Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2888/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev, ev 6; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs MMC-nin mülkiyyətində olan «TOYOTA COROLLA MİNİK» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 21:04-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Şəxs MMC məhkəməyə etiraz ərizəsi ünvanlayaraq barələrində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, inzibati orqanın tərtib etdiyi inzibati xəta haqqında protokola və təqdim edilən digər sənədlərə etiraz edirlər. Əlavə edilmiş poçt çatdırılma qəbzində (xəbərnamədə) qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, xəbərnamədə qeyd edilən 99PF502 və 77PC608 nömrə nişanlı avtomobillərdən yalnız 77PC608 ilə bağlı sorğu şirkətə daxil olmuşdur. O da vaxtında cavablanmışdır.(sorğu və cavab məktubu əlavə edilir) Xəbərnamənin mübahisəli edən məqam xəbərnamənin üzərində xx.xx.2025-ci il tarixli möhür olmasına rəğmən əl ilə yazılan xx.xx.2025-ci il tarixli çatıdırılma tarixinin qeyd edilməsidir. Bu tarixi şirkət əməkdaşı Dadaşova yazmamışdır. SX038959707AZ izləmə kodu üzrə axtarış verdiyimizdə də məktubun xx.xx.2025-ci il tarixdə şirkətə çatdırıldığı öz təsdiqini tapır.(sistemdən çıxarış əlavə edilir) Bu isə öz növbəsində xəbərnaməyə sonradan “qeydlər” edildiyinə əsaslı şübhələr yaradır. Hesab edirlər ki, 99PF502 “qeydi” də həmin “qeyd”lərdən biridir. Həmçinin Protokolda protokolun surətinin şirkət tərəfindən alınması və hüquqi şəxsə məlumat verilməsi qeyd olunmuşdur. Lakin, bunu təsdiq edən heç bir mötəbər dəlil inzibati xəta haqqında materiallara əlavə edilməmişdir. Ən əsas ziddiyyətli məqam isə Protokolun tərtib edilmə tarixidir. Protokol xx.xx.2025-ci il tarixdə tərtib olunub. Yəni, məktubun şirkətə çatdırılmasından 1 gün öncə. Bununla da sübut olunur ki, inzibati orqan Protokol tərtib edərkən mötəbər olmayan/yalançı sübuta istinad etmişdir. Mötəbər olmayan sübut əsasında protokol tərtib edilməsi, protokolun yanlış tərtib edilməsi deyil (geri qaytarılması üçün əsas deyil), protokolun qanunsuz və əsassız tərtib olunması hesab olunur (inzibati xəta haqqında iş üzrə icraata xitam verilmə əsası). İnzibati orqanın təqdim etdiyi dəlillərin bir-birinə zidd olmasından da göründüyü kimi şirkətin əməlində (hərəkət və ya hərəkətsizliyində) inzibati xəta tərkibi olmadığından şirkət barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmədən qeyd olunan halların nəzərə alınmasını və “X2 Sanayi ve Ticaret A.Ş X1 KZ LLP Joint Venture” MMC barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişlər. Şəxs MMC həmçinin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin məktubundan görünür ki, Şəxs MMC-yə məxsus «TOYOTA COROLLA MİNİK» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumatın verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş SX038959707AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai RPİ DYP Şöbəsi tərəfindən “X2” adına göndərilmiş və üzərində ** PF *** və ** PC *** qeydləri yazılmış xəbərnamə xx.xx.2025-ci il tarixdə “Dadaşova” soyadlı şəxs tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş göndərişlərin izlənməsi ilə bağlı çıxarışdan görünür ki, SX038959707AZ nömrəli göndəriş xx.xx.2025-ci il tarixdə alıcıya çatdırılmışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Qeyd olunan Məcəllənin 57.3-cü maddəsinə görə ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir, təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut da təqdim olunmamışdır. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: «X2 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2888/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2888/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver