Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2845/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin 2-ci Ərazi X7 İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, obyektdə planlı yanğın texniki müayinə keçirilən zaman sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmişdir. Bununla da, L.Janashia Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin 2-ci Ərazi X7 İdarəsinin nümayəndəsi V.Ə.Həsənzadə bildirmişdir ki, L.Janashianın barəsində protokol tərtib edilərkən o, tərcüməçi ilə təmin edilməmişdir. Buna görə də, L.Janashianın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs L.Janashia özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, latın əlifbası ilə yazıb-oxuya bilmir. Barəsində protokol tərtib edilərkən ona heç nə izah edilməmiş, tərcüməçi ilə təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, L.Janashianın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, L.Janashianın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, obyektdə planlı yanğın texniki müayinə keçirilən zaman sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmişdir. Bununla da, L.Janashia Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2023-cü il tarixli, 2049 saylı qərardan görünür ki, ünvan 1 ünvanında 01.xx-xx.2023-cü il tarixdə planlı yoxlama keçirilməsi qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamalarının vahid reyestri məlumatları haqqında xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, L.Janashiaya məxsus ünvan 1 ünvanda yerləşən mağazada plan üzrə 01.05.-xx.xx.2023-cü il tarixdə yoxlamanın aparılmasına icazə verilir. İş materiallarına əlavə edilmiş L.Janashiayanın Azərbaycan Respublikasının X3 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Azərbaycan dilində bilmir, bu ərizə onun sözlərilə yazılıb, o, bilmir ki, söhbət nədən gedir, Sadəcə bildirə bilərəm ki, FHN DYNX-nin əməkdaşı icarəsində olan obyektə gəlib baxmış və sənədlərin sürətini almış, sonra onu hədələmişdir ki, təqdim etdiyi sənədləri imzalasın. O, həmin sənədləri bilmədiyinə görə imzalamamış, daha sonra FHN DYNX-nin əməkdaşı onu məhkəməylə hədələmişdir. Buna görə də, qarşı tərəfin şikayət iddia ərizəsinin surətinin ona verilməsini, işlə tanış olmasına şərait yaradılmasını xahiş etmişdir. Belə ki, həmin obyekt onun deyil, sadəcə icarəyə götürmüşdür. Onun sahibkarlıqla məşğul olmasına maneə olurlar, gah əmək müfəttişliyi gəlir ,halbuki işçisi ilə əmək müqaviləsi var, gah FHN gəlir. Onsuzda onun sahibkarlıq fəaliyyəti çox ağır gedir, çünki satdığı malların alıcılıq qabiliyyəti zəifdir. Bütün bu halları nəzərə alaraq iddia ərizəsinin sürətini əldə etməsinə köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2023-cü il tarixli, 2049 saylı qərara əsasən ünvan 1 ünvanında 01.xx-xx.2023-cü il tarixdə planlı yoxlama keçirilməsi qərara alınmış, xx.xx.2023-cü il tarixdə həmin ünvanda yoxlama aparılmış, L.Janashia anladığı şəkildə müvafiq sənədləri X7 Xidmətinin əməkdaşlarına təqdim etmiş, bundan sonra da, L.Janashia barəsində protokol tərtib edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, L.Janashia barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun Azərbaycan dilində sərbəst yazıb-oxuya bilməməsi nəzərə alınmamış, o, qanunvericiliklə müəyyən edilmiş tərçüməçinin köməyindən istifadə etmək hüququ ilə təmin edilməmiş və nə üçün və niyə yoxlama aparılması ona izah edilməmişdir. Buna görə də sonuncu başa düşdüyü şəkildə yalnız icarə əsasında işlətdiyi mağazada işçisinin əmək müqaviləsini təqdim etməklə kifayətlənmişdir. Bununla da məhkəmə hesab edir ki, hazırki iş üzrə L.Janashia barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun Azərbaycan dilində sərbəst yazıb-oxuya bilməməsi nəzərə alınmadığından, o, qanunvericiliklə müəyyən edilmiş tərçüməçinin köməyindən istifadə etmək hüququ ilə təmin edilmədiyindən və nə üçün və niyə yoxlama aparılması ona izah edilmədiyindən onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, L.Janashia barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 602.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2845/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2845/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver