Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-280/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Ləğv prosesində olan Şəxs ASC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, ev 102A; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Ləğv prosesində olan Şəxs ASCnin mülkiyyətində olan «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 03:49-da inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmiş orqan məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin məktubu və müvafiq poçt qəbzindən aydın olur ki, Ləğv prosesində olan Şəxs ASC-yə məxsus «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə saat 03:49-da İnzibati Xətalar Məcəlləsinin 328.2ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2023-cü il tarixdə həmin cəmiyyətə çatdırılmışdır. Elektron poçt vasitəsilə daxil olmuş və iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli mülkiyyətə vermə aktın surətindən görünür ki, lizinq obyekti olan «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan X1 mülkiyyət hüquqlarının tanınması barədə razılaşmışlar. Elektron poçt vasitəsilə daxil olmuş və iş materiallarına əlavə edilmiş Ləğv prosesində olan Şəxs ASC-nin Bakı Şəhər DYPİ-nə ünvanlamış olduğu xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2012-ci il tarixli 100.PN.2005.060912.00001 nömrəli Daxili lizinq müqaviləsinə əsasən bank tərəfindən X2 40.000 (qırx min) manat məbləğində pul vəsaiti ayrılmışdır. Sözügedən müqavilə üzrə **-JV-*** dövlət qeydiyyat nişanlı, “HOWO ZZ” özüboşaldan yük markalı nəqliyyat vasitəsi lizinq obyekti kimi çıxış etmişdir. xx.xx.2015-ci il tarixində X3 bank qarşısında olan öhdəliyini tam olaraq icra etmişdir. Əlavə olaraq qeyd edirik ki, lizinq obyekti olan **-JV-*** dövlət qeydiyyat nişanlı, “HOWO ZZ” özüboşaldan yük markalı nəqliyyat vasitəsinin X1 mülkiyyət hüquqlarının tanınmasına dair tərəflər arasında xx.xx.2015-ci il tarixli Mülkiyyətə vermə aktı tərtib olunmuşdur. Lakin şəxs hüquqlarından qanunla müəyyən edilmiş qaydada istifadə etməmiş və nəticədə lizinq obyekti cari tarixədək bankın mülkiyyətində olmasına baxmayaraq faktiki olaraq sözügedən şəxsin istifadəsində olmuşdur. Dəfələrlə qeyd edilən nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi barədə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə məlumat göndərilməsinə baxmayaraq avtomobil ilə bağlı tərtib olunmuş protokol üzrə cərimələr ləğv prosesində olan Şəxs ASC-yə təqdim olunmaqdadır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, sözügedən avtomobilə protokol üzrə tərtib olunmuş cərimələrin aidiyyəti üzrə X1 adına tərtib olunması xahiş edilir. Elektron poçt vasitəsilə daxil olmuş və iş materiallarına əlavə edilmiş Ləğv prosesində olan Şəxs ASC-nin xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ünvanlamış olduğu siyahıdan görünür ki, «HOWO ZZ» yük markalı, **- JV-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq alan X1 idarə etdiyi qeyd olunmuşdur. Beləliklə aydın olur ki, Ləğv prosesində olan Şəxs ASC-nin mülkiyyətində olan «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 03:49-da inzibati xətanı törətmiş fiziki şəxs barəsində məlumat qanunla müəyyən edilmiş vaxtda Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə təqdim edilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ləğv prosesində olan Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-280/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-280/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver