Məhkəmə qərarları › İş №3(006)-2891/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2891/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2891/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DİN Baş X5 İdarəsi tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar qəbul edilmişdir. Barəsində cərimə yazılmasından və xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar qəbul edilməsindən məlumatlı olmamağına baxmayaraq, iki aya sonra qeyd olunan nəqliyyat vasitəsinə həbs qoyulması və onun sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması barədə DİN Baş X5 İdarəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun sürücülük hüququ xəbəri olmadan müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli. EQ 20303494 nömrəli qərar qəbul olunarkən, onun sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması barədə DİN Baş X5 İdarəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət olunarkən, bunun nəticəsində isə sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, X5 İdarəsinin vəzifəli şəxsləri öz qanunazidd hərəkətləri və hərəkətsizlikləri ilə nəqliyyat vasitəsini idarə etmək hüquqlarını, o cümlədən məlumat əldə etmək və şikayət etmək hüquqlarını məhdudlaşdırmışlar. Bundan sonra “QAZ 33021” yük markalı **-ME-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Accent” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini idarə etdiyi zaman barəsində sürücülük hüququnun müvəqqəti məhdudlaşdırıldığı və sürücülük hüququnun olmadığı, yəni İXM 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibatı xətanın törədilməsi əsası ilə İXP6646101 №-li protokolu və EQ/24494283 №-li qərarı tərtib edilmişdir. Hər iki protokola əsasən 400 manat cərimə olunmuşur. Barəsində tərtib edilmiş nə EQ 20303494 nömrəli qərardan, nə sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Nəsimi Rayon Məhkəməsinin qərarından xəbəri olmamışdır. Barəsində xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar qəbul olunmasından, həmin qərar əsasında ona 50 manat, daha sonra isə cərimə ödənilmədiyindən 80 manat olmasından və “QAZ 33021” yük markalı **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə həbs qoyulmasından İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə İXP6646101 №-li protokol tərtib olunarkən məlum olmuşdur. Bundan sonra, hüquqları pozulduğundan dərhal həmin qərarı verilməsini tələb etmiş, qərar ona rəsmi qaydada verildikdən sonra onun əsassız və qanunsuz olmasını hesab edərək qərardan məhkəməyə şikayət vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən şikayəti təmin edilmiş, DİN Baş X5 İdarəsi tərəfindən barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar əsassız olduğundan ləğv edilmişdir. Hesab edir ki, DİN Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərarı əsasında Nəsimi Rayon Məhkəməsi tərəfindən onun sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması və nəticədə İXM 332.3-cü maddəsinə əsasən İXP ******* №-li protokolun və EQ/24494283 №-li qərarın tərtib tərtib edilməsi əsassız və qanunsuz olmuşdur. Belə ki, yuxarıda da qeyd etdiyi kimi İXM 332.3-cü maddəsinə əsasən barəsində TP ******* №-li və EQ/24494283 №-li qərarların tcrtib edilməsinə əsas məhz xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar və Nəsimi Rayon Məhkəməsi tərəfindən onun sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar olmuşdur. Həmin qərar isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə əsassız olduğundan ləğv edilmişdir. Daha sonra tərəfindən Nəsimi Rayon Məhkəməsinə İXP6646101 №-li protokolun və EQ/24494283 №li qərarın ləğv edilməsi dair şikayət verilmişdir. Lakin məhkəmə şikayətini bir hissədə geri qaytararaq, məhkəmədə inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsini hüququ izah etmişdir. Bununla belə şikayətini digər hissədə, yəni EQ/24494283 №-li qərarın ləğv edilməsi hissəsində təmin etmişdir. Nəsimi Rayon Məhkəməsinin 3(006)- 1297/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixli EQ/24494283 №-li inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Daha sonra tərəfindən Baş X5 İdarəsinə rəsmi müraciət olunmuş, İXP6646101 №-li protokola əsasən qəbul edilmiş qərarın surəti istənilmişdir. Müvafiq olaraq barəsində xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar ləğv edildiyindən və onun əsasında qəbul edilmiş xx.xx.2024cü il tarixli TP ******* nömrəli qərar da əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. O, sürücüdür və ailəsinin yaşayış gəliri bu fəaliyyəti ilə əlaqəlidir. Lakin, DİN Baş X5 İdarəsinin vəzifəli şəxslərinin onun hüquqlarını kobud şəkildə pozması nəticəsində onun bu gün dövlətə 800 manatdan artıq borcu yaranmışdır. Halbuki, o, nə İXM 339.1-1-ci maddəsində, nə də İXM 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Lakin xx.xx.2024-cü ıl tarixli TP ******* №-li və xx.xx.2024-cü il tarixli EQ/24494283 №-li qərarların yazılmasına əsas olmuş xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar ləğv olunduğundan, həmin qərarların da ləğv olunmasını tələb etmək hüququ əsaslıdır və qanunidir. İXM 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətmədiyi artıq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)- 101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, yalnız inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati tərkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Məhkəmə qərarı ilə onun təqsirsiz olduğu sübut edilmiş, bu isə onun sürücülük hüquqlarının məhdudlaşdılmasının əsassız və qanunsuz olmasını, bunun nəticəsində isə sürücülük hüququnun olmamasına görə nəqliyyat vasitəsini idarə etdiyi barədə çıxarılmış protokollar əsassız olduğundan ləğv olunmalıdır. Qeyd etdiklərə əsasən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar