Məhkəmə qərarları › İş №3(006)-2839/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2839/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2839/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ak.Sübhi Salayev, ev 37A, mənzil 30; VÖEN: 1********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (00100-01341/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* (00100-01341/23) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin adına Bolqarıstandan AA033VV/BB015B nömrəli yük nəqliyyat vasitəsində idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində **********3224 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara Şəxs MMC-nin Bakı səhəri, Nizami rayonu, Əli Vəliyev 1 ünvanında yerləşən anbarında xx.xx.2023-cü il tarixdə baxış keçirilən zaman mallara gömrük orqanı tərəfindən vurulmuş AA953307 seriya nömrəli gömrük təminatı olan stikerin olmadığı aşkar edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə protokolu tərtib etmiş səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, nümayəndəsi olduğu Şəxs MMC-nin ünvanına Bolqarıstandan AA033VV/BB015B nömrəli yük nəqliyyat asitəsində idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********3224 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş və mallar MMC-nin Bakı zəhəri, Nizami rayonu, Əli Vəliyev 1 ünvanında yerləşən anbarına yığılmışdır. Belə ki, malların yığıldığı anbarda MMC-nin başqa mal partiyalarında idxal edilən malları da olmuşdur, yeni mal partiyasında da yüklər idxal edildiyinə görə həmin anbara yüklənmişdir, həmin anbarda olarkən tərəflərindən ehtiyatsızlıq nəticəsidə - gömrük orqanı tərəfindən vurulmuş AA953307 seriya nömrəli gömrük təminatı alan stikeri qopardılıb və bu barədə gömrük orqanlarına heç bir məlumat verilmiyib. Lakin, **********3224 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların toxunulmazlığı qorunmuşdur. Gömrük qaydaları pozulmuş, lakin qeyd olunan pozuntu tərəflərindən qəsdən törədilməmişdir. Göstərdiklərinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasda iştirak etmiş tərəfin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan Bakı Baş Gömrük İdarəsi Mobil Gömrük Şöbəsinin rəisi Əli Niftəliyev tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanova ünvanlanmış raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postu tərəfindən ünvan 7 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına Bolqarıstan Respublikasından daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3224 saylı xx.xx.2023-ci il tarixli GB ilə AA953307, seriya və nömrəli stikerlə sorğu nömrəli gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin hal-hazırda Şəxs MMC-nin Bakı şəhəri, Nizami ray., Əli Vəliyev 1 ünvanında yerləşən anbarında olub-olmadığı, malların istifadə vəziyyəti, yerinin dəyişdirilibdəyişdirilmədiyinin və malların müvəqqəti saxlanc qaydalarına uyğun saxlanılıbsaxlanılmadığının müəyyən olunması məqsədilə icraata 34/024/011086 saylı raport daxil olmuşdur. Raportun icrası ilə əlaqədar olaraq Mobil gömrük şöbəsinin əməkdaşları "xxxx" MMC -nin Bakı şəhəri, Nizami ray., Əli Vəliyev 1 ünvanında yerləşən anbarında olan yüklərinə baxış zamanı xx.xx.2023-ci il tarixli, **********3224 sorğu nömrəli gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin gömrük təminatının pozulduğu faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə əsasən Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar