Məhkəmə qərarları › İş №3(006)-289/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-289/2022

09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-289/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi Dövlət X8 04.12.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi Dövlət X8 04.12.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon DYPŞ-nin Yol Patrul Xidmətinin Baş inspektoru Polis leytenantı X5 tərəfindən 04.12.2021-ci il tarixində ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 327.1-ci maddələri ilə 200 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, barəsində qəbul edilmiş İXM-nin 332.3-cü maddəsi tətbiq edilə bilməzdi. Belə ki, “OPEL OMEGA GL” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X3 mülkiyyətindədir. Onun tərəfindən, 29.01.2014-cü il tarixində həmin avtomobili idarə etmək üçün ona ƏN-İİ 996113 nömrəli etibarnamə verilmişdir. 03.12.2021-ci il tarixində “OPEL OMEGA GL” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Nəsimi DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və yolda manevr qaydalarının pozulması və sürət həddinin aşılması adı ilə müvəqqəti saxlama meydançasına aparmışdır. Növbəti gün o və atası Nəsimi rayon X12 şöbəsində olmuşlar. Polis şöbəsində olan zaman mülki geyimdə, 3 saylı otaqda olan Rəşad adlı şəxs onlara bildirmişdir ki, məhkəmənin qərarı ilə 6 ay müddətində sürücülük hüququndan məhrum edilmişdir və avtomobili idarə edə bilməzdi. Lakin, 250 manat ödəniş edilərsə heç bir protokol yazılmayacağını bildirmişdir. O otaqdan çıxdıqdan sonra, atası tərəfindən bildirilmişdir ki, məhkəmənin qərarından xəbərsiz olduqlarından avtomobilin müvəqqqəti saxlama meydançasına yerləşdirilməsi qanunsuzdur, hər hansı bir ödəniş etməkdən imtina etmiş və bu haqda 102 xidmətinə və X11 cənab Vilayət Eyvazova teleqram vuracağını bildirmişdir. Bundan sonra heç bir protokol yazılmadan amtomobili müvəqəti saxlama meydançasından buraxmışlar. 21.12.2021-ci ildə ona qərar göndərilmiş və məlum olmuşdur ki, o və atası əsassız olaraq cərimə edilmişdir. Bundan sonra Xəzər Rayon Məhkəməsində olmuşdur. Məlum olmuşdur ki, həqiqətən də Xəzər Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 3(003)-920/2021 saylı qərarı ilə nəqliyyat vasitələrini idarə etmə hüququm 6 ay müddətinə məhdudlaşdırılmışdır. Məhkəmədə olarkən həmin qərardan xəbərsiz olduğunu bildirmişdir. Əvvəla, məhkəmənin qərarından xəbəri olsaydı, avtomobili idarə etməzdi. Bundan başqa, sürücülük vəsiqəsi də özündə olub. Bundan əlavə Xəzər Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 3(003)-920/2021 saylı qərarı üçün əsas olan hər hansı cərimənin olmasından xəbərsiz olmuşdur. Məsələnin tez həll olunması üçün və çoxdan qəbul edilmiş Məhkəməsinin qərarına xitam verilməsini istəmişdir. Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 3(003)-920/2021 saylı qərarı ilə iş üzrə icraata xitam verilmişdir. İXM-nin 53.0-cı maddəsində göstərir ki, inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə, habelə məcəllənin 53.0.5 - 53.0.7-ci maddələrin əlamətləri olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Nəzərə alsaq ki, 04.12.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını 21.12.2021-ci il tarixdə almışdır, onda prosseual müddətlər buraxılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 04.12.2021-ci il tarixli, TP ******* saylı qərarının qanunsuz olduğundan ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi X4 və barəsində şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə şikayətçinin və barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 04.12.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Opel Omega GL Minik” markalı, **-SS-*** dövlət nömrə nişanlı avtomobillə hərəkət qaydalarını pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Opel Omega GL Minik” markalı, **-SS-*** dövlət nömrə nişanlı avtomobillə hərəkət edərkən yol hərəkəti qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələri ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 200 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından və şikayətin məzmununda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın əsassız olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 04.12.2021-ci il tarixli, TP ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi Dövlət X8 04.12.2021-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar