Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2872/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 Baş X8 İdarəsinin 06 iyun 2024-cü il tarixli, 16/1-67702 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 06 iyun 2024-cü il tarixli, 16/1-67702 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin rəis müavini X1 qəbul etdiyi xx.xx.2024-cü il tarixli İnzibati Xəta haqqında iş üzrə 16/1-67702 saylı qərarı ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X5 barəsində 300 (üç yüz) manat məbləğində inzibatı cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Baş X8 İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev tərəfindən çıxarılmış Qərar onunla əsaslandırılmışdır ki, «ALFA ROMEO markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol hərəkəti qayda pozuntusuna görə Baş X8 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında vətəndaş X5 barəsində çıxarılmış EQ/16613420 nömrəli inzibatı tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı əsasında qeyd olunan işə baxılaraq müəyyən olunmuşdur ki, 31.08 2023-cu il tarixdə «ALFA ROMEO markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməsi faktı üzrə Baş X8 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında hüququnun məhdudlaşdırıldığı müəyyən olunaraq barəsində Məcəllənin 332.3-cü maddəsilə EQ/16613420 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. A.Məmmədov həmin qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət vermiş və məhkəmə işə baxaraq qeyd olunan qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçun səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul etmişdir. İnzibati xəta haqqında işə yenidən baxılarkən yol hərəkəti qayda pozuntusu tam olaraq sübuta yetirilmiş Baş X8 İdarəsinin mərkəzi informasiya sistemində nəqliyyat vasıtasının həmin vaxt vətəndaş A.Məmmədovun istifadəsində olması müəyyən edilmiş, habelə onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığı təsdiqini tapmışdır. Qeyd olunanlar, habelə Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinin tələbi rəhbər tutaraq, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X5 barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Aşağıda göstərilən hallara görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin rəis müavini, X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarxili İnzibati Xəta haqqında iş üzrə 16/1-67702 saylı qərarı qanunsuz və əsassız hesab etməklə ləğv olunmasını xahiş edir. Hər şeydən əvvəl qeyd edir ki, onun sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar Nəsimi Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(006)-3238/2023 saylı qərarı ilə ləğv edilmiş və sürücülük hüququ bərpa olunmuşdur. Bu, o deməkdir ki, sürücülük hüququ olmadan nəqliyyat vasitəsinin idarə etməklə bağlı barəsində qəbul olunmuş İnzibati tənbeh haqqında Qərar etibarsız hesab olunmalıdr. Digər tərəfdən barəmdə çıxarılmış İnzibati Tənbeh haqqında Qərarda hadisənin törədildiyi dəqiq vaxt göstərilməmişdir. İnzibati Xəta törətdiyi ilkin qərarda bu vaxt 17:16 radələrində qeyd olunmuşdur. Daha sonra İnzibati Xəta haqqında Qərarda göstərilir ki, guya İnzibati xəta haqqında işə yenidən baxılarkən yol hərəkəti qayda pozuntusu tam olaraq sübuta yetirilmiş Bas X8 idarəsinin mərkəzi informasiya sistemində nəqliyyat vasitəsinin həmin vaxt vətəndaş A.Məmmədovun istifadəsində olması müəyyən edilmiş, habelə onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığı təsdiqini tapmışdır. Bu faktlar əsassızdır. Məlum olduğu kimi, inzibati tənbeh tədbiri fərdi qaydada tətbiq olunan qərardır. Təsadüfi deyil ki, qərar çıxardan orqan iddia edir ki, məhz fiziki şəxs olaraq, o, sürücülük hüququndan məhrum edildiyi haldan yenidən, yəni sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə etmişdir. Baxmayaraq ki, onun avtomobil idarə etmək hüququ qanunsuz olaraq məhdudlaşdırılmışdır və bu hüquq artıq bərpa edilmişdir. Lakin o, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməmişdir. Belə ki, təkcə o faktı qeyd etmək kifayətdir ki, onun inzibati xəta törətdiyi iddia olunan gündə o, Azərbaycanda deyil xaricdə olmuş və Bakı şəhərinə inzibati xəta törətdiyim iddia olunan vaxtdan 2 saat sonra yəni 31 avqust 19:55 radələrində Bakı şəhərinə gəlmişdir. Bu faktı təsdiq edən təyyarə biletinin əsilini və vətəndaşlıq pasportuna vurulmuş qeydi təqdim edir. Göründüyü kimi, o, həmin gün Bakı şəhərində olmamışdır. Ona məxsus avtomobili isə o, verdiyi etibarnamə əsasında digər şəxslər idarə etmişlər. O şəxslərin isə sürücülük vəsiqələri mövcuddur və etibarsız hesab olunmamışdır. Yol Polis əməkdaşı onun barəsində İnzibati Xəta haqqında qərar çıxararkən sükanın arxasında məhz onun əyləşdiyini sübuta yetirməli idi. Maşın ona məxsusdur deyə nəqliyyat vasitəsini idarə etmədiyi halda barəsində inzibati xəta haqında qərar qəbul edilə bilməz. Göründüyü kimi, barəsində çıxarılmış qərar əsassızdır və ləğv edilməlidir. Bu səbəbdən hesab edir ki, ona yazılan cərimə əsassızdır və odur ki, barəsində qəbul olunmuş 06 iyun 2024-cü il tarixli, 16/1-67702 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, sözügedən inzibati xəta hadisəsi onun tərəfindən törədilməmişdir, lakin inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər, həmçinin inzibati xətanın məhz onun tərəfindən törədilməsini təsdiq edən sübutlar ona təqdim edilmədən, onun inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən barəsində əsassız olaraq cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş X8 İdarəsinə lazımi qaydada məlumat verilsə də, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasda iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X8 İdarəsin tərəfindən tərtib olunmuş 06 iyun 2024-cü il tarixli, 16/1-67702 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 31 avqust 2023-cü il tarixdə «ALFA ROMEO GUİLİETTA MİNİK» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə emək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən idarə edilməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 332.3-cü maddəsinə Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 06 iyun 2024-cü il tarixli, 16/1- 67702 saylı inzibati tənbeh vermə haqqında qərarda X3 31 avqust 2023-cü il tarixdə «ALFA ROMEO MİNİK» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə emək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən idarə edilməsi əsas gətirilərək üç yüz manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 06 iyun 2024-cü il tarixli, 16/1-67702 saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün mübahisəli qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ : X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli, 16/1-67702 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X5 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2872/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2872/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver