Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2882/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X10, şikayətçi X1 və onun nümayəndələri X2 və X4 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 09 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 vəkili X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 09 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* saylı 09 sentyabr 2021-ci il tarixli qərarı ilə o, vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinə əsasən 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. Həmin qərarı rəsmi surətdə 16 sentyabr 2021-ci il tarixində aldıqları üçün həmin qərardaddan şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddət tərəflərindən buraxılmamışdır (poçt qəbzinin surəti əlavə olunur.) Belə ki, şikayətin verilmə müddəti 26 sentyabr 2021-ci il tarixində bitdiyi və həmin gün qeyri-iş günü olduğu üçün növbəti iş günündə - yəni 27 sentyabr 2021-ci il tarixində şikayətin təqdim edilə bilməsi mümkündür. Hesab edir ki, inzibati orqanın vəzifəli şəxs olaraq onun cərimə edilməsi barədə qərarının heç bir hüquqi əsası yoxdur və həmin qərar inzibati xətaya dair işə baxan məhkəmə tərəfindən ləğv edilməli, vəzifəli şəxsin əməlində inzibati xətanın tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Bildirir ki, inzibati orqanda araşdırma aparılarkən ilkin araşdırma zamanı qanunvericiliyin tələblərinin pozulması ilə bağlı məsələləri barəsində şikayət etdikləri qərarı qəbul edən orqanın rəhbərinin diqqətinə çatdırmışdır. Belə ki, vətəndaş X3 ona aid mağazada işləyərkən əmək hüquqlarının pozulması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə müraciət ünvanlamşdır. Həmin müraciət edilərkən o və onun nümayəndələri X5 Bakı şəhər Ərazi İdarəsinə dəvət olunmuş, baş vermiş olan hadisə ilə bağlı araşdırma aparan orqana məlumat verildiyi və müvafiq zəruri sənədlər təqdim olunduğu halda maraqlı haldır ki, yekunda bu cür qanunsuz qərar qəbul edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinə əsasən cərimə olunmuşdur. Həmin maddənin tələblərinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. X15 Məcəlləsinin 192.1 -ci maddəsi ilə cərimələnməsinin əsas səbəbi işçi S.Q.Abdullayev ilə bağlanmış olan əmək müqaviləsinin işçi tərəfindən imzalanmaması olmuşdur. Yəni 03 fevral 2021-ci il tarixində bağlanmış olan əmək müqaviləsi işəgötürən qismində çıxış edən M.M.Qədirli tərəfindən imzalandığı halda işçi tərəfindən imzalanmamasıdır. Çox maraqlı haldır ki, işçinin əmək müqaviləsini imzalamaması X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Əhmədov tərəfindən əmək müqaviləsinin bağlanmaması kimi tövsif edilməməkdədir. Yəni işçi əmək müqaviləsini imzalamamışdırsa, onun elektron informasiya sisteminə daxil edilməsi, əmək haqqı verilməsi və işçi tərəfindən qəbul edilməsi, işə gəlib-getməsi, inzibati tənbeh vermə haqqında qərarı qəbul edən inzibati orqanının rəhbərinə görə əmək münasibətlərinin formalaşması kimi qəbul edilməməkdədir. Halbuki, Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bildirir ki, işəgötürən tərəfindən işçi S.Q.Abdullayev elektron informasiya sisteminə daxil edilmiş, işdən azad edildiyi 12 iyun 2021-ci il tarixinə qədər işəgötürən M.M.Qədirliyə aid mağazada satıcı vəzifəsində işləmişdir. Yəni mövcud qanunvericiliyin tələblərinə əsasən bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə daxil edildikdən sonra həmin əmək müqaviləsi hüquqi qüvvəyə minir. Məhz əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işçinin işə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsində inzibati xəta kimi tövsif edilmişdir. Yəni işçiyə əmək müqaviləsi təqdim edildiyi halda onu imzalamaması əmək müqaviləsinin baglanmaması kimi tövsif edilməməli idi. Belə ki, işçinin adı elektron informasiya sisteminə daxil edilir, onunla əmək müqavilsi bağlanılır, (özünə təqdim edildiyi halda imzalamadığına baxmayaraq), aylıq əmək haqqı ödənilir, ancaq işçi tərəfindən əmək müqaviləsinə imza atılmaması X5 Bakı şəhər İdarəsi tərəfindən əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işçinin işə cəlb edilməsi kimi anlaşılmaz olaraq qalmaqdadır. Bundan əlavə bildirir ki, vətəndaş S.Q.Abdullayev X8nə ünvanladığı müraciətdə işlədiyi aylar üzrə, yəni 03 fevral 2021-ci il tarixindən 12 iyun 2021-ci il tarixinə qədər əmək haqqını əlbəəl aldığını etiraf etmişdir. Belə ki, məhkəmə araşdırması vaxtı tərəfin müraciət ərizəsinə baxıldığında, bu açıq-aydın görüləcəkdir, çünki, bunu o, öz ərizəsində qeyd etmişdir. Vətəndaş S.Q.Abdullayev X8nə müraciət etməsinin əsası işəgötürən M.M.Qədirli tərəfindən onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70/ç maddəsi ilə işdən azad edilməsi olmuşdur. Belə ki, M.M.Qədirlinin istifadəsində olan və ünvan 1 ünvanında yerləşən "xxxx" Firma Mağazasında 02 fevral 2021-ci il tarixindən hal-hazırdakı dövrə qədər əmək müqaviləsi ilə satıcı vəzifəsində işləyən S.Q.Abdullayev ilə M.M.Qədirli arasında malların satışı və nağd pul əməliyyatları ilə bağlı qarşılıqlı üzləşmə aparılarkən mağazanın kassasında 7.398 (yeddi min üç yüz doxsan səkkiz) manat pul vəsaitinin çatışmazlığı aşkar edilmişdir. S.Q.Abdullayevdən çatışmayan 7.398 manat pul vəsaitinin müqəddəratı ilə bağlı soruşulduqda sonuncu çatışmayan pul vəsaitinin onun tərəfindən götürüldüyünü bildirmişdir. Qeyd edilənlərlə bağlı ona M.M.Qədirli tərəfindən xəbərdarlıq edilərək törətdiyi əməllə mağazanın fəaliyyətinə onun tərəfindən ciddi ziyan vurulduğu və törətdiyi hərəkətə görə yazılı izahat yazmalı olduğu bildirilmiş, S.Q.Abdullayev qeyd edilənlərlə bağlı izahat yazmaqdan imtina etmiş və işyerini icazəsiz olaraq tərk etmişdir, (həmin aktın surəti əlavə edilir) Bununla da işçi tərəfindən işəgötürənə maddi ziyan vurulduğu öz təsdiqini tapmışdır. Hal-hazırdakı dövrə qədər də vurulmuş olan ziyanın ödənilməsi ilə bağlı dəfələrlə ondan tələb edilsə də, hər dəfə vurulmuş ziyanı ödəməyəcəyini bildirməkdədir. Yəni ziyan vurulmuş olmasaydı, barəsində intizam tənbehi verilərək əmək müqaviləsinə xitam verilməsini mübahisələndirə, bununla bağlı müvafiq orqanlara öz şikayətini edə bilərdi. Ancaq etdiyi hərəkətlə ziyan vurduğunu bildiyi üçün heç bir halda ziyanın ödənilməsi üçün təşəbbüs göstərməməkdədir. Bu səbəbdən fərdi sahibkar M.M.Qədirli ilə işçi S.Q.Abdullayev arasında bağlanmış 03 fevral 2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70/ç maddəsinə əsasən xitam verilmişdir. Həmçinin inzibati araşdırma zamanı tərəflərindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12, 13 və 14-cü maddələrinin tələblərinə toxunulmuş, bu maddələrin tələblərinin birgə qiymətləndirilməsi nəticəsində işəgötürən M.M.Qədirli tərəfindən vətəndaş S.Q.Abdullayev ilə əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə xitam verilməsi zamanı hər hansı bir inzibati xətanın törədilmədiyi inzibati orqanın diqqətinə çatdırılmışdır. Belə ki, inzibati xəta törədilən zaman həmin xətanı törədən fiziki şəxsin, vəzifəli şəxsin və ya hüquqi şəxsin həmin xətaya münasibətdə subyektiv cəhəti formalaşmış olmalıdır. Yəni fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxs həmin xətanı qəsdən və ya ehtiyatsızlıqla törətmiş olmalıdır. Həmin Məcəllənin 14-cü maddəsinin tələblərinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Qeyd olunan normativ aktların tələblərindən də göründüyü kimi inzibati xəta hüquqa zidd, təqsirli və inzibati məsuliyyətə səbəb olan əməllər hesab olunmaqdadır. Yəni qanunvericiliyin tövsifindən də anlaşıldığı kimi inzibati xəta hesab olunan əməli (hərəkət və ya hərəkətsizliyi) törədən fiziki şəxsin, vəzifəli şəxsin və ya vəzifəli şəxsin həmin əməlin hüquqa zidd xarakterini əvvəlcədən dərk etmiş olması, onun zərərli nəticələrini qabaqcadan görüb bunları arzu etməsi, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermiş olması və ya törədilmiş əməlin nəticələrinin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olması, görməli olduğu halda onları görməməsi həmin əməlin inzibati xəta kimi qiymətləndirilməsi üçün əsas təşkil etməkdədir. Yuxarıda da qeyd edildiyi kimi 4 aydan artıq bir müddətdə mağazada satıcı kimi işləyərək əmək haqqı alması, fəaliyyət göstərdiyi mağazaya iş vaxtı ərzində gəlibgetməsi, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi işçi ilə işəgötürən arasında əmək münasibətlərini yaratdığına dəlalət etdiyi halda, sadəcə təqdim edilən əmək müqaviləsini işçinin səhlənkarlıq göstərərək imzalamaması işçinin əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi kimi qəbul edilməməli idi. Bu cəhətdən hesab edir ki, qanununvericiliyin tələbləri və yuxarıda qeyd edilən hallar işəgötürən M.M.Qədirlinin əməlində inzibati xətanın tərkib hissəsi olmadığı üçün 09 sentyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı həmin qərarın ləğv edilməsi üçün hüquqi əsas təşkil edir. Həmin Məcəllənin 135-ci maddəsinin tələblərinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən biilün faktiki halların araşdırılmaması səlahiyyətli orqanın (və/ifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yelirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər və qanunvericiliyin tələbləri vəzifəli şəxs M.M.Qədirlinin hərəkətində hər hansı bir inzibati xətanın tərkibinin yaranmadığı səbəbindən iş üzrə icraata xilam verilməsi və inzibati orqanın qərarının ləğv edilinəsi üçün hüquqi əsas təşkil edir. Göstərilənləri nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdaliəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş MN seriyalı ******* saylı 09 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xilam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi M.M.Qədirli şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, işçi S.Q.Abdullayev 03 fevral 2021-ci il tarixdə işə qəbul olunmuşdur. Əmək müqaviləsi onun tərəfindən imzalanaraq S.Q.Abdullayevə təqdim edilmişdir ki, sonuncu müqaviləni imzalasın, lakin o, müqaviləni imzalamamışdır. İşçi hər ay əmək müqaviləsində göstərilmiş məbləğdə əmək haqqı almışdır. S.Q.Abdullayev "xxxx" Firma Mağazasında kordinator vəzifəsində işləmişdir. O, sonuncuya hər ay vaxtında 400 manat məbləğində əmək haqqı ödəniş etmiş, müəyyən vaxtlarda isə 1.600 manat pul vermişdir. Daha sonra kassada pulların əksik olduğu aşkar edilmiş, pulları götürdüyü demişdir. Bundan sonra S.Q.Abdullayev izahat yazılması tələb edilsə də sonuncu izahat yazmaqdan imtina etmiş və mağazadan qaçmışdır. Daha sonra akt tərtib edilməsi ilə bağlı izahat yazılması deyilsə də sonuncu bundan da imtina etmiş və iş yerini heç kəsə məlumat vermədən tərk etmiş və buna görə də onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilmişdir. Bundan sonra S.Q.Abdullayev işdən əsassız çıxarılmasına görə Əmək Müfəttişliyinə şikayət vermiş, Əmək Müfəttişliyi tərəfindən araşdırılma aparılmış və bu qənaətə gəlinmişdir ki, S.Q.Abdullayev ilə əmək müqaviləsi imzalanmamışdır. Onun tərəfindən S.Q.Abdullayevin mağazanın kassasından 7.398 manat məbləğində pulun mənimsənilməsinə görə 19-cu Polis Şöbəsinə şikayət olunmuş, sonuncu polis şöbəsində izahat verərkən "xxxx" Firma Mağazasında satıcı işləməsini və 400 manat əmək haqqı almasını qeyd etmişdir. Həmçinin S.Q.Abdullayev hüquqlarının pozulmasını demişdir. Bundan başqa, S.Q.Abdullayev tərəfindən mağazaya gələn mallar 25 martda 2021-ci il tarixdə imzası ilə qəbul edilmişdir. S.Q.Abdullayevin işdən çıxarılmasının səbəbi mağazadan 7.398 manat mənimsəməsi olmuşdur. Belə ki, S.Q.Abdullayev barəsində cinayət işinin başlatmaq üçün auditin rəyini gözləyirlər. Göstərilənləri, onunla S.Q.Abdullayev arasında əmək müqaviləsinin olmasını nəzərə alaraq şikayətin təmin olunmasını və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi A.Ə.Məmmədov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, işçi S.Q.Abdullayev əmək haqqısını hər ay almışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi A.B.Əliyev bildirmişdir ki, Əmək Məcəlləsinin 44.3-cü maddəsinin tələbinə görə əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir. Buna görə də M.M.Qədirli barəsində düzgün olaraq protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. "xxxx" Firma Mağazası tərəfindən sistemə işçiylə işəgötürənin arasında bağlanmış əmək müqaviləsinin işçi tərəfindən imzalanmaması daxil edilmişdir. İşçi tərəfindən əmək müqaviləsi imzalamamışdırsa sonuncunun hüquqları pozulmuşdur. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 09 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, S.Q.Abdullayevin müraciətinə baxılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə M.M.Qədirli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 03 fevral 2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, S.Q.Abdullayev həmin tarixdə "xxxx" Firma Mağazasında kassir vəzifəsi ilə işə başlamış, ona hər ay 250 (iki yüz əlli) manat məbləğdə əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Lakin həmin müqavilə S.Q.Abdullayev tərəfindən imzalanmamışdır. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, M.M.Qədirli ilə S.Q.Abdullayev arasında 03 fevral 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan M.M.Qədirli və K.M.Qədirlinin iştirakları ilə tərtib edilmiş 10 iyun 2021-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" Firma Mağazasında 02 fevral 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək dövrə qədər əmək müqaviləsi ilə satıcı vəzifəsində işləyən S.Q.Abdullayev ilə M.M.Qədirli arasında malların satışı və nağd pul əməliyyatları ilə bağlı qarşılıqlı üzləşmə aparılarkən mağazanın kassasında 7.398 (yeddi min üç yüz doxsan səkkiz) manat pul vəsaitinin çatışmazlığı aşkar edilmişdir. S.Q.Abdullayevdən çatışmayan 7.398 (yeddi min üç yüz doxsan səkkiz) manat pul vəsaitinin müqəddəratı ilə bağlı soruşulduqda sonuncu çatışmayan pul vəsaitinin onun tərəfindən götürüldüyünü bildirmişdir. Qeyd edilənlərlə bağlı ona M.M.Qədirli tərəfindən xəbərdarlıq edilərək törətdiyi əməllə mağazanın fəaliyyətinə onun tərəfindən ciddi ziyan vurulduğu bildirildi və törətdiyi hərəkətə görə yazılı izahat yazmalı olduğu bildirilmişdir. S.Q.Abdullayev qeyd edilənlərlə bağlı izahat yazmaqdan imtina etmiş və işyerini icazəsiz olaraq tərk etmişdir. İş materiallarında olan 12 iyun 2021-ci il tarixli əmrin surətindən görünür ki, işçi S.Q.Abdullayev ilə imzalanmış 03 fevral 2021-ci il tarixli əmək müqaviləsinə Azərbaucan Respublikasının Əmək Məcəlləsinin 70/ç maddəsinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 12 iyun 2021-ci il tarixdən etibarən xitam verilmişdir. İş materiallarında olan 10 iyun 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, S.Q.Abdullayevin fəaliyyətinə 12 iyun 2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə və həmin Məcəllənin 72-ci maddəsinə əsaslanmaqla xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 25 iyun 2021-ci il tarixli qərardan görünür ki, material üzrə izahatı alınmış S.Q.Abdullayev "xxxx" Firma Mağazasında satıcı işlədiyini, hər ay 400 manat əmək haqqı almasını bildirmişdir. İş materiallarına əlavə edilmiş 25 mart 2021-ci il tarixli topdan satış faturasından görünür ki, S.Q.Abdullayev 3.911 manat 46 qəpik məbləğində olan malı öz imzası ilə qəbul etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, M.M.Qədirli 03 fevral 2021-ci il tarixdə S.Q.Abdullayev ilə əmək müqaviləsi bağlamış, həmin müqavilədə nəzərdə tutulmuş qaydada sonuncuya hər ay 250 manat məbləğində pul ödənilmiş, həmçinin M.M.Qədirli tərəfindən həmin müqavilə imzalanmış, lakin S.Q.Abdullayev tərəfindən imzalanmamışdır. Bundan sonra S.Q.Abdullayevin 7.398 manat məbləğində mağazaya ziyan vurması aşkar edilmiş və sonuncu Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, işəgötürən M.M.Qədirli S.Q.Abdullayevi işəgötürən zaman onun heç bir hüququnu pozmamış, qanunverciliklə müəyyən edilmiş qaydalara əsasən sonuncu ilə yazılı əmək müqaviləsi bağlamış, ona M.M.Qədirli tərəfindən müqavilədə müəyyənləşdirilmiş məbləğdən artıq miqdarda əmək haqqı da verilmişdir. Göründüyü kimi, M.M.Qədirli tərəfindən əmək qanunvericiliyinə əsasən yazılı əmək müqaviləsi hazırlanmış, işçiyə təqdim edilmiş və M.M.Qədirli tərəfindən həmin müqavilə imzalanmışdır. X11 tərəfindən düzgün araşdırılma aparılmamış və əsassız olaraq M.M.Qədirli barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilən səbəblərdən də, Məhkəmə belə hesab edir ki, M.M.Qədirli əməlində inzibati xəta tərkibi olmamışdır. Ona görə də, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 09 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və M.M.Qədirli barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddədə deyilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yəni inzibati tənbeh verən orqan şəxsin təqsirini sübut etməlidir. Təqsir inzibati xəta tərkibinin əsas komponentidir. Təqsir olmadan inzibati xəta tərkibi yarana və beləliklə həmin əmələ görə məsuliyyət nəzərdə tutula bilməz. Təqsir isə baş verən hadisə ilə törədilən əməl arasında səbəb-nəticə əlaqəsinin mövcud olmasıdır. Əgər hadisənin baş verməsinə səbəb həmin əməl deyilsə və ya həmin əməlin nəticəsində müvafiq hadisə baş verməyibsə bu əməl ilə hadisə arasında səbəb-nəticə əlqəsinin olmaması deməkdir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati cərimə tətbiq edilmiş M.M.Qədirlinin əməlində inzibati xəta tərkibi yoxdur. Həmçinin M.M.Qədirlinin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Hazırkı iş üzrə barəsində inzibati cərimə tətbiq edilmiş M.M.Qədirliyə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən - bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi M.M.Qədirlinin əməlində inzibati xəta tərkibi olmadığından şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 09 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 09 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2882/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2882/2021
07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver