Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2759/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı – X4 oğlunun, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi – X1, Müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Xaçmaz rayonun doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş 30 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 30 aprel 2025-ci il tarixdə Nəsimi rayonunun ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı – X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək izahatında göstərdi ki, Şəxs 30 aprel 2025-ci il tarixdə Nəsimi rayonunun ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi – X2 izahatında göstərdi ki, Şəxs 30 aprel 2025-ci il tarixdə, saat 01 radələrində Nəsimi rayonunun ərazisində “Ford Fusion” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıq cihazları sönülü vəziyyətdə, manevr etmə qaydalarını pozaraq yüksək sürətlə idarə etdiyi üçün Nəsimi Rayon Dövlət X9 əməkdaşları tərəfindən saxlanılmış, avtomobil xarici işıq cihazları nasaz vəziyyətdə idarə oldunduğu üçün polis əməkdaşları avtomobili duracağa yerləşdirmək istəmiş, lakin Şəxs buna etiraz etmiş, nalayiq ifadələrdən istifadə edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, əraziyə Post Part Xidmətinin əməkdaşları dəvət edilmiş, lakin Şəxs öz aqressiv hərəkətlərini davam etdirərək ərazidən qaçmağa cəhd göstərmiş və yenidən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə təqdim edilmiş diskdə olan videogörütülərdə öz əksini tapır. Polis əməkdaşları tərəfindən Şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparılmış və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, 30 aprel 2025-ci il tarixdə, saat 01 radələrində Nəsimi rayonu, R.Behbudov küçəsindən Türkiyə Səfirliyinə donən yolda idarə etdiyi “Ford Fusion” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman şəxsi problemləri olduğu üçün xarici işıq cihazlarını yandırmağı unutmuşdur. Belə ki, əslində onun avtomobilində işıq cihazları avtomatik yanmalı olsa da, həmin gün nasazlıq olmuş və yanmamış, o isə buna fikir verməmişdir. Bu zaman ərazidə olan 271 nömrəli X10 avtomobilində olan X12 Şöbəsinin əməkdaşları tərəfindən saxla əmri verilmiş, o avtomobili saxlamışdır. Polis əməkdaşı oln Hüseynov Hacıağa özünü təqdim etmiş daha sonra isə on sual vermişdir ki, işıqları hansı səbəbdən yandırmamışdır. O, polis əməkdaşına bildirmişdir ki, əsəbi və gərgin olduğu üçün işıq cihazlarının sönülü olmasından məlumatsız olmuşdur və bunu qəsdən etməmişdir. Bu zaman polis əməkdaşı ona bildirmişdir ki, avtomobili xarici işıq cihazları sönülü vəziyyətdə idarə etdiyi üçün, həmçinin yüksək sürətlə, yəni yolda hərəkət sürəti 60 km/saat olduğu halda, o 60 km/saat sürətlə hərəkətdə oduğu üçün avtomobil cərimə meydançasına yerləşdirilməlidir. O, polis əməkdaşına bildirmişdir ki, bunu qəsdən etməmiş, əgər ortada hər hansı inzibati xəta varsa barəsində protokol tərtib etsin və daha sonra məhkəmədə görüşünlər. Lakin, polis əməkdaşları onun sözlərinə məhəl qoymamışdır. O, dəfələrlə polis əməkdaşlarının qanunsuz əməllərinə şahid olduğu üçün həmin vaxt telefonda səsyazma ilə polis əməkdaşlarının səsini yazmış, həmçinin DİNnin 102 Zəng Mərkəzinə zəng vurmaq istədiyini bildirmişdir. Bunu görən polis əməkdaşlarını telefonu onun əlindən almağa cəhd göstərsələr də, o, telefonu verməmiş, daha sonra isə ərazidən bir qədər kənara çəkilmiş və dərhal DİN-nin 102 Zəng Mərkəzinə zəng vurmuşdur. Polis əməkdaşı onun arxası ilə gələrək onu yerə yıxmış, onun qarın nahiyyəsinə yumruq zərbəsi vurmuş və mobil telefonunu əlindən almışdır. Həmin vaxt 102 Zəng Mərkəzinə zəng getmiş, və bütün olanlar səs yazılarına düşmüşdür. O, həmin vaxt qışqıraraq kömək istəmişdir. Həmin zaman polis əməkdaşı ona qarşı təhqirdən istifadə etmiş, onun şərəf və ləyaqətini alçaltmışdır. Buna görə də o, həmin polis əməkdaşına bildirmişdir ki, onu işdən çıxartdıracaq və bütün qurumlara şikayət edəcəkdir. Daha sonra isə əraziyə Post Patrul Xidmətinin əməkdaşları gələrək onu Polis Bölməsinə gətirmişlər. O, polis əməkdaşlarına qarşı tebasizlik göstərməmiş, sadəcə olaraq mobil telefonunu istəyən zaman telefonu polis əməkdaşına verməkdən imtina etmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X9 Yol Patrul Xidməti inspektoru X3 izahat verərək bildirmişdir ki, 30 aprel 2025-ci il tarixdə, saat 01 radələrində Nəsimi rayonu, R.Behbudov küçəsində xidmətdə olan zaman “Ford Fusion” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil işıq cihazları sönülü vəziyyətdə, manevr etmə qaydalarını pozaraq yüksək sürətlə hərəkətdə olduğu üçün saxla əmri vermiş və sürücüyə yaxınlaşaraq özünü təqdim etmişdir. X8 Haqqında Qanunun tələblərini izah edərək, avtomobilin işıq cihazları nasaz vəziyyətdə olduğu üçün avtomobilin duracağa yerləşdiriləcəyini bildirmişdir. Lakin, sürücü buna etiraz edərək, nalayiq ifadələrdən istifadə edərək, onun qanuni tələbinə tabesizlik göstərmişdir. Daha sonra həmin şəxs ərazidən qaçmağa cəhd göstərmiş, avtomobil yoluna çıxmış və digər hərəkət iştirakçıları üçün təhlükə yaratmışdır. Buna görə də, əraziyə Post Patrul Xidmətinin əməkdaşları dəvət edilmiş və həmin şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparılmışdır. Polis Böməsində həmin şəxsin Şəxs olması müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı – X5 tərəfindən tərtib edilmiş 30 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 30 aprel 2025-ci il tarixdə Nəsimi rayonunun ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati qaydada tutma haqqında 30 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:30-da tutulmuşdur. Video görüntülərin əks edildiyi CD diskə baxış keçirilməsi zamanı 30 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və iş materiallarında olan 30.04.205-ci il tarixli raportlarda göstərilmiş hallar, yəni Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 30 aprel 2025-ci il tarixdə polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs tərəfindən məhkəmə iclası zamanı vermiş izahatın özünümüdafiə xarakterli olduğu qənaətinə gəlməklə, hazırkı işə münasibətdə mötəbərli sübut kimi olmasını qəbul etmir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini – yəni ictimai qayda əleyhinə olduğunu, təqsirin dərəcəsini – polis əməkdaşlarına tabe olmamasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli 30 aprel 2025-ci il tarixdən saat 01:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 30 aprel 2025-ci il tarixdən saat 01:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2759/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2759/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver