Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2853/2024 19.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2738/2024 saylı, 16 aprel 2024-cü il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin direktoru X1 və "xxxx" QSC-nin icraçı direktoru X5 razılığa gəlmişlər ki, 660538,12 manat (altı yüz altmış min beş yüz otuz səkkiz manat on iki qəpik) ümumi borcun əsas borcu ƏDV-siz 574113,09 (beş yüz yetmiş dörd min yüz on üç manat doqquz qəpik) manatdır və həmin borcun 50000 manatı "xxxx" QSC tərəfindən "xxxx"- ASC-yə 25 yanvar 2024-cü il tarixə qədər, qalan məbləği isə bərarəbər hissələrə bölünməklə hər ay 52411,30 manat (əlli iki min dörd yüz on bir manat otuz qəpik) 25 mart 2024-cü il tarixdən 25 dekabr 2024-cü il tarixə qədər, 86425,03 manat (səksən altı min dörd yüz iyirmi beş manat üç qəpik) ƏDV borcu isə 25 dekabr 2024-cü ilə qədər ödənilməsi qət edilmişdir. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən icra sənədi icra edilməmiş, icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2738/2024 saylı, 16 aprel 2024-cü il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin direktoru X1 və "xxxx" QSC-nin icraçı direktoru X5 razılığa gəlmişlər ki, 660538,12 manat (altı yüz altmış min beş yüz otuz səkkiz manat on iki qəpik) ümumi borcun əsas borcu ƏDV-siz 574113,09 (beş yüz yetmiş dörd min yüz on üç manat doqquz qəpik) manatdır və həmin borcun 50000 manatı "xxxx" QSC tərəfindən "xxxx"- ASC-yə 25 yanvar 2024-cü il tarixə qədər, qalan məbləği isə bərarəbər hissələrə bölünməklə hər ay 52411,30 manat (əlli iki min dörd yüz on bir manat otuz qəpik) 25 mart 2024-cü il tarixdən 25 dekabr 2024-cü il tarixə qədər, 86425,03 manat (səksən altı min dörd yüz iyirmi beş manat üç qəpik) ƏDV borcu isə 25 dekabr 2024-cü ilə qədər ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası protokol tərtib olunanadək tam olaraq təmin edilməmişdir. Lakin hal-hazırda icra sənədi üzrə öhdəlik yerinə yetirilmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə müvafiq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2738/2024 saylı, 16 aprel 2024-cü il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin direktoru X1 və "xxxx" QSC-nin icraçı direktoru X5 razılığa gəlmişlər ki, 660538,12 manat (altı yüz altmış min beş yüz otuz səkkiz manat on iki qəpik) ümumi borcun əsas borcu ƏDV-siz 574113,09 (beş yüz yetmiş dörd min yüz on üç manat doqquz qəpik) manatdır və həmin borcun 50000 manatı "xxxx" QSC tərəfindən "xxxx"- ASC-yə 25 yanvar 2024-cü il tarixə qədər, qalan məbləği isə bərarəbər hissələrə bölünməklə hər ay 52411,30 manat (əlli iki min dörd yüz on bir manat otuz qəpik) 25 mart 2024-cü il tarixdən 25 dekabr 2024-cü il tarixə qədər, 86425,03 manat (səksən altı min dörd yüz iyirmi beş manat üç qəpik) ƏDV borcu isə 25 dekabr 2024-cü ilə qədər ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs məxsus heç bir əmlakı, gəliri və maddi vəsaiti olmadığı üçün onun icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi və qərəzli olaraq yayınması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2853/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2853/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver