Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2891/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X1 Zərər çəkmiş şəxs: X4 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1950-ci ildə İmişli rayonu, Çahar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, "xxxx" MTK-nın direktoru, İmişli rayonu, Çahar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 29.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 01.09.2020-ci il tarixli, 2(103)-3809/2020 saylı icra sənədi üzrə tələbi icra etmir. Məhkəmədə icra məmuru X2 izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 01.09.2020-ci il tarixli, 2(103)-3809/2020 saylı icra vərəqəsinə əsasən vurulmuş maddi ziyana görə "xxxx" MMC-dən 283.200 manat alınaraq X5 ödənilməlidir. İstifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 manat, mənəvi zərərin əvəzi qismində 500 manat "Pilot İnşaat-A” MMC-dən alınaraq X5 ödənilməlidir. Apellyasiya şikayətinin təqdim edilməsi ilə bağlı dövlət rüsumu qismində ödədiyi 30,40 manat "xxxx" MMC-dən alınaraq X5, təkrar apellyasiya baxışı keçirilmiş qiymətləndirmənin xərci olan 150 manat isə alınaraq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Həmin icra sənədi üzrə 01.06.2021-ci il tarixli qərarla icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbkar X7 23.06.2021-ci il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edib borclu tərəfindən onun xeyrinə heç bir ödənişin aparılmadığını və bu səbəbdən onunla bağlı tədbir görülməsini xahiş etmişdir. Tələbin təmini üçün zəruri tədbirlər görülmüş, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilsə də, onun adına tələbin yönəldilə biləcək heç bir əmlak növü aşkar edilməmişdir. Daha sonra icraata başlamaq haqqına qərar və bildiriş 28.07.2021-ci il tarixdə borclu "xxxx" MMC -nin rəhbəri Şəxs rəsmi təqdim olunmuş, şöbəyə verdiyi izahatında qərardan kassasiya şikayəti verildiyini, mövcud pandemiya vəziyyəti ilə əlaqədar maddi çətinlik səbəbindən tələbkarın xeyrinə ödəniş edilmədiyini bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu "xxxx" MMC-nin bank hesablarının üzərinə 09.07.2021-ci il tarixli inkasso sərəncamları icra olunması üçün “Günaybank” və "xxxx" ASC-lərə göndərilmişdir. Günaybank ASC-də borclunun bank hesablarında vəsait aşkar edilməmişdir. "xxxx" ASC-nin sorğusu əsasında Bakı Apellyasiya Məhkəməsinin 01.09.2020-ci il tarixli icra sənədi üzrə borclunun xarici valyuta olan pul vəsaitlərinin konvertasiyasının həvalə edilməsi barədə qərar qəbul edilərək inkasso sərəncamı icra olunması üçün banka göndərilmişdir. "xxxx" ASC-nin 28.09.2021-ci il tarixli cavab məktubunda hesablarda vəsait olmadığından blok qoyulduğu göstərilmişdir. Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, "xxxx" MTK icra sənədi üzrə tələbin icrasından boyun qaçırmır, məsələ ilə bağlı tələbkar Camal Rzayevlə dəfələrlə razılığa gəlməyə çalışır. Belə ki, tələbkar icra sənədi üzrə ödənilməli olan pulun əvəzində "xxxx" MTK-dan iki mənzil və qeyri-yaşayış sahəsi tələb etmiş, lakin hər dəfə ona təklif olunan mənzillərin yeri və ya yerləşdiyi mərtəbələrlə bağlı müxtəlif bəhanələr gətirdiyindən razılıq əldə etmək mümkün olmamışdır. C.Rzayev ona təklif kimi irəli sürülən mənzillərin yerləşdiyi mərtəbə və ya onların daxili konstruksiyası ilə bağlı əsassız iradlarını bildirmiş, həmçinin onun 200 kv.m qeyri-yaşayış sahəsi tələbi ərazinin ölçü baxımından genişliyi səbəbindən icranı çətinləşdirir. MTK tələbkara yalnız 50 kv.m ölçülü qeyri-yaşayış sahəsi təklif edə bilir. Buna baxmayaraq yenə də tələbkarla icra sənədinini icrası ilə bağlı razılıq əldə olunması üçün danışıqlar davam edir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 01.09.2020-ci il tarixli, 2(103)-3809/2020 saylı icra vərəqəsinə əsasən vurulmuş maddi ziyana görə "xxxx" MMC-dən 283.200 manat, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 manat, mənəvi zərərin əvəzi qismində 500 manat "xxxx" MMC-dən alınaraq onun xeyrinə ödənilməlidir. Lakin borclu "xxxx" MMC icra vərəqəsi üzrə tələbin icrasından yayınaraq heç bir ödəniş etməmişdir. Şirkət tərəfindən icra sənədi ilə bağlı pulun əvəzində ona mənzil təklif edilmiş, buna baxmayaraq həmin mənzilin yerləşdiyi mərtəbə və ya daxili konstruksiyası ilə bağlı tələblər ona uyğun olmamışdır. O, hər dəfə təklif edilən mənzillə bağlı öz istəklərini bildirsə də, MTK bəhanələr gətirib tələbin icrasından yayınır. Bundan başqa o, pulun müqabilində "xxxx" MMC-dən 200 kv.m qeyri-yaşayış sahəsi tələb etsə də, ona daha kiçik ölçülü ərazisi olan obyekt təklif olunur. Bu səbəbdən o, borclu "xxxx" MMC ilə icra sənədinin icrası üzrə razılığa gələ bilmir. Barəsində icraat aparılan şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş edir. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, borclu "xxxx" MTK-nin direktoru Şəxs tərəfindən icra sənədi üzrə icranın təmin edilməsi məqsədilə hərəkətlər edilir, Bakı Apellyasiya Məhkəməsinin 01.09.2020-ci il tarixli, 2(103)-3809/2020 saylı icra sənədinin icrası istiqamətində addımlar atır, məsələ ilə bağlı tələbkarla razılığa gəlinməsi üçün daim təşəbbüs göstərib təkliflər irəli sürür. Bu səbəbdən hazırda borclu şəxs tərəfindən icra sənədi üzrə tələbin icrasından qərəzli boyun qaçırması faktının mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2891/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2891/2021
15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver