınan mallar ölkəyə vaxtında idxal olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2742/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2742/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver