Məhkəmə qərarları › İş №3(006)-2824/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2824/2022

06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2824/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2022ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də YTM keçirən zaman obyektdə yanğın avtomatikası qurğularının istismar vəziyyəti pozulmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi V.Ə.Həsənzadə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, yoxlama qərarı əsasında Şəxs MMC-də baxış keçirmək məqsədi ilə MMC-nin əməkdaşlarına bildirilmiş, lakin MMC-nin işçiləri tərəfindən onlara rəhbərlik icazə vermədiyinə görə yoxlama aparılmasına şərait yaradılmamış, işçilər onlara yoxlama qərarını qəbul etməyəcəklərini bildirmişlər. Belə ki, MMC-də mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi, yanğın avtomatikası qurğularının istismar vəziyyəti düzgün quraşdırılmamış və obyektin otaqları yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmamışdır. Həmçinin məhkəmə iclasında bildirmişdir ki, icarəyə verən fiziki şəxs, icarəyə götürən isə hüquqi şəxsdir. Bundan başqa, inzibati xəta haqqında protokol obyektdə tərtib edilmiş, kamera görüntüsüdə var. Yoxlama aktıda obyektdə tərtib edilmişdir. Bundan əlavə bildirmişdir ki, yoxlama aktı MMC-yə göndərilmişdir, bununla bağlı qəbzdə mövcuddur. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru R.C.Məmmədov izahatında bildirmişdir ki, qərar təqdim edilmiş, Ədliyyə Nazirliyi tərəfindən verilmiş çıxarışın onlara təqdim edilməsini xahiş etmiş, lakin monitorinq aparan şəxslər işçilərə həmin çıxarış təqdim edilməmişdir. Həmçinin onlara yoxlama aktı təqdim edilməmiş, onlar həmin aktı internet vasitəsi ilə əldə etmişlər. Həmçinin bildirmişdir ki, onlara təqdim edilən sənəddə peçat yoxdur, ona yoxlama aktı 5 gün qabaq verilməmişdir, aktın mövcudluğunu sonradan bilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun natamam olduğundan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin halları konkret olaraq nədən ibarət olması göstərilmədiyindən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə geri qaytarılmalıdır. Bundan əlavə, Şəxs MMC-nin səlahiyyətli şəxsləri tərəfindən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsinə yanğın texniki müayinəsinin aparılmasına lazımi şərait yaradılmaması sübuta yetirilmir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 000258 saylı texniki servis aktının surətindən görünür ki, Şəxs MMC-nin mebel salonunda yanğın sisteminə texniki servis xidməti göstərilmiş, yanğın sistemi yoxlanılmış, dedektorlar təmir edilmiş, sistem test talı işlək vəziyyətə gətirilənədək test olunmuş və müştəriyə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, EL-118/2020 saylı qeydiyyat nömrəli xüsusi lisenziyanın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi tərəfindən yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmirini, yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpasını "xxxx" MMC-yə həyata keçirməyə icazə verir. Bununla da məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin halları konkret olaraq nədən ibarət olması göstərilməmişdir. Bununla da məhkəmə hesab edir ki, inzibati xətanın konkret olaraq hansı hərəkətlərlə törədilməsi protokolda göstərilmədiyindən inzibati materiala baxılması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, yanğın təhlükəsizlik aktının MMC-yə verilməməsi, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin halları konkret olaraq nədən ibarət olması məlum olmadığından, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsirli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə qaytarılsın. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar