Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2849/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 Bakı şəhəri BPİ X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 26 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə 594 saylı xətt üzrə **-JH-*** dövlət qeydiyyat nişanlı “X5” markalı sərnişin avtobusu ilə saat 20:40 radələrində Z.Bünyadov prospekti ilə üzü 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarakən, dairəyə çatan yerdə hərəkət zolağının yol nişanlama xətti ilə ayrılan hissəsində “DAEWOO BS090 AVTOBUS” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusun sürücüsü zolaqdəyişməni qadağan edən xəttin üstündən keçib sağ səkidə dayanıqlı vəziyyətdə olan “OPEL” markalı minik avtomobili ilə aralarına daxil olma cəhdi etməklə kobud qayda pozuntusuna yol verərək onun idarə etdiyi avtobusu sağ orta qapının üstündən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Dərhal DİN-nin 102 zəng mərkəzinə məlumat verib hadisəni qeydiyyata aldırmışdır. Hadisə yerinə Bakı şəhəri DYPlnin polis baş leytenantı X4 yaxınlaşaraq sənədlərini almış və növbəti gün səhər saat 09:00-da Bakı şəhər DYPl-nə yaxınlaşmağını bildirmişdir. Hadisənin səhəri günü saat 09:00-da Bakı DYPİ-nə yaxınlaşmış və onu Bakı şəhəri DYPİ-nin polis baş leytenantı X4 qəbul edərək hadisə barədə yazılı izahatını almış, ona əlavə oxuya bilmədiyi bir neçə sənədə imza etdirmişdir və “Protokolla Qərarı sonra gəlib götürərsən” deyərək ona otağı tərk etməyini əmr etmişdir. Müəyyən müddət keçdikdən sonra inspektorun İXP-ni və inzibati tənbeh Qərarını göndərməyəcəyinə əmin olaraq xx.xx.2025-ci il tarixdə o yenidən yaxınlaşmış və Bakı şəhəri DYPİ-nə və X1 xx.xx.2025-ci il tarixli İXP ******* saylı İXP-ni və sonra xx.xx.2025-ci il tarixdə yenidən inspektorun iş otağına yaxınlaşaraq xx.xx.2025-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın alınmasına nail olmuşdur. Bakı şəhəri DYPİ-nin polis baş leytenantı X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarı tamamilə qanunsuz hesab edir. Belə ki, o, idarə etdiyi **-JH-*** dövlət qeydiyyat nişanlı “X5” markalı sərnişin avtobusu ilə AYNA tərəfindən müəyyən edilmiş marşrut xətti üzrə xidmət aparır, həmin avtobuslar GPS vasitəsi ilə daim izlənir və qayda pozuntusuna yol verildiyi halda dərhal qeydə alınır və Cəmiyyətin rəhbərliyi tərəfindən daxili inzibati tənbeh tədbiq olunur. Hadisə yerində öz telefonu ilə çəkdiyi fotoşəkillərdən tam aydın şəkildə görünür ki, “DAEWOO BS090 AVTOBUS” markalı **-NS-*** DQNlı avtobususn sürücüsü onun üçün hərəkəti qadağan edən xəttin üzərindən keçərək onun qanunla təyin edilmiş avtobus zolağı ilə düzünə hərəkət etdiyi zolağa daxil olur və sağda dayanıqlı vəziyyətdə olan avtomobili vurmamaq üçün avtobusu sol tərəfə çəkir və onun idarə etdiyi avtobusu sağ qapının üstündən vuraraq əzir. "xxxx" MMC-nin Hüquq şöbəsi tərəfindən hadisə araşdırılan zaman onun günahsız olmağı öz təsdiqini tapmışdır. Lakin, inspektor tərəfindən aparılmayan araşdırma və verilən ədalətsiz qərar, baş vermiş hadisədə avtobusa dəymiş maddi ziyanın ondan tutulması ilə nəticələnəcəkdir. Həmin qərarla inspektor tərəfindən onun bütün hüquqları pozulub və eyni zamanda maddi cəhətdən onun vəziyyətini daha da pisləşdirmişdir. Onun təqdim etdiyi fotoşəkillərdən hadisənin necə olması və nə cür baş verməsi tam aydın olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin, yəni Təqsirsizlik prezumpsiyası prinsiplərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və ən əsası 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən inspektorun şəxsi mülahizələri və şübhələri mütləq şəkildə mənim xeyrimə həll edilməli idi. Çünki, ortada hadisənin fərqli halda baş verməsini əks etdirən bir video görüntü yoxdur, nəinki görüntü, ümumiyyətlə mənim təqsirimi sübuta yetirə biləcək sübut yoxdur. Əvəzində isə hadisənin o dediyi kimi baş verməsini əks və subut etdirən fotoşəkillər var. Bakı şəhəri DYPİ polis baş leytenantı X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarı xx.xx.2025-ci il tarixdə götürmüşdür. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsində baxılır. Azərbaycan Respublikası İXM-nin və 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə verilən şikayətə və protestə baxıldıqda, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunduğu təqdirdə qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Ona görə də, Bakı səhəri DYPİ-nin barəmdə İXM-nin 327.1-ci maddəsi ilə çıxardığı xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verib əlavə olaraq onun öz hərəkət zolağı ilə avotbusu idarə etdiyini, digər avtobusun onun arxası ilə getməli olmasına baxmayaraq, xəttin üzərindən keçərək hərəkət etdiyini bildirərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri BPİ X9 İdarəsinin polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş 17 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 17 mart 2025-ci il tarixdə saat 20:40-da “X5” minik markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə tələblərini pozduğu əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərar İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 17 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X3 “X5” minik markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməsi qaydalarını pozduğu göstərilmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 17 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 17 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhəri BPİ X9 İdarəsi tərəfindən 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 17 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhəri BPİ X9 İdarəsi tərəfindən 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 17 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2849/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2849/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver