Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2753/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri X1 və X3 iştirakları ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 24; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 389-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Statistika İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 389-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəxs MMC 2024-cü ilin (aylıq) 12-xidmət, malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərliməsi haqqında hesabat iyun ayı üzrə iyul ayının 5-ci iş günü təqdim edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X7 izahat verərək bildirdi ki, Şəxs MMC 2024-cü ilin (aylıq) 12-xidmət, malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərliməsi haqqında hesabat iyun ayı üzrə iyul ayının 5-ci iş günü təqdim edilməmişdir. Qeyd olunanların nəzərə alınaraq şirkətin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X6 etiraz edərək bildirmişdir ki, cəmiyyət olaraq 2024-cü ilin iyun ayının hesabatını iyul ayının 5-ci iş günü saat 17:21-də kuratorlarının mailto:Zeynalova1960@mail.ruElektron ünvan 1 email ünvanına və saat 17:24-də isə komitənin mailto:hesabat@stat.gov.azElektron ünvan 2 email ünvanına göndərmişlər. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X5 digər nümayəndə X6 ilə eyni məzmunlu izahat vermişdir. Təqdim olunmuş müvafiq sistemdən olan çıxarışa əsasən Şəxs MMC 2024-cü ilin (aylıq) 12-xidmət, malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərliməsi haqqında hesabat iyun ayı üzrə iyul ayının 5-ci iş günü təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 məxsus email çıxarışında görünür ki, aylıq statistik hesabatın pdf formatı xx.xx.2024-cü il tarixdə saat 17:21-də mailto:Zeynalova1960@mail.ruElektron ünvan 1 emailinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 məxsus email çıxarışında görünür ki, aylıq statistik hesabatın pdf formatı xx.xx.2024-cü il tarixdə saat 17:24-də mailto:hesabat@stat.gov.azElektron ünvan 2 emailinə göndərilmişdir. Beləliklə aydın olur ki, Şəxs MMC iyun ayı üçün nəzərdə tutulmuş statistik hesabatı xx.xx.2024-cü il tarixdə saat 17:21 və 17:24-də, yəni qanunla müəyyən edilmiş vaxtda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinə göndərilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək hüququ verilir. Həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2014-cü il tarixli, 14/06 saylı qərarı ilə təsdiq edilmiş Əmək üzrə 1-əmək №-li illik rəsmi statistika hesabatı forması”nda (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində xx.xx.2014cü il tarixdə **********1406 nömrə ilə qeydiyyata alınmışdır) göstərilmişdir ki, hesabat sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyrihökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları tərəfindən martın 15-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real-vaxt rejimində təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2753/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2753/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver