Məhkəmə qərarları › İş №3(006)-2774/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2774/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2774/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının ləğv edilməsi haqqında X3 tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC şirkətinə məxsus iki ədəd avtomobilin müvafiq ödəniş edilmədən parklanma yerindən istifadə etdiyi üçün 2023cü ilin dekabr ayından Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən avtomobillərə yazılmış cərimələrin ləğv edilməsini, qəbul edilmiş qərarlara yenidən obyektiv baxılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə, ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilmiş normanın məzmunundan göründüyü kimi, barəsində qərar çıxarılmış fiziki şəxsin iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ vardır. Təqdim edilmiş sənədlərdən görünür ki, X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AYN 0412618, xx.xx.2024 tarixli, AYN 0412619, xx.xx.2024 tarixli, AYN 0412620, xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN 0412622, xx.xx.2024 tarixli, AYN 0412623, xx.xx.2024 tarixli, AYN 0412624, xx.xx.2024 tarixli, AYN 0412625, xx.xx.2024 tarixli, AYN, 0412626, xx.xx.2024 tarixli, AYN 0412627, xx.xx.2024 tarixli, AYN 0412628, xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN 0412630, xx.xx.2024 tarixli, AYN 0412631, xx.xx.2024 tarixli, AYN 0412632, xx.xx.2024 tarixli, AYN 0412633, xx.xx.2024 tarixli, AYN 0412634, xx.xx.2024 tarixli, AYN 0412635, xx.xx.2024 tarixli, AYN 0412636, xx.xx.2024 tarixli, AYN 0412637, xx.xx.2024 tarixli, AYN 0412638, xx.xx.2024 tarixli, AYN 0412639, xx.xx.2024 tarixli, AYN 0412640, xx.xx.2024 tarixli, AYN 0412641, xx.xx.2024 tarixli, AYN 0412642, xx.xx.2024 tarixli, AYN 0412643, xx.xx.2024 tarixli, AYN 0412644, xx.xx.2024 tarixli, AYN 0412645, xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN 0412648, xx.xx.2024 tarixli, AYN 0412649, xx.xx.2024 tarixli, AYN 0412650, xx.xx.2024 tarixli, AYN 0412651, xx.xx.2024 tarixli, AYN 0412652, xx.xx.2024 tarixli, AYN 0412653, xx.xx.2024 tarixli, AYN 0412654, xx.xx.2024 tarixli, AYN 0412655, xx.xx.2024 tarixli, AYN 0412656, xx.xx.2024 tarixli, AYN 0412657, xx.xx.2024 tarixli, AYN 0412658, xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN 0412661, xx.xx.2024-cü il tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024 tarixli, AYN ******* xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında sadalanan qərarların əsassız olduqları üçün ləğv edilmələrini xahiş etsə də, onun həmin qərarların ləğv edilməsi barədə ayrı-ayrılıqda verilmiş şikayət ərizələri ilə məhkəməyə müraciət etmək hüququ vardır. Bundan əlavə, sözügedən qərarların bir qismi X1 barəsində qəbul edildiyindən, sonuncunun həmin qərarların ləğv edilməsi barədə ayrı-ayrılıqda verilmiş şikayət ərizələri ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə, bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını, həmçinin X2 digər şəxsin barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verməsini nəzərə alaraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının ləğv edilməsi haqqında X3 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar