Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2887/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi - İbadzadə Anar Qənimət oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon DYPŞ tərəfindən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yeri barəsində icraat aparılan şəxsin olduğu ünvan hesab edilməlidir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, Şəxs ünvanı X1, Babək rayonu, Məzrə ərazi dairəsi, Məzrə kəndi-dir. Azərbaycan Respublikası İXM-in: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Hazırki halda İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yeri barəsində icraat aparılan şəxsin olduğu ünvan – X1, ünvan 2məlidir. Qeyd olunanlara əsasən Şəxsnın barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2025ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 114.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati material aidiyyəti üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2887/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2887/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver