Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2747/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Nəsimi RPİ-nin DYPŞ tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs QSC “Hyundai Accent” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə, saat 12:56-da inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi E.V.Mursaqulov ərizə ilə müraciət edərək bildirmişdir ki, Nəsimi RPİ-nin DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" QSC “Həkim- Sanitar Xidmətinin Bakı X2” MMC-yə mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat verməsi üçün sorğu göndərilmiş, lakin sorğuya bu günə qədər cavab verilməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd edirik ki, inzibati xəta törədilən nəqliyyat vasitəsi QSC-nin mülkiyyətində və onun balansında deyil. Sözügedən nəqliyyat vasitəsi “Həkim-Sanitar Xidmətinin Bakı X2” MMC-nin mülkiyyətindədir. Bildirmişdir ki, “Həkim-Sanitar Xidmətinin Bakı X2” MMC (VÖEN: **********) adlı hüquqi şəxs "xxxx" QSC-nin (VÖEN: **********) törəmə müəssisəsidir və ayrıca hüquqi şəxsdir. Göründüyü kimi inzibati xətalar qanunvericiliyi törəmə müəssisənin deyil, hüquqi şəxsin inzibati məsuliyyətini nəzərdə tutur. Nəsimi RPİ-nin DYPŞ isə bu vacib xüsusata heç bir əhəmiyyət verməmiş, inzibati xəta haqqında protokolda adı göstərilən qurumun mövcudluğunu araşdırmadan protokol tərtib etmişdir. İş materiallarında olan Nəsimi rayon polis idarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən “Həkim-Sanitar Xidmətinin Bakı X2” MMC-yə ünvanlanmış sorğudan görünür ki, məktub ünvan 2 ünvan məhz “Həkim-Sanitar Xidmətinin Bakı X2” MMC-nin hüquqi ünvanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" QSC-nin Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Cəmiyyətin hüquqi ünvanı ünvan 4 haqqında protokola "xxxx" QSC-nin iştirakı ilə deyil “Həkim-Sanitar Xidmətinin Bakı X2” MMC-nin iştirakı ilə baxılmalıdır. Göstərilən halları nəzərə alaraq iş materiallarının geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Nəsimi RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi RPİ DYPŞ İTÜBİ-nin Mərkəzi Məlumat Xidmətinin Şəxs QSC-yə ünvanladığı “Hyundai Accent” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə, saat 12:56-da inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin sorğu xx.xx.2022-ci il tarixdə Şəxs QSC-nin məsul şəxsi tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, “Hyundai Accent” minik markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs QSC-nin balansında deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2747/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2747/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver