Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2745/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024cü il tarixdə saat 09:00-da “KİA SPORTAGE minik” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 335 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:40-da X4 qeydiyyatçı Vəliyeva bildirmişdir ki, Nəsimi rayonu, D.Əliyeva küçəsində YNH-i zamanı, xx.xx.2005-ci il təvəllüdlü X2 alın nahiyyəsinin sıyrılmış yarası və qolun əzilməsi xəsarəti almışdır. İş materiallarına əsasən izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 09:00 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “KİA SPORTAGE minik” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə üzü R.Behbudov küçəsi istiqamətində hərəkət edirdi. Həmin vaxt qarşıda olan piyada keçidinə yaxınlaşmış və piyadaları buraxıb hərəkətə başlayarkən ehtiyatsızlıq nəticəsində yolun sol tərəfindən sağ tərəfinə keçməkdə olan bir nəfər tələbə görmənin kor nöqtəsinə düşdüyü üçün ehtiyatsızlıq nəticəsində avtomobilin ön sol hissəsi ilə onu vurmuşdur. Həmin qız öz müvazimətini itirib yerə yıxılmışdır. O dərhal avtomobildən düşərək həmin qıza öz köməkliyini etmişdir və onu müayinə etdirmək üçün xəstəxanaya aparması barədə dəfələrlə ondan soruşmuşdur. Lakin zərər çəkmiş şəxs imtina etmişdir. İş materiallarına əsasən izahatı alınmış zərər çəkmiş şəxs X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 09:00 radələrində oxuduğu universitetə gedirdi. Həmin vaxt, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində S.Vurğun parkının yaxılığında olan piyada zolağı ilə yolu keçirdi. Həmin vaxt yolun orta hissəsində olarkən sağ tərəfdən hərəkətdə olan sonradan marka və nişanını gördüyü “KİA SPORTAGE minik” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilin ön hissəsi ilə onu piyada zolağının üzərində vurmuşdur. Zərbənin təsirindən o xəsarət alaraq asfalt üzərinə yıxılmışdır. Hadisənin törədən və adını bilmədiyi kişi sürücü maşından düşərək ona yaxınlaşıb köməklik etmişdir və ona parka tərəf keçirdi. Daha sonra isə o ətrafa olan insanların köməkliyi ilə yaxın qohumuna hadisə barədə məlumat vermişdir. Hadisə yerinə xalası gəlmişdir və hadisəni törədən sürücü öz mobil nömrəsini xalasına dedikdən sonra bir qədər hadisə yerində gözləyib daha sonra hadisə yerini tərk etmişdir. Bundan sonra o qolunda və baş nahiyəsində şiddətli ağrılar olduğu üçün halı pisləşmişdir və ürək bulanma olduğuna görə xalası ilə birlikdə City Hospital gedərək həkimə müraciət etmişdir. Hospitalda həkimlər tərəfindən müayinə edilmişdir və ilkin tibbi yardım göstərildikdən sonra öz razılığı ilə evə buraxılmışdır. Hazırda ev şəraitində müalicəsi davam edir. Hadisəni törədən sürücü onun müalicə xərclərini və ona dəymiş maddi ziyanı ödəməmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 xx.xx.2024-cü il tarixli, 633 nömrəli rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması ilə müşayiət olunan başın ənsı nahiyəsinin qanayan açıq yarası və şişkinlik halında əzilməsi, sol çiyin nahiyəsinin ağrı sindromu ilə ifadə olunan yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X6 klinikasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X1 bədənində qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2745/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2745/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver