Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2776/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Ramil oğlunun qanuni nümayəndəsi X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 07-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 22 aprel 2023-cü il tarixdə, saat 15:00 radələrində idarə etdiyi “Toyota Corolla” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə 28 May küçəsinin yol ayrıcında sağdan birinci zolaqla düzünə hərəkətdə olan zaman avtomobilin ön sağ hissəsi ilə yolu piyada keçən Zərərçəkmiş şəxs Ramil oğlunu vurmuş, nəticədə sonuncuya yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmiş və yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Z.Hacızadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələrinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 22 aprel 2023-cü il tarixdə, saat 15:00 radələrində idarə etdiyi “Toyota Corolla” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə 28 May küçəsinin yol ayrıcında sağdan birinci zolaqla düzünə hərəkətdə olan zaman avtomobilin ön sağ hissəsi ilə yolu piyada keçən Zərərçəkmiş şəxs Ramil oğluna toxunmuş, bundan sonra o, həyəcanlanaraq həmin şəxsi köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Ramil oğlunun qanuni nümayəndəsi X3 izahatında göstərdi ki, azyaşlı oğlu Nihad 22 aprel 2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə 28 May küçəsinin yaxınlığında avtomobil yolunu piyada keçən zaman sonradan gördüyü “Toyota Corolla” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil ön sağ hissə ilə onu vurmuş və köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçmışdır. Bundan sonra ətrafda olan insanlar oğluna köməklik göstərərək təcili tibbi yardım avtomobilini çağırmış və o, X7 aparılmışdır. Oğluna tikiş atılmış, bədəni göyərmişdir. Oğlu bir həftə xəstəxanada qalmış, nə hadisənin törədən şəxs, nə də onun yaxınları ona baş çəkməmişdir. Hadisə zamanı oğlunun istifadəsində olan mobil telefon aparatı da sınmışdır. Onlara vurulmuş zərər ödənilməmiş, Şəxs şikayətçidir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə 28 May küçəsinin kəsişməsində baş vermişdir. Yolun işlək hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru, hərəkət zolaqlarının sayı 04, işlək hisəssinin eni 12 metrdir. İşlək hissəyə sağdan və soldan səki birləşir, hər iki hissədə yaşayış binası və obyektlər vardır. Həmin sahədə hərəkətin nizamlanma üsulu – nizamlanmayandır; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 539 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs Ramil oğlunun bədənində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ təpə-gicgah nahiyəsinin dərialtı hematoması, hər iki diz oynağı nahiyəsinin, sol baldırın qançırları, sağ diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; • 29.03.2022-ci il tarixli, BA seriyalı, 039635 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs “B1,B,C1,C” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • 07.02.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Corolla” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Şəxsdur. Məhkəmə proses iştirakçılarının izahatlarını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş əməllərin törətməsi məsələsinə baxılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqsədəuyğun hesab etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 (bir) il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş əməllərin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2776/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2776/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver