Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-286/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında protokolu 20-ci polis şöbəsinin sahə inspektoru tərtib etmiş şəxs: X6 Zərər çəkmiş şəxs: X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1960-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Şabran rayonu, Şabran şəhəri, T.İsmayılov küçəsi, ev 62-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən “Bravo” marketdə açıq saxlanc yeri olan olan 42-ci dolabdan X2 məxsus içərisində 171 manat dəyərində əşya olan sellofan torbanı oğurlamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin sahə inspektoru X8 izahatında göstərdi ki, X1 şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sonuncu xx.xx.2023-cü il tarixdə, saat 20:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən “Bravo” marketə daxil olarkən özünə məxsus, içərisində 01 ədəd sarı, 01 ədəd yaşıl və 03 ədəd qara rəngli qadın gödəkcəsi, 03 ədəd qadın köynəyi, 01 ədəd qadın tərliyi, 01 ədəd qadın şalvarı olan sellofan torbanı marketin giriş qapısından içəridə sol tərəfdə olan saxlanc yerinin 42-ci dolabına qoymuş, bir müddətdən sonra geri qayıdaraq torbaları saxlanc yerində olmadığını aşkar etmişdir. Fakt üzrə əməldə cinayət tərkibi olmadığından 02 noyabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, daha sonra görülmüş tədbirlər nəticəsində bu əməli törətmiş şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Onun həmin marketin dolablarından başqa şəxslərə məxsus əşyaları mütəmadi olaraq oğurladığına dair şöbəyə məlumatlar daxil olsa da, vurulmuş ziyanın məbləği az olduğundan zərər çəkmiş şəxslər onun barəsində şikayətlə müraciət etməmişlər. Hazırda vurulmuş zərər ödənilməmişdir. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 20:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən “Bravo” marketə daxil olarkən özünə məxsus, içərisində 01 ədəd sarı, 01 ədəd yaşıl və 03 ədəd qara rəngli qadın gödəkcəsi, 03 ədəd qadın köynəyi, 01 ədəd qadın tərliyi, 01 ədəd qadın şalvarı olan sellofan torbanı marketin giriş qapısından içəridə sol tərəfdə olan saxlanc yerinin 42-ci dolabına qoymuş, təxminən 30-40 dəqiqə sonra geri qayıdaraq torbaları saxlanc yerindən götürmək istəyərkən onların naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Ona vurulmuş 171 manat zərər ödənilməmişdir. Buna görə də Şəxs şikayətçidir. Ona ağır tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, dolabdan öz paketlərini götürmək istəyən zaman səhvən digər şəxsin əşyalarını da götürmüşdür. Ziyanı ödəməyə hazır olduğunu və buna görə də onun bağışlanmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş kompakt diskdəki görüntülərdən aydın olur ki, Şəxs “Bravo” marketdən əlində şəffaf sellofan paketlə çıxan zaman ətrafa nəzər salaraq marketin girişdə yerləşdirilmiş dolablardan birini açır, oradan rəngli sellofan paketi götürür və əlindəki şəffaf sellofan paketi onun içinə qoyaraq marketdən çıxır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 23:40-da tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 10 yanvar 2024-cü il tarixdə, saat 23:40-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-286/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-286/2024
12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver