Məhkəmə qərarları › İş №3(006)-2828/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2828/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2828/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı, X1 12.05.2021-ci il tarixli EXP ******* saylı inzibati xəta haqqında protokol üzrə tətbiq olunan cərimənin silinməsi barədə vəsatətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X2 vəsatətlə məhkəməyə müraciət edərək, 12.05.2021-ci il tarixli EXP ******* saylı protokol üzrə ona tətbiq olunan cərimənin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o, 12.05.2021-ci il tarixdə Nəsimi rayonunun ərazisində tibbi maskadan düzgün istifadə etmədiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. Maddi imkanı olmadığından ödəniş etməmişdir. Maska qadağasının aradan qalxdığını nəzərə alaraq, vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, vəsatət əsassız olduğundan təmin edilməməlidir. Vəsatətə əlavə edilmiş çıxarışdan görünür ki, X2 12 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, X2 12.05.2021-ci il tarixdə Nəsimi rayonunun ərazisində tibbi maskadan düzgün istifadə etmədiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. R.L.Vələnmədov tibbi maskadan düzgün istifadə etmədiyini etiraf edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11-ci maddəsinə istinad etməklə ona yazılmış cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qoruyucu vasitədən istifadə ilə bağlı əvvəllər qəbul edilmiş hüquqi sənədlər ləğv edilməmişdir. Sadəcə həmin sənədlərə əsasən küçədə fərdi qoruyucu vasitədən istifadə tələbinin hüquqi qüvvəsi Pandemiya dövründə Xüsusi Karantin Rejimi ilə bağlı müəyyən edilmiş müddətlərdə tətbiq edilmişdir. Həmçinin inzibati xəta haqqında protokol tərtib edilən vaxtda tətbiq edilən normativ hüquqi aktların qüvvədən düşməsi ilə bağlı yeni qanun qəbul edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İXM-nin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Bununla da şikayətçinin mübahisələndirdiyi qərarla bağlı İXM-nin 11-ci maddəsinin tətbiqi əsasları mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, 12.05.2021-ci il tarixli EXP ******* saylı inzibati xəta haqqında protokol üzrə tətbiq olunan cərimənin silinməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən X2 tərəfindən verilmiş vəsatət təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 142 və 145-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 12.05.2021-ci il tarixli EXP ******* saylı inzibati xəta haqqında protokol üzrə tətbiq olunan cərimənin silinməsi barədə vəsatəti təmin edilməsin. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar