Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2769/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs - Tomuev Raufun iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ 20291556 saylı, 01 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından Tomuev Rauf tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tomuev Rauf Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ 20291556 saylı, 01 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qeyd olunan qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tomuev Rauf şikayəti onunla əsaslandırmışdır ki, barəsində 01 aprel 2024-c üil tarixdə EQ 20291556 saylı protokol tərtib edilmiş və İXM-in 346.1-ci maddəsi ilə o 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin gün onlayn şəkildə etiraz bildirmiş, ona heç bir cavab gəlmədiyi üçün növbəti dəfə yazılı şəkildə BDYPİ-ə müraciət etmiş, lakin qeyd olunan orqanın əmıkdaşı tərəfindən ona heç bir məlumat verilmədən, idarəyə dəvət edilmədən, araşdırma aparılmadan protokol qüvvədə saxlanılmışdır. O tərtib olunan protokolda göstərilən qayda pozuntusunu etmədiyini, həmin tarixdə Azadlıq prospektində sol tərəfdə parklandığını, dayanma durmanı qadağan edən 3.27 nişana qədər parklandığını, buna dair foto və video sübutlarının olduğunu qeyd etmişdir. Eyni zamanda Tomuev Rauf ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ 20291556 saylı, 01 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-3903/2024 saylı 02 iyul 2024-cü il tarixli qərardaı ilə hazırkı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan şikayət və ona əlavə edilmiş sənədlər 17 iyul 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Tomuev Rauf şikayətdə qeyd etdiyi məzmunda çıxış edərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə hazırkı şikayətə inzibati xəta haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ 20291556 saylı, 01 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Tomuev Rauf xx.xx.2024-cü il tarixdə saat 10:01-də Nəsimi rayonu Azadlıq prospektində Vaz 21715 minik markalı, 99OR167 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma durma qaydalarını pozaraq İXM-in 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində 20 manat məbləğində cərimə tətbiq edilmişdir. MYİ ******* saylı Azərbaycan Respubılikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı xx.xx.1978-ci il təvəllüdlü Tomuev Raufa xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmiş, yaşayış yeri ünvan 1 ünvanı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.1-ci maddəsinə görə bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə – iyirmi manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda Tomuev Raufun dayanma və ya durma qaydalarını pozması göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, EQ seriyalı 20291556 saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, Tomuev Rauf barəsində xx.xx.2024-cü il tarixli, EQ seriyalı 20291556 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin Tomuev Raufun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan əlavə iş üzrə qərar qəbul edilərkən Tomuev Raufun iştirakı olmadan, onun iştirakı ilə heç bir araşdırma aparılmadan xx.xx.2024-cü il tarixli, EQ seriyalı 20291556 saylı qərar qəbul edilmişdir, həmçinin hadisə zamanı qeydə alınmış videogörüntülər ona təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Tomuev Rauf tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ 20291556 saylı, 01 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Tomuev Rauf tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ 20291556 saylı, 01 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2769/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2769/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver