Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2748/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024cü il tarixdə saat 20:36-da “TOYOTA PRİUS minik” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xx.xx.2016-cı il təvəllüdlü X1 yüngül bədən xəsarəti vurmuşdur. Nəticədə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əməlindən peşman olduğunu bildirərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 20:36 radələrində etibarnamə ilə idarə etdiyi “TOYOTA PRİUS minik” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə hərəkətdə olan vaxt Vaqif küçəsinin kəsişməsində gözləmədiyi üçün Vaqif küçəsindən hərəkətdə olan X3 idarə etdiyi “HYUNDAİ İ30” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sol arxa tərəfdə əyləşən X6 xəsarət almışdır. Ora TYY-yə çağırmışdırlar və TYY-yə onu KTM-ə aparmışdır. Barəsində yüngül inzbati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 227 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:56-da DİN TŞX-nin operatoru Xıdırova məlumat vermişdir ki, Vaqif küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində “HYUNDAİ İ30” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “TOYOTA PRİUS minik” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. 8 saylı TYY həkimi Dadaşov məlumat vermişdir ki, YNH-si zamanı, xx.xx.2016-cı il təvəllüdlü X6, başın alın nahiyyəsinin kəsilmiş deşilmiş yarası ilə müayinə olunmuşdur. İş materiallarına əsasən izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:36 radələrində etibarnamə ilə idarə etdiyi “TOYOTA PRİUS minik” markalı **-OT- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə hərəkətdə olan vaxt Vaqif küçəsinin kəsişməsində gözləmədiyi üçün Vaqif küçəsindən hərəkətdə olan X8 etibarnamə ilə idarə etdiyi “HYUNDAİ İ30” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sol arxa tərəfdə əyləşən X6 xəsarət almışdır. Ora TYY-yə çağırmışdırlar və TYY-yə onu KTM-ə aparmışdır. Avtomobilin sürəti 40 km/saat idi. Avtomobilə ziyan dəymişdir. İş materiallarına əsasən izahatı alınmış zərər çəkmiş şəxsin (X2) qanuni nümayəndəsi X7 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:36 radələrində o restoranda olan vaxt sürücü Samir ona zəng edərək maşınla qəza törətdiyini bildirmiş və onun oğlu olan xx.xx.2016-cı il təvəllüdlü, X6 xəsarət almışdır. O hadisə yerinə gəlmişdir, orada ona məlum oldu ki, X4 idarə etdiyi “HYUNDAİ İ30” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu Vaqif küçəsi ilə hərəkətdə olan vaxt Xan Şuşinski küçəsinin kəsişməsində həmin küçədə hərəkətdə olan Şəxs idarə etdiyi “TOYOTA PRİUS minik” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə gözləmədiyi üçün toqquşmuşlar. Oğlu maşında arxa sol tərəfdə əyləşmiş və xəsarət almışdır. Ora TYYyə çağırmışdırlar və TYY-yə onu KTM-ə aparmışdır. Sonra o oğlunu müayinə üçün X13 aparmışdır. Oğlu xəsarət almışdır. Hadisə ilə bağlı onun Şəxs heç bir şikayət və tələbi yoxdur. O xahiş etmişdir ki, araşdırmaya xitam verilsin. İş materiallarına əsasən izahatı alınmış X9 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:36 radələrində etibarnamə ilə idarə etdiyi “HYUNDAİ İ30” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu Vaqif küçəsi ilə hərəkətdə olan vaxt Xan Şuşinski küçəsinin kəsişməsində həmin küçədə hərəkətdə olan Şəxs idarə etdiyi “TOYOTA PRİUS minik” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə gözləmədiyi üçün toqquşmuşlar. Maşında arxa sol tərəfdə əyləşmiş X6 və xəsarət almışdır. Ora TYYyə çağırmışdırlar və TYY-yə onu KTM-ə aparmışdır. Avtomobilin sürəti 60 km/saat idi. Avtomobilə ziyan dəymişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 xx.xx.2024-cü il tarixli, 363 nömrəli rəyindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə “X17” klinikasında müraciət etmişdir və ona alının çapılmış yarası diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X2 bədənində qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2024-cü il tarixli 8/1096-4/591 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “TOYOTA PRİUS minik” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə “HYUNDAİ İ30” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısını alınması ilə əlaqədər hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Tədqiqata təqdim edilmiş video-yazıya əsasən, “TOYOTA PRİUS minik” markalı nəqliyyat vasitəsinin orta surəti 36/km/saat, “HYUNDAİ İ30” markalı nəqliyyat vasitəsinin orta sürəti 48,5 km/saat olmuşdur. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb və tərəfi dinləyib belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXMin 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2748/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2748/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver