Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2818/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin sahə inspektoru X1 iştirakları ilə, xx xxxx 1970-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsindən daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 iyun 2024-cü il tarixli qərardan və inzibati xəta haqqında 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinə müraciət edərək Şəxs tərəfindən döyülərək xəsarət almasını bildirmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 2024-cü ilin may ayının axırlarında Sevinc Səfərova ondan 2000 manat borc pul istəmiş, lakin həmin vaxt pul gələcəyini və gələn kimi ona həmin pulu verəcəyini bildirmişdir. Lakin sonradan Sevinc Səfərova ona pul lazım olmadığını, lakin verdiyi ətiri geri qaytarmasını istəmişdir. Bundan sonra, o, Sevinc Səfərovaya həmin ətiri geri qaytarmışdır. Bundan sonra Sevinc Səfərova ona qarşı mübahisə etməyə bəhanə axtarmış, hətta onu “tutduracağını” bildirmişdir. Mübahisə zamanı o, Sevinc Səfərovaya mağazasının yanacağını bildirmiş və bir müddət sonra həqiqətən də sonuncunun mağazası yanmışdır. Bir müddət sonra Sevinc Səfərovanın tanışı Hacı adlı şəxsdən pul istədiyini bilmiş və bu zəmində mübahisələri yaranmışdır. Bundan sonra o, yaxınlıqda olan rəfiqəsi Aynurun geyim mağazasına getmiş və təxminən 10-15 dəqiqə sonra Aynurla nərd oynayan vaxtı Sevinc Səfərova mağazaya daxil olaraq oynadığı nərdi qabağından götürüb bağlamışdır. O nə baş verdiyini soruşduqda Sevinc Səfərova onun ünvanına nalayiq ifadələr işlədərək qarğış etməyə və böhtan atmağa başlamışdır. Bundan sonra Sevinc Səfərova mağazadan çıxmış, lakin bir neçə dəqiqə sonra yenidən qayıtmışdır. Sevinc Səfərova qayıtdıqda onun ərinin və nəvələrinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra Aynur adlı şəxs Sevinc Səfərovanı mağazadan çıxartmışdır. O, Sevinc Səfərovanı təhqir etməmiş, vurmamış və heç bir xəsarət yetirməmişdir. Göstərilənlərə əsasən o, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 191 ünvanında fəaliyyət göstərən “By Seva” geyim mağazasını işlədir. 15 may 2024-cü ildə gecə saatlarında qonşuluqda yerləşən “Ağ çiçəyim” mağazasında başlamış yanğın onun mağazasına da keçmiş, lakin yanğın söndürüldüyündən mağazadakı mallar tam yanmamış, paltarlar və digər aksessuarlar yanğınsöndürən köpük və su ilə korlanaraq tam yararsız hala düşmüşdür. O dəymiş ziyanı aradan qaldırmaq üçün “Ağ çiçəyim” mağazasını işlədən Ceyhun adlı şəxslə danışıb ziyanı qismən aradan qaldırmaqlarını, yeganə gəlir yeri olan işinə davam etməyinə kömək göstərməklərini xahiş etmişdir. Ceyhun ondan istədiyi 5.000 manat pulu verəcəyini bildirsə də, müxtəlif bəhanələrlə pulu verməyi yubatmışdır. 04 iyun 2024-cü il tarixdə Ceyhuna zəng vurub Azadlıq prospektində yeni ünvanda açdıqları “Ağ çiçəyim” mağazasında olduğunu bildirmişdir. Ceyhun depoda olduğunu və oraya gələcəyini bildirmişdir. Bir müddət sonra “Ağ çiçəyim” mağazasının qarşısına gəldikdə Ceyhun, köməkçisi Orxan adlı şəxs və Şəxs orada dayandığım görmüşdür. O qeyd olunan şəxslərə yaxınlaşdıqda Şəxs onu nalayiq ifadələrlə təhqir edib nə üçün Ceyhundan pul istədiyini bildirmişdir. O, Ceyhuna bu məsələnin Şəxs aid olmadığını, ikilikdə danışmaq istədiyimi bildirmişdir. Bundan sonra o, Ceyhun və köməkçiləri ilə birlikdə həmin restorana gedib əyləşmişdir. Həmin restoranda onlar yanğın zamanı dəymiş ziyanla bağlı bir müddət söhbət etmişdir. Bundan sonra o, yaxınlıqda rəfiqəsi Aynurun işlətdiyi mağazaya getdikdə Şəxs orada olduğunu görmüşdür. Surə onun üstünə hücum edib nə üçün “Hacı”dan pul istədiyini deyərək əlində olan “butulka” ilə onun 1 dəfə başına vurmuşdur. Odur ki o, Şəxs bağışlamadığını bildirmiş və məhkəmədən onun barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin sahə inspektoru X3 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini bildirmiş və barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 Nəsimi Rayon Polis İdarəsinə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 734 saylı rəyində göstərilmişdir ki, S.İ.Səfərovanın bədən səthində aşkar olunmuş xəsarətlər-başın təpə nahiyəsinin qançır-şişkinliyi, sol bazu və sağ əl nahiyələrinin qançırları bərk küt əşyanm(əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər. Qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X4 05 iyun 2024-cü il tarixində Şəxs tərəfindən döyülmüşdür; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdiyi izahatı ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsə heç bir xəsarət yetirmədiyini qeyd etsə də, həmin izahat həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməklə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2818/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2818/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver