Məhkəmə qərarları › İş №3(006)-2874/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2874/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2874/2024 12.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X1 iştirakı ilə, X1 Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20783814 saylı qərarın ləğv olunması barədə şikayətinə Nəsimi rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20783814 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 26 aprel 2024-cü il tarixdə Nəsimi rayonu, Alı Mustafayev 57B ünvanında barəsində tərtib olunan qərardan “Asanpay” vasitəsilə şikayət etmişdir. Bakı şəhər BPİ X7 İdarəsinin əməkdaşı Elnur adlı polis mayorundan 106-cı otaqda tərtib olunan qərarın qanunsuz olduğunu və silinməsini xahiş etməsinə baxmayaraq, sonuncu əsassız arqumentlər gətirərək xx.xx.2024-cü il tarixdə yenidən eyni qərarı çıxararaq 03 iyul 2024-cü il tarixdə “M81544” nömrəli məktubla elektron poçt ünvanına göndərmişlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin Vİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Dəfələrlə müşahidə etməsinə baxmayaraq, qanunla müəyyən olunan məsafədə, nəzərdə tutulan 6.14 “informasiya stendi” və ya 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının quraşdırılmadığının şahidi olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 izahatında bildirdi ki, 26 aprel 2024-cü il tarixdə Nəsimi rayonu, Alı Mustafayev 57B ünvanında 6.14 “informasiya stendi” və ya 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı quraşdırılmadığı üçün hərəkətini 87 km/saat davam etdirmişdir. Lakin sonradan onun barəsində elektron inzibati tənbeh vermə haqqında qərarın tətbiq edilməsini aşkar etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin Vİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Onun şikayəti üzrə polis əməkdaşı tərəfindən zəruri araşdırma aparılmadan və əsaslı dəlillər göstərilmədən qərarın qanuni qəbul edilməsi bildirilmişdir. Göstərdiklərinin nəzərə alınmasını və inzibati tənbehvermə haqqında qərarın ləğv edilərək cərimənin silinməsini xahiş edir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 08:17-də “Mercedes Benz E220 CDİ Minik” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 27 km/saat həddində aşmış və 50 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20783814 saylı qərarına əsasən məlum olur ki, X4 xx.xx.2024cü il tarixdə, saat 08:17-də “Mercedes Benz E220 CDİ Minik” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yolda müəyyən edilmiş hərəkət surətini 27 km/saat həddində aşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Sadəcə olaraq izahatında bu barədə məlumat vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20783814 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20783814 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar