Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2774/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxx 1985-ci ildə Salyan rayonu, Qaraçala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Qaraçala Ərazi dairəsi, Qaraçala qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, “Seat İbiza” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Nəsimi rayonu N.B.Vəzirov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində bir anlıq diqqətsizlik edərək yol kəsişməsində quraşdırılan yol ver nişanının tələbinə fikir vermədən yolayırıcını düzünə keçərkən sağ tərəfdən C.Məmmədquluzadə küçəsi ilə hərəkətdə olan sürücü X3 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Zafira” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, toqquşma nəticəsində Şəxs idarəetməni itirərək avtomaşın fırlanaraq N.B.Vəzirov küçəsi istiqamətində dayanmış vəziyyətdə olan X2 məxsus “Celly” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı və “Volksvagen” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara və X4 məxsus “Nissan Sunny” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəyərək “Seat İbiza” markalı avtomobilin sərnişini olan X1 yüngül zərərvurmaya aid bədən xəsarətlərinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, “Seat İbiza” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Nəsimi rayonu, N.B.Vəzirov küçəsi ilə hərəkət edərək bir nəfər qadın müştərini Bakı Dövlət Universitetinə aparmışdır. Həmin vaxt N.B.Vəzirov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində bir anlıq diqqətsizlik edərək yol kəsişməsində quraşdırılan yol ver nişanının tələbinə fikir vermədən yolayırıcını düzünə keçərkən sağ tərəfdən C.Məmmədquluzadə küçəsi ilə hərəkətdə olan “Opel Zafira” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön hissəsi ilə onun idarə etdiyi avtomaşının sağ hissəsindən toqquşmuşdur. Toqquşma nəticəsində idarəetməni itirmiş və avtomaşın fırlanaraq N.B.Vəzirov küçəsi istiqamətində dayanmış vəziyyətdə olan “Gelly” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomaşına toqquşduqda “Gelly” markalı avtomaşın sürüşərək qarşısında dayanmış vəziyyətdə olan digər “Volksvagen” markalı **- XL-*** dövlət qeydiyyat nişanlı və “Nissan” markalı **-SL-*** dövlət qeydiyyat nişanlıı avtomaşınlara çırpılaraq maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Eyni zamanda hadisə nəticəsində onun avtomaşınında olan qadın sərnişin də xəsarət aldığı üçün hadisə yerinə təcili yardım çağırmışlar. Təcili yardım həkimləri sonradan şəxsiyyəti ona məlum olan Leyla Əliyevanı müayinə olmasından ötrü xəstəxanaya aparmışlar. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati iş üzrə icraata dair barəsində cərimə cəzasının qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq zərərçəkmiş şəxs X10 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs X6 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X15 tərəfindən verilən 438 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 2001-ci il təvəllüdlü X10 xx.xx.2023-cü il tarixdə X13 xəstəxanasına müraciət edərkən ona "döş qəfəsinin küt travması, sağ aşıq baldır oynağının əzilməsi" diaqnozunun qoyulması göstərilmişdir. Qeyd olunan diaqnozda göstərilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X6 bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş 03 aprel 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-269 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə inspektoru X5 tərəfindən tərtib edilmiş 24 may 2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2774/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2774/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver