Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2745/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərarından şikayətçi X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, həmin qərardan şikayət isə Nəsimi Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Yəni, şikayət qanunvericiliklə qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddətin ötürülməsi ilə verilmişdir. Bundan başqa, şikayətçi tərəfindən buraxılmış müddətin bərpa edilməsi ilə bağlı vəsatət şikayətə əlavə edilsə də, həmin vəsatətdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərarı nə vaxt əldə etməsi və yaxud ona na vaxt təqdim edilməsi barədə heç bir qeyd aparılmamışdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, S.N.Vəliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki- Zaqatala-Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi iş üzrə qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərarından şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ şikayətçi X2 izah edilsin. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2745/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2745/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver