Məhkəmə qərarları › İş №3(006)-2828/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2828/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2828/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər BPİ-nin DYPİ-nin baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Saatlı rayonu, Seyidoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), Saatlı rayonu, Seyidoba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 327.4, 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 327.4, 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:03-də “Pajang Motosikl” markalı, 10-A-432 dövlət qeydiyyat nişanlı mopedlə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirməmiş, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydasını pozmuş, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmış, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan və onu idarə etmək hüququ olmadan idarə etmiş və 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 327.4, 332.1, 332.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən inspektor T.G.Qasımov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri DYPİ-nin YPX-nin MEB-nin YPX inspektoru V.T.Abbasov xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman təxminən saat 19:10 radələrində bir nəfər moped sürücüsünün yol hərəkəti qaydalarını davamlı və müxtəlif üsullarla pozaraq Azadlıq prospekti S.Rəhimov və Füzuli küçələrinin nəqliyyatın tam əks istiqamətinə hərəkətini davam etdirdiyini müşahidə etmiş, həmin sürücü ərazidə xidmət aparan YPX əməkdaşlarının saxlama tələbini yerinə yetirməyərək avtoxuliqanlıq yəni, açıqca ictimaiətə hörmətsizlik edən yol hərəkəti qaydalarını pozmuşdur. Sonuncu hərəkətdə olan zaman əksər nəqliyyat vasitələrinə qəza şəraiti yaradaraq hərəkətini davam etmişdir. Bu zaman yolda tıxaq yaradaraq mopedi çətində olsa dayandırmış, sürücünü saxlayan zaman polisin qanuni tələbinə tabe olmayaraq saxlanılan yerdən qaçmağa cəhd göstərmişdir. Həmim vaxt sürücü polis əməkdaşı V.T.Abbasov tərəfindən çətinliklə saxlanılmış, saxlanılarkən sonuncunun moped dəbilqəsi olmamışdır. Bundan sonra həmin şəxs Nəsimi RPİ-nin 22-ci PB-nə təhvil verilmişdir. Bölmədə sonuncunun sürücülük hüququnun olmadığı və şəxsiyyətinin N.Ş.Abbasov olduğu müəyyən edilmişdir. Bundan sonra, N.Ş.Abbasov barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2, 327.3, 327.4, 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, N.Ş.Abbasovun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə inspektor T.G.Qasımov məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, N.Ş.Abbasov xx.xx.2023-cü il tarixdə saat 20:00-da yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə dostuna məxsus mopedlə şəhərin müxtəlif yerlərində yol hərəkəti qaydalarını pozmuş, polis əməkdaşları buna görə ona saxla əmri versə də o, buna məhəl qoymayaraq hərəkətlərinə davam etmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz verir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində inzibati qaydada tutulmuş, Polis Bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Həmçinin bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri DYPİ-nin YPX-nin MEBnin YPX inspektoru X2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 19:10 radələrində bir nəfər moped sürücüsünün yol hərəkəti qaydalarını davamlı və müxtəlif üsullarla pozaraq Azadlıq prospekti S.Rəhimov və Füzuli küçələrinin nəqliyyatın tam əks istiqamətinə hərəkətini davam etmişdir. Həmin sürücü ərazidə xidmət aparan YPX əməkdaşlarının saxlama tələbini yerinə yetirməyərək avtoxuliqanlıq yəni, açıqca ictimaiətə hörmətsizlik edən yol hərəkəti qaydalarını pozmuşdur. Sonuncu hərəkətdə olan zaman əksər nəqliyyat vasitələrinə qəza şəraiti yaradaraq hərəkətini davam etmişdir. Bu zaman yolda tıxaq yaradaraq mopedi çətində olsa dayandırmış, sürücünü saxlayan zaman polisin qanuni tələbinə tabe olmayaraq saxlanılan yerdən qaçmağa cəhd göstərmişdir. Həmim vaxt sürücü tərəfindən çətinliklə saxlanılmış, saxlanılarkən sonuncunun moped dəbilqəsi olmamışdır. Bundan sonra həmin şəxsi Nəsimi RPİ-nin 22-ci PB-nə təhvil vermişdir. Bölmədə sonuncunun sürücülük hüququnun olmadığı və şəxsiyyətinin N.Ş.Abbasov olduğu müəyyən edilmişdir. Bundan başqa, şahid V.T.Abbasov məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, hazırda o, N.Ş.Abbasovu bağışlamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, CD diskdə olan videogörüntülərə baxış keçirərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, N.Ş.Abbasov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 327.4, 332.1, 332.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459- 1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602- 1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1-327.5, 329-331, 332.1-332.3, 338.1-338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1-342.1.8, 342.1.11, 342.2, 342.5-342.7, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10-cu, 346-cı və 346-1.2-346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları. Göründüyü kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1- 327.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq orqanları baxır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:03-də “Pajang Motosikl” markalı, 10-A-432 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirməmiş, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydasını pozmuş, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmış, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan və onu idarə etmək hüququ olmadan idarə etmiş və 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Həmçinin, həmin protokolun izahat hissəsindən görünür ki, Şəxs baş vermiş hadisəni könüllü olaraq etiraf edir. Beləliklə, yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan CD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 19:10 radələrində idarə etdiyi moped dəbilqəsi mopedlə yol hərəkəti qaydalarını davamlı və müxtəlif üsullarla pozaraq Azadlıq prospekti S.Rəhimov və Füzuli küçələrinin nəqliyyatın tam əks istiqamətinə hərəkətini davam etdirir. Həmin sürücü ərazidə xidmət aparan YPX əməkdaşlarının saxlama tələbini yerinə yetirməyərək avtoxuliqanlıq yəni, açıqca ictimaiətə hörmətsizlik edən yol hərəkəti qaydalarını pozur. Sonuncu hərəkətdə olan zaman əksər nəqliyyat vasitələrinə qəza şəraiti yaradaraq hərəkətini davam etdirir. Bu zaman polis əməkdaşları yolda tıxac yaradaraq mopedi çətində olsa dayandırır, sürücü saxlanılan zaman üzərində qəza əleyhinə dəbilqə müşahidə edilmiş və polisin qanuni tələbinə tabe olmayaraq saxlanılan yerdən qaçmağa cəhd göstərir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Pajang Motosikl” markalı, 10-A-432 dövlət qeydiyyat nişanlı mopedlə davamlı olaraq yol hərəkət qaydalarını pozaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmaqla və yolun səthində çoxsaylı təkər izlərini buraxmaqla avtoxuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs Polis İdarəsində olarkən özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməli onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, inzibati xəta törətmiş şəxsin polis idarəsinə könüllü gəldiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən saat 20:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 511.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla, onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 31 may 2023-cü il tarixdən, saat 20:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Müvəqqəti Saxlanılanların Məntəqəsinə və Bakı şəhər BPİ-nin DYPİ-nə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar