Məhkəmə qərarları › İş №3(006)-2848/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2848/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2848/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət verən şəxs X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X11, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 09 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi 09 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin 09 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulumuş inzibati xətanı törətdiyinə görə barəsində 4000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Buna səbəb isə onun əmək müqaviləsi qüvəyyə minmədən şəxsləri işə cəlb etməyi olmuşdur. Belə ki, Zəngilan rayon prokurorluğu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan Rayon Məhkəməsinə, onun barəsində isə tədbir görülməsi ilə bağlı sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinə göndərmişdir. Zəngilan rayon prokurorluğu xx.xx.2024cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, hüquqi şəxs "Messar” Məhdud Məsuliyyətli Cəmiyyəti onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi direktor X7 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün MMC-nin qanuni təmsilçisi səlahiyyətləri həyata keçirilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından, habelə bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələblər pozularaq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 şəxs-X8 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü li tarixədək və X4 xx.xx.2023-cü il tarixdən hal-hazıradək olan müddət ərzində Zəngilan rayonu ərazisində tikinti sahəsində usta kimi işlərin yerinə yetirilməsinə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətası törədildiyindən Azərbaycan Respublikası İXM-nin 192.1-cl maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar Aslan Salamovun, Hakim İsayevin, Vüsal Baxışovun, Tural Rüstəmzadənin və Enis Sarıgülün izahatları, "Messar” MMC-nin rayon prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 001 nömrəli məktubuna əlavə edilmiş sənədlər, “X2 Sistemin’’-dən əldə edilmiş Aslan Salamovun əmək müqaviləsi məlumatları sorğusu və 42-C-24 nömrəli araşdırma materialı üzrə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar ilə təsdiq olunur. İş üzrə izahatı alınmış Aslan Salamov rayon prokurorluğuna verdiyi ilkin izahatda göstərmişdir ki, təxminən bir neçə aydır ki, adını xatırlamadığı şirkətdə əmək müqaviləsi əsasında usta kimi işləmişdir. xx.xx.2024-cü il tarixdən etibarən sözügedən şirkət tərəfindən Zəngilan rayonunun 76-cı kilometrinin yaxınlığında həyata keçirilən tikinti işləri ilə bağlı torpaq sürüşməsinin qarşısının alınması məqsədilə usta kimi yolun qırağına daş yerləşdirməklə işləməyə başlamışdır. Aslan Salamov xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna verdiyi növbəti izahatında bildirmişdir ki, sonuncunun əmək müqaviləsinin xitam olunması ilə bağlı heç bir məlumatı olmamışdır, şirkətin direktoru Türkiyə Respublikasının vətəndaşı Enis adlı şəxs fevral ayında Ağdam rayonundakı işlər yekunlaşdıqdan sonra Zəngilan rayonu ərazisində işlərin həyata keçirilməsi üçün Aslan Salamov da daxil olmaqla işçilərin xx.xx.2024-cü il tarixdə Ağalı kəndi ərazisinə gəlmələrini xahiş etmişdir. Aslan Salamov həmin şəxsin adım sonradan xatırlamışdır. Belə ki, görülən işlərə ümumi rəhbər kimi nəzarəti həyata keçirən şəxs sonuncunun işlədiyi şirkətin direktoru Türkiyə Respublikası vətəndaşı Enis adlı şəxsdir. X18 rayonuna gəldikdən sonra şirkətdə işlərini görməyə davam etmiş, sonuncunun gördüyü işlərə nəzarət "xxxx" şirkətində briqadir kimi işləyən Hakim isayev tərəfindən həyata keçirilmişdir. “Messar" MMC ilə bağladığı subpodrat müqaviləsinə əsasən usta kimi işləyən Hakim isayev rayon prokurorluğuna təqdim etdiyi izahatında göstərmişdir ki, "xxxx" şirkətində, Zəngilan rayonu ərazisində 2023-cü ilin təxminən noyabr ayından usta vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdən etibarən X10 da "xxxx" şirkətində işləmişdir. X15 rayonu ərazisində gördüyü işlərə nəzarət Hakim İsayev tərəfindən həyata keçirilmiş, habelə işlə bağlı göstərişlər də sonuncu tərəfindən verilmişdir. Çox az işlədiyi üçün Aslan Salamov ilə hər hansı əmək müqaviləsi bağlanmamışdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanan xidmət müqaviləsinə əsasən "xxxx" MMC-yə mühasibatlıq xidməti göstərən Tural Rüstəmzadə rayon prokurorluğuna verdiyi izahatda göstərmişdir ki, təxminən 2023-cü ilin avqust ayından etibarən "xxxx" MMC-də mühasib vəzifəsində işləmişdir. "xxxx" MMC "xxxx" MMC ilə aralarında bağlanan xidmət müqaviləsinə əsasən təxminən 2023-cü ilin aprel ayından etibarən "xxxx" MMC üçün mühasibatlıq xidməti həyata keçirmişdir. "xxxx" MMC-nin direktoru Enis Sarıgülün Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsi olmadığından sonuncu xx.xx.2023-cü il tarixdə Tural Rüstəmzadəyə notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Bu etibarnamə əsasında Tural Rüstəmzadə həm mühasibatlıq xidməti göstərmiş, həm də kadr işlərini, yəni Enis Sarıgülün göstərişlərinə əsasən işçilərlə əmək müqavilələrinin bağlanması və ya müqavilələrə xitam verilməsi fəaliyyətini həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə Enis Sarıgül tərəfindən verilən notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında Tural Rüstəmzadə sözügedən şirkətin nümayəndəsi olaraq Enis Sarıgülün göstərişinə əsasən işçi Aslan Salamovla əmək müqaviləsi bağlamışdır. xx.xx.2024-cü il tarixdə həmin əmək müqaviləsinə şirkətin direktoru Enis Sarıgülün göstərişi ilə verilən və Tural Rüstəmzadə tərəfindən imzalanan əmrə əsasən xitam verilmişdir. "xxxx" MMC-nin direktoru Türkiyə Respublikası vətəndaşı Enis Sarıgül rayon prokurorluğuna verdiyi izahatda göstərmişdir ki, X10 xx.xx.2024-cü il tarixdən etibarən Enis Sarıgülün direktoru olduğu "xxxx" MMC- də işləmişdir. Çox az işlədiyi üçün Aslan Salamovla hər hansı əmək müqaviləsi bağlanmamışdır. "xxxx" MMC iiə Aslan Salamov arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixdə şirkətin Ağdam rayonundakı işləri yekunlaşdığı üçün həmin əmək müqaviləsinə xitam verilmişdir. X23 isayevin VÖEN-i olduğu üçün onunla əmək müqaviləsi bağlanmasına ehtiyac olmadığı fikirləşdiyi üçün sonuncu ilə əmək müqaviləsi bağlamamışdır. Vüsal Baxışov rayon prokurorluğuna Hakim isayevlə eyni məzmunlu izahat vermişdir. Tural Rüstəmzadə tərəfindən rayon prokurorluğuna təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli, **********607700 nömrəli çıxarışından, Aslan Salamovun, Tural Rüstəmzadənin və Enis Sarıgülün izahatlarından, "xxxx" MMC tərəfindən rayon prokurorluğuna təqdim edilən sənədlərdən görünür ki, Türkiyə Respublikasının vətəndaşı X6 "xxxx" MMC-nin direktorudur (qanuni təmsilçisidir). "xxxx" MMC-nin rayon prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 001 nömrəli məktubundan və “X2 Sistemin”-dən əldə edilmiş əmək müqaviləsi məlumatları sorğusundan görünür ki, "xxxx" MMC ilə Aslan Salamov arasında bağlanan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, sonuncu hadisənin baş verdiyi tarixdə əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə X3 arasında bağlanmış ME 001 nömrəli xidmət müqaviləsindən görünür ki, "xxxx" MMC daş divar işçiliyi ilə bağlı xidmətlərin göstərilməsini sifariş verib isayev Hakim Məhəmmədli oğluna razılaşdırılmış xidmət haqqı ödəməyi, sonuncu isə "xxxx" MMC-nin sifarişinə əsasən həmin işlə bağlı xidmətləri icra etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqdığı halda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə isayev Hakim Məhəmmədəd oğlunun arasında bağlanmış ME 001 nömrəli xidmət müqaviləsi Azərbaycan Respublikası əmək qanunvericiliyinin normalarının pozulması ilə bağlanılmış müqavilə olduğundan, əsassız hesab edilir, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların rayon prokurorluğu tərəfindən 42-C-24 nömrəli material üzrə aparılmış araşdırma nəticəsində aşkar edilməsidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxıldığı göstərilsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, həmin Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 42-C-24 nömrəli araşdırma materialı üzrə qəbul edilən cinayət işi başlanmasının rədd ediiməsi haqqında qərardan görünür ki, X5 aldığı xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər qrupundan olmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmadığından cinayət işinin başlaması rədd edilmişdir. Zəngilan Rayon Məhkəməsinin 3(034)-53/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin 09 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərarını qanunsuz və əsassız hesab edir. Çünki onlar şirkət olaraq Qarabağ bölgəsində işə cəlb etdikləri zaman işçilər ilk olaraq görəcəkləri işlərlə tanış olur, işin öhdəsindən gələ biləcəkləri halda onlarla əmək müqaviləsi bağlanılır. İşləmədikləri halda isə işçilərlə heç bir əmək müqaviləsi bağlanmır. Adı çəkilən şəxslərdən Aslan Salamov sadəcə olaraq işlə tanış olmaq üçün həmin bölgəyə getmiş, amma işləyə bilmədiyi üçün onunla əmək müqaviləsi bağlanmamışdır. Digər şəxs, yəni Hakin İsayevlə isə rəhbərlik etdiyi şirkət arasında subpodrat müqaviləsi bağlandığından onun əmək müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə zidd olardı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsində olarkən artıq rəhbərlik etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından şirkət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı artıq məhkəmə qərarının mövcud olmasını bildirsə də, bunun heç bir nəticəsi olmadı və barəsində belə bir qanunsuz qərar qəbul etmişlər. Hesab edir ki, Əmək Müfəttişliyinin qərarı ləğv edilməlidir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş 09 iyul 2024-cü il tarixli, MN ******* nömrəli tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X6 şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X16 bildirmişdir ki, X9 ilə "xxxx" MMC-nin rəhbərliyi arasında yaranan əmək münasibətlərinin subpodrat müqaviləsi ilə rəsmiləşdirildiyi və nəticədə Əmək Məcəlləsinin 7.2-3.4-cü maddəsinin tələbləri pozulduğu, həmçinin X10 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Buna görə də həmin araşdırma nəticəsində inzibati xəta haqqında protokol və müvafiq qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında bildirmişdir ki, "xxxx" MMC-nin direktoru ilə heç bir qohumluq əlaqəsi, düşmənçiliyi yoxdur. "xxxx" MMC-də podrat müqaviləsi əsasında işləyir. O, podrat müqavilə əsasında baş usta kimi işləyir. O, şirkətlə 3 illik müqavilə bağlamışdır. Podrat müqaviləsi üzrə Baş şirkətdən Enis bəyə nə göstəriş versələr onun göstərişi ilə işləri o, yerinə yetirir. Onun öz adına VÖEN-i var. Şirkətin işlərini görmək üçün VÖEN almışdır. 8-9 nəfər işçisi var və onlarla müqavilə əsasında işləyirlər. İşə o, rəhbərlik edir. X24 rayonundan onlarla işləmək üçün gəlmişdir. İşçini işə götürmədən öncə işlə tanış olması üçün sınaq müddəti verirlər. Orda işçilərə necə işləmək lazımdır onları göstərir. Aslan i1-2 gün şlə tanış olmuş, lakin işləyə bilməyəcəyini, yüksək təzyiqi olduğunu və evə qayıtmaq istəməsini bildirmişdir. O Aslanı həkimə aparmış, yoxlama zamanı həkim Aslanın yüksək təyziqi olmasını və burda saxlayacağını demişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilən X10 izahatında bildirmişdir ki, "xxxx" MMC-nin direktoru ilə heç bir qohumluq əlaqəsi və düşmənçiliyi yoxdur. Bu ilin fevral ayından "xxxx" MMC-də Ağdam rayonunda işləmişdir. Fevral ayında Ağdamda iş qutardıqdan sonra Zəngilanda iş olacağını və onda ona məlumat verəcəklərini bildirmişlər. Aprel ayında ona Zəngilanda işin olmasını bildirmişlər və o, da aprel ayının sonu Zəngilana getmişdir. Ona Zəngilanda sınaq müddəti vermişlər. O, Zəngilanda təxmini 4-5 gün olmuşdur. Səhəttində problem yarandığından və işləyə bilmədiyindən onunla əmək müqaviləsi bağlanmamışdır. İşçi işə götürülən zaman sınaq müddəti verilir, işlə tanış olur, daha sonra əmək müqaviləsi bağlanılır. Aprel ayının 24-də Zəngilana getmiş, həmin ayın 29-da evə qayıtmışdır. Onun işi orda daş düzmək olmuşdur. 1 gün işə çıxmış lakin günün sonuna kimi işləyə bilməmiş, belə ki, təzyiqi qalxmışdir.1-2 gün qalmışdır ki, təzyiqi düzələrsə işləyə biləcək, amma səhəti pisləşdiyindən işləyə bilməmişdir. O, Ağdamda işləyən zaman maaş almış, amma Zəngilanda işləmədiyinə görə maaş almamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 07 iyul 2024cü il tarixli, MN ******* saylı qərardan görünür ki, X9 ilə "xxxx" MMC-nin rəhbərliyi arasında yaranan əmək münasibətlərinin subpodrat müqaviləsi ilə rəsmiləşdirildiyi və nəticədə Əmək Məcəlləsinin 7.2-3.4-cü maddəsinin tələbləri pozulduğu, həmçinin X10 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilmədiyindən "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 4000 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. "xxxx" MMC-nin direktoru X6 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmədiyini bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, "xxxx" MMC-nin direktoru X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 09 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar