Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2886/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X1nun iştirakı ilə, X2 Bakı Nəqliyyat Agentliyinin 23 aprel 2021-ci il tarixli BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin 23 aprel 2021-ci il tarixli BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, **-CJ-*** dövlət nömrə nişanlı, “MİTSUBİSHİ PAJERO MİNİK” markalı avtomabil qardaşı oğlu 2-ci Qarabağ vətən müharibəsi iştirakçısı X6 məxsusdur. 23.04.2021-ci ildə təxminən saat 13:04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində 3.27 dayanmaq qadağandır nişanının təsiri zonasında **-CJ-*** qeydiyat nişanlı avtomobil saxlanıldığı üçün xəta törətdiyinə görə barəsində BNA seriyalı ******* saylı protokol tərtib edimişdir. Bu protokola görə Azərbaycan Respubilkasının İnzibati Xətalar Məcələsinin 346.1-ci maddəsi nəzərdə tutularaq, Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati xətanın törədilməsinə görə ona 20 (iyirimi) manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin o, bu protokolla bağlı onu bildirir ki, həmin tarixdə “Pajero” markalı avtomobili o, idarə etməmiş, qardaşı X3 idarəsində olmuş, çünki həmin şəxsdə də onun kimi avtomobili idarə emək ücün vəkalət vardır. Hadisə ilə bağlı vəziyyəti ondan öyrənmişdir. Bu protokolun doğru olmadığını bildirir. Çünki o, həmin vaxt məcburi dayanma qaydasından istifadə etmişdir. Məcburi dayanma qaydasında deyilir ki, avtomobil xarab olarsa və ya sürücünün, sərnişinin səhətində problem yaranarsa, o zaman sürücü avtomobili yolun hərəkət hissəsindən kənarda digər sürücülərin hərəkətinə mane törətməmək şərti ilə park edə bilər və qəza dayanma işıqlarını yandırmalıdır. Kamera və foto görüntüdən görünür ki, o, avtomobilini park etdiyi zaman avtomobildən ayrılmamışdır. sərnişin düşürüb mindirməmiş və o cümlədən, yük daşıma və boşaltma da olmadığından aşkardır ki, avtomobil sadəcə məcburi dayanma-durma qaydalarına görə həmin yolun üzərində durmuşdur. Səhhətində problem olması ilə bağlı həmin vaxt avtomobili idarə edə biləcək vəziyyətdə olmamış və dərman içib bir qədər dərmanın təsiri nəticəsində yoluna dəvam etmişdir. Qeyd olunanları nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 23 aprel 2021-ci il tarixli BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənlərə oxşar məzmunlu izahat verib, sonda şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 23 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 20 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozma həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmiş, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən müvafiq sübutlar əldə edilməmişdir. Belə ki, **-CJ-*** dövlət nömrə nişanlı, “MİTSUBİSHİ PAJERO MİNİK” markalı avtomobilin xüsusi texniki vasitə ilə qeydə alınmış fotoşəkilləri mövcud olsa da, bu qeydə alınma zamanı avtomobilin məhz qadağanedici nişanın təsir dairəsində dayandığına dair sübutlar mövcud deyildir, törədilməsi ehtimal edilən inzibati xətanın məhz hansı yol nişanının təsiri altına düşməsi müəyyən edilmir. Bununla yanaşı şikayətin məzmunu və iş materialları ilə müəyyən olunur ki, sözügedən avtomobilin sahibi və istifadəçisi X7r, mülkiyyətçi tərəfindən yalnız zəruri hallarda idarə etmə səlahiyyəti ilə X4 və X11 etibarnamə verilmişdir. Törədilməsi ehtimal edilən inzibati xətanın avtomobilin məhz X2 idarə etməsi zamanı qeydə alındığına dair isə sübutlar yoxdur. Belə olan halda, inzibati xətanın məhz X5 tərəfindən törədildiyi barədə qənaətə gəlmək üçün hüquqi əsaslar yoxdur. Yuxarıda qeyd edildiyi kimi, məhkəmədə şikayətə baxılarkən müvafiq tədbirlər görülməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, qərarın əsaslılığına dair sübutlarını təqdim etməmişdir. Hansı ki, qanunvericiliyin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla da, məhkəmə iclasında X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozması faktiki olaraq müəyyən edilməmişdir. X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı Nəqliyyat Agentliyinin üzərinə qoyulsa da, adı çəkilən orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin 23 aprel 2021-ci il tarixli BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı Nəqliyyat Agentliyinin 23 aprel 2021-ci il tarixli BNA seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2886/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2886/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver