Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2747/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 28 avqust 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, əcəmi Naxçıvani küçəsi ev 6, mənzil 16-da qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Y/S ev 5-də yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:21 radələrində Bakı şəhər; Nəsimi rayonu Xan Şuşinski küçəsi ilə hərəkətdə olan Şəxs Sirajdinovna özünə məxsus olmaqla sürücülük hüququ əsasında idarə etdiyi “Hyundai İX35” minik markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman, həmin küçə ilə Hənifə Ələsgərova küçəsinin kəsişməsində yerləşən “Stop 2.5” (dayanmadan keçmək qadağandır) üstünlük nişanı tələbini pozaraq, Hənifə Ələsgərova küçəsi ilə “2.1 baş yol” üstünlük nişanı ilə hərəkətdə olan sürücülük hüququ olmaqla özünə məxsus olan texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai İ30” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin anidən qarşısına çıxması səbəbindən ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində “Hyundai İ30" minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs diz oynağında hərəkət məndudluğu ilə müşayiət olunan sağ dız oynağı və sağ baldır nahiyələrinin qançırşişkinliyi (hematomasi), sağ baldır nahiyəsinin qançırı xəsarəti ilə nəticələn, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə 13:21 radələrındə “Hyundai İX35” minik markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə hərəkətdə olmuşdur. Həmin vaxt avtomobildə ondan başqa heçkəs olmamışdır. O, avtomobili Xan Şuşinski küçəsi ilə idarə edərək, Nəsimi rayonu Hənifə Ələsgərova küçəsinin kəsişməsinə çatmış, bu vaxt yolun H.Ələsgərova küçəsi ilə hərəkətdə olan qara rəngli avtomobilin gəldiyini görmüş və orada həmin qara rəngli avtomobil keçməsi üçün sürət həddini minimuma endirmişdir. Lakin onun hərəkət zolağında olan “Stop” qadağan edici yol nişanını tələbini pozaraq, hərəkət etdiyi üçün qara rəngli avtomobilin sağ arxa hissəsi ilə hərəkətdə olan avtomobili görmədən onun qarşısına çıxmışdır. Həmin vaxt onun avtomobilin qabaq hisəssi boz rəngli "Hyundai” markalı avtomobilin sol qabaq hissəsinə dəyərək toqquşmuşdur. Zərbənin təsirindən boz rəngli avtomobil idarə etməni itirərək, yolun Hənifə Ələsgərova küçəsində yerləşən sağ səkinin üzərinə doğru hərəkət edərək maneə dəymişdir. Onun idarə etdiyi avtomobilin isə qabaq hissəsi yararsız vəziyyətə düşmüşdür. Bundan sonra o, avtomobildən düşmüşdür. Həmin vaxt zərbənin təsirindən onun sol ayaq nahiyəsindən əzik xəsarəti almışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə “Semaşko” xəstəxasına müayinə olunması üçün getmişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirtmişlər. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati iş üzrə cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyə ünvanladığı ərizədə məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etoraz etmədiyini bildirmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 tərəfindən verilən xx.xx.2025-ci il tarixli 304 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - sağ diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı və sağ baldır nahiyələrinin qançır-şişkinliyi (hematomasi), sağ baldır nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 9-11 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün “X1 və Ortopediya İnstitutunun"a müraciət etdiyi xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Muxtar Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-225 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxsna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2747/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2747/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver