Məhkəmə qərarları › İş №3(006)-2839/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2839/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2839/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8, tərcüməçi X7 iştirakları ilə, xx.xx.1967-ci ildə Almaniya Federativ Respublikasında anadan olmuş, Almaniya Federativ Respublikası vətəndaşı, evli, ali təhsilli, Almaniya Ticarət Palatasının icraçı direktoru, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X8 barəsində Bakı şəhəri Nəsimi rayon prokurorluğundan daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 30 iyun 2021-ci il tarixdə, təxminən saat 18:00 radələrində ünvan 1 ünvanında həyat yoldaşı X3 sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan X9 özünü inzibati xəta üzrə təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, ünvan 1 ünvanında həyat yoldaşı X4 və oğlu Antonla birlikdə yaşayır. Uzun müddətdir həyat yoldaşı X1 mübahisələr etmiş və birgə nikahlarından olan oğlu ilə məntiqə uyğun gəlməyən rəftar etmişdir. X4 mübahisələr zamanı qışqırmaqla oğlu Antona psixoloji təsir etmiş və həmin hərəkətlərin oğluna pis təsir etdiyini bilsə də, qeyd edilən hərəkətlərini mütəmadi olaraq təkrarlamışdır. Bundan əlavə həyat yoldaşı oğlunun digər həmyaşıdları ilə birlikdə vaxt keçirməsinə, onun yerli xalqın mədəniyyətini mənimsəməsinə mane olmuşdur. Həmçinin o işdən evə gəldiyi müddətdə oğlu ilə vaxt keçirmək istədikdə onun həyat yoldaşı tərəfindən tez-tez yatızdırıldığını görmüşdür. Ümumiyyətlə həyat yoldaşının psixi durumunun normal vəziyyətdə olmaması oğlunun əqli və fiziki inkaşıfına mane olur. 30 iyun 2021-ci il tarixdə işdən evə gəldikdə oğlunun həyat yoldaşı X4 tərəfindən məcburi olaraq yatızdırıldığını gördükdə öz iradını bildirmiş, bu zaman sonuncu onunla yüksək səs tonu ilə danışmış, daha sonra isə üzünə tüpürmüşdür. O, buna reaksiya verməmiş, əsəblərinə hakim olmuş, lakin həyat yoldaşı ona qarşı təhqiramiz ifadələr işlədərək ikinci dəfə üzünə tüpürmüşdür. O, həyat yoldaşını sakitləşdirməyə çalışsa da, buna nail olmamış, həyat yoldaşı qışqıraraq üzərinə gəlmiş, o isə özünü müdafiə etmək üçün anidən onu geriyə doğru itələmiş və həyat yoldaşı zərbənin təsirindən evin qapısına yavaşca dəymiş, lakin zərbə həyat yoldaşı X3 xəsarət yetirilməsi səviyyəsində olmamışdır. Bundan sonra həyat yoldaşı X4 ilk öncə X11 Xidmətinə və sonra DİN-nin 102 xidmətinə zəng etmiş və rəsmi qaydada polis bölməsinə şikayət etmişdir. Onların arasında olan mübahisə uzun müddətdir ki, davam etdiyindən, tərəfindən nikahın pozulması ilə bağlı müki qaydada məhkəməyə müraciət etmişdir və hal-hazırda iş məhkəmənin icraatındadır. Bir daha bildirmək istəyir ki, onun tərəfindən həyat yoldaşına hər hansı xəsarət yetirilməmiş, sadəcə olaraq həyat yoldaşının psixolji problemləri olduğu üçün bu formada ona və oğluna qarşı ağlasızğmaz hərəkətlər edir. Qeyd olunanları nəzərə alaraq, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş X4 verdiyi izahatında bildirmişdir ki, ünvan 1 ünvanında həyat yoldaşı X4 və oğlu Antonla birlikdə yaşayır. Son vaxtlar həyat yoldaşı X9 ilə ailə münaqişəsi zəmnində mübahisələri olmuşdur. 30 iyun 2021-ci il tarixdə qeyd edilən ünvanda oğlunu yatızdırmış və bu zaman həyat yoldaşı X9 evə gələrək oğlunu səsləmiş, o isə uşağın artıq öz otağında yatdığını bildirmiş, bu zaman həyat yoldaşı ona iradını bildirərək, oğlunu yay vaxtı olmasına baxmayaraq niyə tez yatızdırdığını soruşmuş, o isə cavabında uşağın yataraq dincəlməli olduğunu demiş, lakin həyat yoldaşı onun sözünə məhəl qoymayaraq mübahisə etməyə başlamışdır. Bundan sonra onlar arasında qarşılıqlı mübahisə yaranmış və mübahisə zamanı o, əsəbləşərək həyat yoldaşının üzünə tüpürmüşdür. Bu vaxt X5 başından tutaraq taxta qapıya çırpmış, dizinə vurmuş və onu əlləri ilə tutmuşdur. O, başından xəsarət almış və bununla bağlı DİNnin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. 06 iyul 2021-ci il tarixdə o xəsarət alması barədə tibbi müayinədən keçmiş, daha sonra 07 iyul 2021-ci il tarixdə polis bölməsinə gələrək ərizə yazmış və izahat vermişdir. Onun X9 ilə mübahisəsi zamanı oğlu travma alır və həyat yoldaşının ona qarşı aqressiv münasibət göstərməkdə əsas məqsədi aralarında olan məhkəmə mübahisəsini qazanmaq və ı oğlunu ondan almaqdır. Belə ki, xarici ölkələrdə uşaq anadan alına bilər, həyat yoldaşı da bu hüquqi prsedurdan istifadə etməklə onun psixoloji problemlərinin olması barədə məhkəmədə mübahisəsi qaldırmış və onun məcburi müalicəyə göndərilməsini təmin etmək istəyindədir. İzahatının sonunda X9 barəsində qanuni yolla məhkəmə qaydasında cəza tədbiri görülməsini xahiş edir. İşdə olan Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 20.07.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 540 saylı, 16 iyul 2021-ci il tarixli ekspertiza rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarət-sağ təpə-gicgah nahiyəsinin qançır-şişkinliyi küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 30 iyun 2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olumamışdır. X2 bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən və müayinə olunanın qeyd etdiyi şəraitdə əmələ gələ bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Nəsimi rayon prokuroru vəzifəsini icra edən Kənan Əliyev tərəfindən tərtib edilmiş 20 sentyabr 2021-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı nəzərdən keçirib, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özü tərəfindən inkar edilsə də, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə tərəfindən inzibati xəta törətmiş X8 məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar