Məhkəmə qərarları › İş №3(006)-2826/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2826/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2826/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi ilə, X1nun Nəsimi RPİ-nin 22-ci PB-nin 03 may 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və başlanılmış icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Nəsimi RPİ-nin 22-ci PB-nin 03 may 2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 12 may 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. X1 şikayət ərizəsində yaşayış yerini göstərməmiş və ya yaşayış yerini müəyyən edən hər-hansı sənədi şikayətinə əlavə etməmişdir. Şikayət verən şəxsin yaşayış yeri müəyyən edilmədiyindən şikayətin aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Nəsimi RPİ-nin 22-ci PB-nin 03 may 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 420 və 428-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Nəsimi RPİ-nin 22-ci PB-nin 03 may 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti geri qaytarılsın. Sədrlik edən:Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar