Məhkəmə qərarları › İş №3(006)-2790/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2790/2022

16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2790/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1491/2021 saylı icra sənədi üzrə göstərilən tələbin icrasını təmin etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında böyük icra məmuru X5 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1491/2021 saylı icra vərəqəsinə əsasən X19 ilə X6 arasında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən birgə nikah dövründə əldə olunmuş **-SA-*** dövlət nişanlı “Ferrari 458 Spider” minik markalı və **- NF-*** dövlət nişanlı “Audi Q7” minik markalı avtomobillərin Murat Yıkarın mülkiyyətinə keçməli, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 128A, 18 saylı mənzilin Murat Yıkarın mülkiyyətinə keçməsi, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Kövkab Səfərəliyeva küçəsi, ev 6, 339 saylı qeyri-yaşayış sahəsinin X2 mülkiyyətində qalmalı, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 128A, 1 saylı mənzilin X2 mülkiyyətində qalmalı, X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kövkab Səfərəliyeva küçəsi, ev 6, 339 saylı qeyri-yaşayış sahəsindən Murat Yıkara maneəsiz istifadə etməyə icazə verməli, Murat Yıkarın birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X16 ilə bağlı bütün xərcləri, o cümlədən təhsil, tibb, geyim, qida, gündəlik tələbat, dayə, təmizlikçi, əyləncə, istirahət, səyahət, onların yaşadığı mənzilin (Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 128A, 1 saylı mənzil) kommunal və cari təmiri və s. xərcləri öz üzərinə götürməli, uşaqların əvvəlki təminatının səviyyəsinin saxlanması əsas tutulmalıdır. İcra sənədi icraata daxil olduqdan sonra icra olunması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmiş və bu səbəbdən barəsində protokol tərtib olunmuşdur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinin X10 ünvan 1 ünvanında yerləşən 69.20 kvadratmetrli mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı çıxarış təqdim etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(006)-1491/2021 saylı icra vərəqəsi tərəflərindən icra olunmuş, X8 ünvan 2 ünvanında yerləşən 69.20 kvadratmetrli mənzil üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla bağlı müvafiq çıxarışı məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tələbkarın nümayəndəsi X4 ərizə ilə müraciət edərək bildirmişdir ki, DƏDRX artıq Yıkar Muratın adına reyestrdən çıxarış hazırlayıb və onlar həmin çıxarışı almışlar. Yıkar Muratın borcluya qarşı hər hansı bir tələbi qalmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinin barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1491/2021 saylı icra vərəqəsinə əsasən X19 ilə X6 arasında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən birgə nikah dövründə əldə olunmuş **-SA-*** dövlət nişanlı “Ferrari 458 Spider” minik markalı və **-NF-*** dövlət nişanlı “Audi Q7” minik markalı avtomobillərin Murat Yıkarın mülkiyyətinə keçməli, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 128A, 18 saylı mənzilin Murat Yıkarın mülkiyyətinə keçməsi, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Kövkab Səfərəliyeva küçəsi, ev 6, 339 saylı qeyri-yaşayış sahəsinin X2 mülkiyyətində qalmalı, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 128A, 1 saylı mənzilin X2 mülkiyyətində qalmalı, X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kövkab Səfərəliyeva küçəsi, ev 6, 339 saylı qeyri-yaşayış sahəsindən Murat Yıkara maneəsiz istifadə etməyə icazə verməli, Murat Yıkarın birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2012ci il təvəllüdlü X16 ilə bağlı bütün xərcləri, o cümlədən təhsil, tibb, geyim, qida, gündəlik tələbat, dayə, təmizlikçi, əyləncə, istirahət, səyahət, onların yaşadığı mənzilin (Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 128A, 1 saylı mənzil) kommunal və cari təmiri və s. xərcləri öz üzərinə götürməli, uşaqların əvvəlki təminatının səviyyəsinin saxlanması əsas tutulmalıdır. Nəsimi rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli, 6120-99293/2022-5-1 saylı məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 1491/2021 saylı icra vərəqəsi icra olunması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Tələbkarın nümayəndəsi X4 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, DƏDRX artıq Yıkar Muratın adına reyestrdən çıxarış hazırlayıb və onlar həmin çıxarışı almışlar. Yıkar Muratın DƏDRX-nə qarşı hər hansı bir tələbi qalmamışdır. Borclunun nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, (Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 128, 130, 132, 128B, 128A, mənzil 119B) yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 69.20 kvadratmetrli mənzil üzərində X17 tam mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1491/2021 saylı icra sənədi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar