Məhkəmə qərarları › İş №3(006)-2761/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2761/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2761/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasınən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4, Şəxs (bundan sonra Şəxs MMC) nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 447.0.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Nəsimi rayonunda olan “Cresent Mall”da yerləşən Şəxs MMC-yə məxsus “Hello Park” əyləncə mərkəzi xx.xx.2024-cü il tarixdə uşaqlar üçün giriş haqqı qiymət cədvəlində 20 manat göstərilməsinə baxmayaraq, kassada 25 manatdan hesablanmışdır, bununla da Cəmiyyət tərəfindən Azərbaycan Respublikasının İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi X8 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, vətəndaşın şikayəti əsasında tərəflərindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonunda olan “Cresent Mall”da yerləşən Şəxs MMC-yə məxsus “Hello Park” əyləncə mərkəzi xx.xx.2024-cü il tarixdə uşaqlar üçün giriş haqqı qiymət cədvəlində 20 manat göstərilməsinə baxmayaraq, kassada 25 manatdan hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əndinə əsasən, Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Lakin belə bir məlumatlar əvvəlcədən vətəndaşa bildirilməmişdir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X6 vəsatət təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şirkət barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə) göstərilən əməlin törədilməsinə görə xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqmda protokol tərtib olunmuşdur. Həmin Protokolda istinad edilən inzibati xətanm mahiyyətinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ünvanında yerləşən “Crescent Mail” da yerləşən “Hello Park” əyləncə Mərkəzində xx.xx.2024-cü il tarixdə qeyd olunan əyləncə mərkəzində guya qiymət cədvəlində giriş haqqının bir uşaq (3-12 yaş) üçün həftəiçi 20 manat göstərilməsinə baxmayaraq, kassada 25 manatdan hesablandığını və iki uşağa görə 50 manat almadığı müəyyən edilmişdir. Qeyd edirlər ki, şirkətiləri daima bütün istehlakçılar üçün bərabər şərait yaradır və xidmətlərin göstərilməsi prosesində istehlakçıların rahatlığını təmin etmək məqsədilə mövcud iş prinsipləri, qiymətlər və siyasət barədə müştəriləri məlumatlandırır və məlumatlandırmamağa hazırdır. Şirkət 2018-ci ildə, "xxxx" MMC-nin portfelinə daxil olaraq tematik əyləncə turistik yerləri inkişaf etdirmək və fəaliyyətini təmin etmək, eyni zamanda hər yaşda olan körpələr və uşaqlar üçün təhsil və əyləncə alternativləri təmin etmək məqsədi ilə yaradılmışdır. Eyni zamanda qeyd edilməlidir ki, şirkətləri yalnız kommersiya deyil, həm də sosial yönümlü şirkət olduğunu qeyd edir. Əgər şirkətləri aldatmaq niyyəti olsa idi nə sosial yönümlü, nə də təhsil yönümlü işlər görməzdi. Misal olaraq qeyd edirlər ki, şirkətləri UFAZ-ın təşkilatçılığı ilə “Gələcəyin təbəssümlərini gücləndirmək” adlı sosial layihə keçirtmiş, bundan əlavə X5 tərəfindən Azərbaycanın ilk təhsil yönümlü mərkəz yaradılmışdır. Bildirir ki, şirkətin qiymət siyasətində vətəndaşların hər bir təbəqəsini düşünərək formalaşmışdır. “Crescent Mall” ticarət mərkəzlərində yerləşən “Hello Park” uşaq əyləncə mərkəzinin qarşısında quraşdırılmış sistemlərə və posterlərdə giriş haqqları göstərilmişdir. Onların bütün əyləncə mərkəzlərində həftə içi, istirahət və bayram günlərinə görə haqlar qeyd olunur. Bütün mərkəzləri eyni qaydalarla işləyir. Giriş haqqları, həftə içi, istirahət və bayram günlərinə görə fərqlənir və müştərilər əyləncə mərkəzinin girişində məlumatlandırılır. Əgər yerində hər-hansı texniki səhv belə olarsa, yerində müştərilər qiymətlər barədə ətraflı məlumatlandırılır. 26.06.24-cü il tarixdə vətəndaşın çəkdiyi posterdə isə lazım olan məlumatlar tam görünmür. Poster bulud formasında olduğu üçün yazılar örtüyün altında qeyd edilmişdir. Vətəndaşın əyləncə mərkəzinə yaxınlaşan gün Silahlı Qüvvələr Günü olduğunu nəzərə alaraq giriş haqqı 25 (iyirmi beş) manat təşkil etmiş və ondan artıq pul tələb olunmamışdır. Bundan əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aldatma motivi və niyyəti mövcud olmalıdır. Əks halda sözügedən maddə əsasında Şirkətin inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur və əsassızdır. Aldatma niyyətinin müəyyən edilməsi ilə bağlı həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 oktyabr 2022-ci il tarixli Qərarında qeyd olunur: “...aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur.”. Hazırki məsələ ilə bağlı bildirir ki, Şirkətin İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tətbiqi üçün imperativ şərt kimi müəyyən olunan aldatma niyyəti olmamışdır. Bir daha qeyd edirlər ki, vətəndaş Silahlı Qüvvələr Günü əyləncə mərkəzinə yaxınlaşmış və ondan həmin günün haqqı tələb edilmişdir. Göstərilənləri nəzərə alaraq hazırki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, 26 iyun 2024-cü il tarixində həmin əyləncə mərkəzinə yaxınlaşaraq, 2 böyük, 1 uşaq üçün bilet almaq istəmiş, ümumi paneldəki qiymət cədvəlində uşaqlar üçun “Həftəiçi” 20 manat, “Həftəsonu” isə 25 manat qeyd olunmasına və həmin gün həftənin 3-cü gününə təsadüf etməsinə baxmayaraq, ondan həftəsonu qiymət kimi hər uşaq üçün 25 manat ödəniş etməsi tələb olunmuşdur. O, bunun elan edilən qiymət cədvəlinə uyğunsuz olduğunu bildirdikdə, onlar həmin gün qeyri-iş günu olduğu üçün həftəsonu qiymət kimi əsas aldıqlarını, həm də bütün dövlət müəssisələrində də həftəiçi günü bayram günlərinə təsadüf etdikdə həftəsonu kimi iş olmadığını əsas gətirib öz qanunsuz əməllərinə haqq qazandırmağa çalışmışlar. O, belə bir məlumatın paneldə əks etdirilən qiymət cədvəlində yerləşdirilmədiyini, rəsmi saytlarında da bu barədə heç bir məlumat verilmədiyini və bunun qanunsuz olduğunu bildirdikdə isə rəhbərliyin göstərişi olduğunu bildirmişlər. Uşaqlar məhz orda oynamaq üçün həvəslə gəldiklərindən məcbur qalıb tələb etdikləri ödənişi etmişdir. Şikayət etməsinə səbəb isə təkcə onun deyil, yüzlərlə insanların (istehlakçının) aldadılmasıdır. O, bu barədə şikayət edəcəyini bildirdikdən bir müddət sonra özünü müştəri xidmətinin əməkdaşı kimi təqdim edən bir şəxs ona yaxınlaşaraq ödənişi qaytarmağı təklif etmişdir. O, isə təkcə onun deyil, hamının aldadıldığını, ona görə hamının pulunun qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq yenə də hamıdan 25 manat almağa davam etmişlər və heç kimə pul qaytarılmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan X3 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasınən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət məktubunun surətindən görünür ki, 26 iyun 2024-cü il tarixində həmin əyləncə mərkəzinə yaxınlaşaraq, 2 böyük, 1 uşaq üçün bilet almaq istəmiş, ümumi paneldəki qiymət cədvəlində uşaqlar üçun “Həftəiçi” 20 manat, “Həftəsonu” isə 25 manat qeyd olunmasına və həmin gün həftənin 3-cü gününə təsadüf etməsinə baxmayaraq, ondan həftəsonu qiymət kimi hər uşaq üçün 25 manat ödəniş etməsi tələb olunmuşdur. O, bunun elan edilən qiymət cədvəlinə uyğunsuz olduğunu bildirdikdə, onlar həmin gün qeyriiş günu olduğu üçün həftəsonu qiymət kimi əsas aldıqlarını, həm də bütün dövlət müəssisələrində də həftəiçi günü bayram günlərinə təsadüf etdikdə həftəsonu kimi iş olmadığını əsas gətirib öz qanunsuz əməllərinə haqq qazandırmağa çalışmışlar. O, belə bir məlumatın paneldə əks etdirilən qiymət cədvəlində yerləşdirilmədiyini, rəsmi saytlarında da bu barədə heç bir məlumat verilmədiyini və bunun qanunsuz olduğunu bildirdikdə isə rəhbərliyin göstərişi olduğunu bildirmişlər. Uşaqlar məhz orda oynamaq üçün həvəslə gəldiklərindən məcbur qalıb tələb etdikləri ödənişi etmişdir. Şikayət etməsinə səbəb isə təkcə onun deyil, yüzlərlə insanların (istehlakçının) aldadılmasıdır. O, bu barədə şikayət edəcəyini bildirdikdən bir müddət sonra özünü müştəri xidmətinin əməkdaşı kimi təqdim edən bir şəxs ona yaxınlaşaraq ödənişi qaytarmağı təklif etmişdir. O, isə təkcə onun deyil, hamının aldadıldığını, ona görə hamının pulunun qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq yenə də hamıdan 25 manat almağa davam etmişlər və heç kimə pul qaytarılmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs MMC-yə qeyd edilən tarixdə “wend kid” 2 nəfər 25 manatdan 50 manat, “wend adult” 1 nəfər 5 manat, “socks with silicone” üçün 1 nəfər 2 manat, cəmi 57 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan və Azərbaycan Respublikasınən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təqdim edilmiş “Hello Park” uşaq əyləncə mərkəzində quraşdırılmış posterlərin fotogörüntüsündən görünür ki, həmin posterlərdə həftəiçi və həftəsonu üçün giriş haqqları göstərilmişdir. İş materiallarına əlavə edilmiş və Şəxs MMC tərəfindən təqdim edilmiş “Hello Park” uşaq əyləncə mərkəzində quraşdırılmış posterlərin fotogörüntüsündən görünür ki, həmin posterlərdə giriş haqqları göstərilmişdir. Həmçinin, həmin posterlərin aşağı alt hissəsində “bayram və qeyri-iş günlərində həftə sonu qiymətləri keçərlidir” ifadələri də qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, vətəndaş X7 əyləncə mərkəzində kassaya yaxınlaşarkən Silahlı Qüvvələr Günü olduğunu nəzərə alaraq giriş haqqı 25 (iyirmi beş) manat təşkil edilməsi ilə bağlı əvvəlcədən məlumat verilmiş və ondan artıq pul tələb olunmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokolda Bakı şəhəri, Nəsimi rayonunda olan “Cresent Mall”da yerləşən Şəxs MMC-yə məxsus “Hello Park” əyləncə mərkəzi xx.xx.2024-cü il tarixdə qiymət cədvəlində giriş haqqının bir uşaq (3-12 yaş) üçün həftəiçi 20 manat göstərilməsinə baxmayaraq, kassada 25 manatdan hesablandığı qeyd olunsa da, lakin Şəxs MMC qiymət cədvəlində qiymət intizamının pozulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, inzibati orqan və hüquqi şəxs tərəfindən məhkəməyə təqdim edilmiş “Hello Park” əyləncə mərkəzində quraşdırılmış bilet qiymətləri ilə bağlı 2 ziddiyyətli fotogörüntü mövcudur. Məhkəmə, inzibati işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin edərkən, Şəxs MMC tərəfindən qiymət intizamının pozulmadığını nəzərə alır. Beləliklə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 447.0.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar