Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2802/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri 43 saylı Notariat konturunun 15417 saylı xx.xx.2021-ci il tarixli icra qeydi icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi Rayon İcra şöbəsinin icra məmuru A.T.Hümbətov bildirmişdir ki, Bakı şəhəri 43 saylı Notariat konturunun 15417 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3104.03 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin icra sənədi üzrə tələb könüllü olaraq təmin edilməmişdir. Borclu ona olunan çoxsaylı xəbərdarlıqlara tələbi təmin etməkdən və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmaqdadır. Həmçinin bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə borclunun yaşadığı ünvana baxış keçirilmiş və sonuncunun həmin ünvanda yaşamadığı məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq, tərtib edilmiş inzibati xəta haqqında protoklolun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs A.T.Hümbətov bildirmişdir ki, onun icra sənədindən məlumatı olmamışdır, icraata başlamaq haqqında qərarı və tələbin könüllü icra edilməsi barədə bildirişi rəsmi qaydada almamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Nəsimi Rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, təqdim edilmiş materiallar məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, icra sənədi üzrə tam və hərtərəfli araşdırma aparılmadan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokol birtərəfli qaydada tərtib edilmiş, protokol tərtib edilərkən Şəxs nümayəndəsi dəvət edilməmiş, onun izahatı alınmamış, sübutlar təqdim etmək, öz rəy və mülahizələrini bildirmək, vəsatət və etirazlar vermək kimi hüquqları təmin edilməmişdir. Nəticədə, inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, ona Azərbaycan Respublikasının İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsi hissələrində heç bir qeydiyyat aparılmamış, lakin belə qeydiyyatın aparılmamasının səbəbləri belə protokolda qeyd edilməmişdir. Bundan başqa, iş materiallarında inzibati xəta haqqında protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ünvanına göndərilməsinə dair məktub iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, məhkəməyə yalnız icra vərəqəsi, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş vəç akt təqdim edilmiş, lakin Şəxs həqiqətən də ona istinad edilən əməli törətməsini, yəni icra vərəqəsində göstərilən tələbi icra etməməsini təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material icra məmuru tərəfindən əlavə araşdırma aparılaraq tamamlanması üçün Nəsimi Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Nəsimi Rayon İcra Şöbəsinə qaytarılsın. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2802/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2802/2022
19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver