Məhkəmə qərarları › İş №3(006)-2780/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2780/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2780/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi və vəkili X1, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 23 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 100000.00 ABŞ dolları məbləğində vəsaiti 13 mart 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 100000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi və vəkili X2 izahat verərək bildirdi ki, Şəxs MMC ilə «X7 Teks.İnş.Akr.Nak.İhr.Tic.Ltd.Şti» şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-də olan hesabdan həmin şirkətin bank hesabına qabaqcadan avans olaraq 100000.00 ABŞ dolları məbləğində vəsait köçürülmüş, həmin vəsaitin bir hissəsi hesabına alınan mallar Azərbaycan Respublikasına idxal edilmiş, qalıq məbləğ isə geri qaytarılmışdır. Köçürülmüş vəsait hesabına alınan malların ölkəyə idxal edilməsi və qalıq vəsatinin geri qayarılması faktı isə təqdim etdiyi gömrük bəyannamələri və digər sənədlər ilə sübuta yetirilir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş EP seriyalı ******* nömrəli, 23 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -"xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - 13 mart 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 13 mart 2023-cü il tarixdə «X7 Teks.İnş.Akr.Nak.İhr.Tic.Ltd.Şti» şirkətinə 100000.00 ABŞ dolları məbləğində pul göndərilmişdir; - xx.xx.2022-ci il tarixli **********4762 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2022-ci il tarixdə 16541,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2022-ci il tarixli **********7707 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2022-ci il tarixdə 17185,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2022-ci il tarixli **********3754 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2022-ci il tarixdə 16926,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2022-ci il tarixli **********3773 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2022-ci il tarixdə 16247,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2022-ci il tarixli **********2731 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2022-ci il tarixdə 9226,95 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2022-ci il tarixli **********2781 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2022-ci il tarixdə 10082,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2022-ci il tarixli **********9164 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2022-ci il tarixdə 16016,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2022-ci il tarixli **********7897 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2022-ci il tarixdə 14714,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********9596 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2023-cü il tarixdə 17388,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********5087 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2023-cü il tarixdə 17570,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********7670 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2023-cü il tarixdə 17178,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********0178 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2023-cü il tarixdə 16282,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********0179 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2023-cü il tarixdə 16366,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********5040 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2023-cü il tarixdə 12124,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********2451 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2023-cü il tarixdə 10664,20 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********3341 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2023-cü il tarixdə 10014,70 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********3406 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2023-cü il tarixdə 16933,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********3391 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2023-cü il tarixdə 17143,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********3360 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2023-cü il tarixdə 18179,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********3352 saylı gömrük bəyannaməsindən görünür ki, «X8 X3 X5 LTD.STİ» şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Şəxs MMCyə xx.xx.2023-cü il tarixdə 13951,00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə köçürülmüş 100000.00 ABŞ dolları üzrə 17570 ABŞ dolları qaytarılmışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə köçürülmüş 100000.00 ABŞ dolları üzrə 20200 ABŞ dolları qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs MMC 13 mart 2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 100000.00 ABŞ dolları məbləğində xarici valyutada vəsait hesabına alınan mallar ölkəyə vaxtında idxal olunmuş, qalıq vəsait geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar