Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2833/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində icraat aparılan Nümayəndə hüquqi şəxsin nümayəndəsi: iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 215, mənzil 34; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC 68.000,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsaitdən 33.184,00 ABŞ dolları dəyərində alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs “Mİ-89 MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Şəxs MMC ilə Ukraynada fəaliyyət göstərən PRJSC “İPPP "xxxx" şirkəti arasında 200.000,00 ABŞ dolları dəyərində malların alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, 30-04-21 saylı müqavilə imzalanmışdır. Bu müqavilə üzrə PRJSC “İPPP "xxxx" şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 01/21 saylı invoys üzrə MMC "xxxx" ASC-də olan hesabından həmin şirkətə xx.xx.2021-ci il tarixdə 68.000,00 ABŞ dolları məbləğində pul göndərmişdir. Bununla əlaqədar PRJSC “İPPP "xxxx" şirkəti tərəfindən MMC-nin ünvanına 34.816,00 ABŞ dolları dəyərində göndərilmiş mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunsa da, daha sonra Ukraynada baş verən mövcud müharibə şəraiti ilə əlaqədar qalıq qalan mallar bügünə kimi göndərilməmişdir. Məsələ ilə bağlı PRJSC “İPPP "xxxx" şirkəti ilə dəfələrlə ünsiyyətin yaradılmasına, habelə şirkətin elektron poçt ünvanına məktubların göndərilməsinə baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. Buna görə həmin şirkətə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2023-cü il tarixli məlumatda qeyd olunur ki, Şəxs MMC xx.xx.2021-ci il tarixdə ölkə xaricinə 68.000,00 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsaitdən 33.184,00 ABŞ dolları dəyərində alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; • Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Ukraynada fəaliyyət göstərən PRJSC “İPPP "xxxx" şirkətinin hesabına xx.xx.2021-ci il tarixli, 30-04-21 saylı müqavilə ilə bağlı xx.xx.2021-ci il tarixli, 01/21 saylı invoys üzrə xx.xx.2021-ci il tarixdə 68.000,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; • Şəxs MMC ilə Ukraynada fəaliyyət göstərən PRJSC “İPPP "xxxx" şirkəti arasında xx.xx.2021-ci il tarixli, 30-04-21 saylı müqavilə imzalanmışdır. Müqaviləyə görə: Satıcı əvvəlcədən ödənişin onun hesabına daxil olduğu vaxtdan 60 gün ərzində malı təhvil verir (2.2-ci bənd); müqavilənin ümumi dəyəri 200.000,00 ABŞ dolları təşkil edir (3.5-ci bənd); bu müqavilə imzalandıqdan sonra yaranmış fors-major hallarında (təbii fəlakətlər, müharibələr, hərbi qiyamlar, yanğınlar, hökumətin hərəkətləri) tərəflər bu müqavilə üzrə öhdəliklərinin qismən və ya tam yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar (6.1-ci bənd); tərəflərdən hər hansı biri fors-major hallarının təsirinə məruz qalırsa, o dərhal digər tərəfə sözügedən halların xarakteri və miqyası barədə yazılı məlumat verməlidir. Bunu təsdiq edən belə halların yarandığı ölkənin Ticarət-Sənaye Palatası tərəfindən verilmiş müvafiq sənəddir (6.2-ci bənd); tərəflər arasında yaranmış bütün mübahisələr cavabdehin olduğu yer üzrə məhkəmədə cavabdehin ölkəsinin qanunvericiliyinə uyğun həll edilir (7.2ci bənd); • PRJSC “İPPP "xxxx" şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01/21 saylı invoysa əsasən Şəxs MMC-yə satılan malların (metal qapaqlar) dəyəri 68.000,00 ABŞ dolları təşkil edir; • 01211000212641 saylı gömrük bəyannaməsinə görə PRJSC “İPPP "xxxx" şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına xx.xx.2021-ci il tarixli, 30-04-21 saylı müqavilə ilə bağlı xx.xx.2021-ci il tarixli, 01/21 saylı invoys üzrə 34.816,00 ABŞ dolları dəyərində göndərilmiş mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuşdur; • Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3503/2023 saylı qərardadından görünür ki, iddiaçı Şəxs MMC cavabdeh ÇAO “X1 İzdeliy Dunay-Pak”a qarşı borcun ödənilməsi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC tərəfindən xx.xx.2021-ci il tarixli, 30-04-21 saylı müqavilə üzrə cavabdehə ödənilmiş 33.184,00 ABŞ dolları, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.318,00 ABŞ dolları, cəmi 36.502,00 ABŞ dolları məbləğində borcun, 400 manat mediasiya xərcinin ÇAO “X1 İzdeliy Dunay-Paka müəssisəsindən tutularaq Şəxs MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə alıcı - Şəxs MMC ilə satıcı - ÇAO “X1 İzdeliy Dunay-Pak” arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və həmin müqavilənin (7.2-ci bənd) şərtlərinə görə tərəflər arasında yaranmış mübahisələr üzrə iddialar cavabdehin olduğu (yerləşdiyi) yer üzrə verilə bilər. Hazırki iddia üzrə cavabdeh şirkətin olduğu (yerləşdiyi) yer isə Ukraynadır. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə cavabdeh ÇAO “X1 İzdeliy Dunay-Pak” Ukraynada təsis edilmiş və fəaliyyət göstərən xarici hüquqi şəxs olduğundan və tərəflər öz aralarındakı yazılı saziş ilə xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gəldiklərindən və həmin razılıq əsasında mübahisənin cavabdehin ölkəsinin, yəni Ukraynanın səlahiyyətli məhkəməsində baxılmalı olduğundan Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətli deyillər. Bu səbəbdən də iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmuşdur. Beləliklə müəyyən edilir ki, Şəxs MMC ilə Ukraynada fəaliyyət göstərən PRJSC “İPPP "xxxx" şirkəti arasında 200.000,00 ABŞ dolları dəyərində malların alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, 30-04-21 saylı müqavilə imzalanmış, bu müqavilə üzrə PRJSC “İPPP "xxxx" şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 01/21 saylı invoys üzrə MMC "xxxx" ASC-də olan hesabından həmin şirkətə xx.xx.2021-ci il tarixdə 68.000,00 ABŞ dolları məbləğində pul göndərmiş və həmin vəsait hesabına alınan 34.816,00 ABŞ dolları dəyərində mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunsa da, qalıq qalan 33.184,00 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmamış və ya bu vəsait geri qaytarılmamışdır. Məhkəmə barəsində icraat aparılan hüquqi şəxs “Mİ-89 MMC-nin nümayəndəsinin gətirdiyi dəlilləri isə üzrlü hesab etmir. Belə ki, MMC Ukraynada fəaliyyət göstərən PRJSC “İPPP "xxxx" şirkəti ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 30-04-21 saylı müqavilənin şərtlərinin pozulduğunu müəyyən etdiyi halda, yəni ödənişin həyata keçirildiyi xx.xx.2021ci il tarixdən və qarşı tərəfin də onun aldığı vaxtdan 60 gün müddət keçdikdən sonra bütün mallar ona təhvil verilmədiyi halda nə səbəbə görə yaranmış mübahisənin həlli üzrə vaxtında tədbirlərin görülməməsini tutarlı əsaslandıra bilməmiş, sadəcə olaraq 2022-ci ilin fevral ayından Ukraynada yaranmış mövcud vəziyyəti göstərmişdir. Eyni zamanda ödənişin aparılmasından 2 ilə yaxın müddət keçdikdən sonra MMC tərəfindən müqavilənin 7.2-ci bəndinə zidd olaraq pul tələbinə dair yerli məhkəmədə iddianın qaldırılmasını isə sadəcə olaraq bu istiqamətdə guya tədbirlərin görülməsi görüntüsünü yaratmaq istəmişdir ki, bunun nəticəsi olaraq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-3503/2023 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 33.184,00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi – 6.636 (altı min altı yüz otuz altı) ABŞ dolları 80 (səksən) sent məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2833/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2833/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver