Məhkəmə qərarları › İş №3(006)-2884/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2884/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2884/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, Şəxs MMC 29400.00 ABŞ dolları məbləğində vəsaiti 16 mart 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 23646.04 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin direktoru X1 məhkəməyə ərizə ünvanlayaraq Şəxs MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2025-ci il tarixli EP ******* saylı tərtib edilmiş inzibati xəta haqqında protokoluna baxılmasına dair iş vardır. Şəxs MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə 200 ABŞ dolları və xx.xx.2023-cü il tarixdə 29400 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" ASC-də olan cari hesabdan Belarus Respublikası, Minsk şəhəri, Pobeditel pr. ev 135, 196-5 ofisində yerləşən ООО «ВЕРТЕКС ИНДАСТРИ” şirkətinə xx.xx.2023-cü il tarixli №3/03 saylı müqaviləyə əsasən köçürmüşlər. xx.xx.2023-cü il tarixli №3/03 saylı müqaviləni imzalayarkən niyyəti biznes əlaqələrini genişləndirmək, yeni əlaqələr qurub gəlir əldə etmək olub, lakin, sonradan müəyyən olundu ki, ООО «ВЕРТЕКС ИНДАСТРИ" şirkətinin onun şirkətinə mal-material (пиломатериалы) göndərmək niyyəti olmamışdır. Dəfələrlə ООО «ВЕРТЕКС ИНДАСТРИ” şirkətinin rəhbərliyinə müraciət etdikdən sonra xx.xx.2024-cü il tarixdə 1153,93 ABŞ dolları və xx.xx.2024-cü il tarixdə 4600 ABŞ dolları cəmi 5753,93 ABŞ dolları məbləğində pul vəsaiti geri qaytarılmışdır. Qalıq borc 23846,07 ABŞ dolları təşkil edir. Tərəfindən Belarus Respublikasının hüquq-mühafizə orqanlarına şikayət edilmişdir və ООО «ВЕРТЕКС ИНДАСТРИ” şirkətinin səlahiyyətli şəxsləri barədə cinayət işinin başlanılması xahiş edilmişdir. xx.xx.2024-cü il tarixdə Minsk şəhərinin ОБЭП УВД əməkdaşları tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə tərəflərindən Minsk şəhərinin prokuroruna şikayət edilmişdir və Minsk şəhərinin prokurorunun müavininin qərarına əsasən əlavə araşdırma başlanılmışdır. xx.xx.2024-cü il əlavə təkrar araşdırma nəticəsində müəyyən edilmişdir ki, tərəflərindən köçürülən vəsait ООО «ВЕРТЕКС ИНДАСТРИ” şirkətinin kredit öhdəliklərinin icrasına (kreditin ödənilməsinə) yönəldilmişdir (köçürülən vəsait Belarus Respublikasında yerləşən şirkət tərəfində şəxsi maraqları üçün xərclənilmişdir!!!). xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən etmək olar ki, əlavə araşdırmalar nəticəsində cinayət işinin başlanması haqqında şikayəti təmin edilməmişdir və tövsiyə olunmuşdur ki, Belarus Respublikası, Minsk şəhərində yerləşən İqtisad Məhkəməsinə müraciət olunsun. Hazırda, Belarus Respublikası, Minsk şəhərində yerləşən İqtisad Məhkəməsinə və ya Bakı şəhərində yerləşən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən isə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Lakin, həmin məcəllənin ikinci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan əlavə razılaşmalara əsasən müəssisədə yaranan ağır maddi vəziyyəti nəzərə alaraq, biznes partnyorları xx.xx.2025-ci il tarixdə 3/03 saylı müqaviləyə əsasən müəssisəyə 23846,04 ABŞ dolları məbləğində vəsaiti “Bank Respublika" ASC-də olan cari hesablarına köçürmüşdür. Qanunvericiliyin tələblərini və qeyd edilənləri nəzərə alaraq Şəxs MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: -"xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. -16 mart 2023-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, Şəxs MMC 29400.00 ABŞ dolları məbləğində vəsaitin ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASCyə müraciət etmişdir. -"xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, 3/03 DD saylı, xx.xx.2023cü il tarixli müqavilə üzrə 23.847.82 ABŞ dolları məbləğində pul vəsaiti Şəxs MMC-nin hesabına qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs MMC 3/03 DD saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 29400.00 ABŞ dolları məbləğində xarici valyutada vəsait Şəxs MMC-nin hesabına qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar