Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-287/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nəqliyyatda Baş Polis İdarəsinin DYNPİ-nin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X2 iştirakları ilə xx.xx.1999-cu ildə Kürdəmir rayonu, Karrar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kürdəmir rayonu, Karrar Ərazi Dairəsi, Karrar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X5 Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Nəqliyyatda Baş Polis İdarəsinin DYNPİ-nin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X4 tərəfindən 14 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs şəxsi istehlak miqdarında narkotik vasitələrin qəbulu ilə məşğul olmuşdur. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, o narkotik maddələrdən istifadə etmir və onun barəsində Səhiyyə Nazirliyinin Respublika X6 Hüquqi X8 X3 5158 saylı, 17 dekabr 2021-ci il tarixli rəyi ilə narkomaniya xəstəliyi aşkar olunsa da, həmin rəy ilə razılaşmır. Bundan başqa onun barəsində tərtib olunmuş 14 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolu əsassız hesab edir. Qeyd etdiklərini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəqliyyatda Baş Polis İdarəsinin DYNPİ-nin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X4 verdiyi izahatında bildirdi ki, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir və onun barəsində Səhiyyə Nazirliyinin Respublika X6 Hüquqi X8 X3 5158 saylı, 17 dekabr 2021-ci il tarixli rəyi ilə narkomaniya xəstəliyi aşkar olunmuşdur. Bundan sonra DYNPİ-nin istintaq və Təhqiqat bölməsinin baş təhqiqatçısı Elnur Rzayev tərəfindən “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Şəxs barəsində 14 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 X9 X1 5158 saylı, 17 dekabr 2021-ci il rəyindən görünür ki, müayinə zamanı Şəxs narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 12 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində olan HK-1/109 №-li araşdırma materialı üzrə əməldə cinayət cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 12 oktyabr 2021-ci il tarixli qərardan 03 aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 109, 114 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-287/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-287/2022
19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver