Məhkəmə qərarları › İş №3(006)-2894/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2894/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2894/2022 02.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1949-cu il tarixdə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN ******* saylı nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-661/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-2894/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin Qərardan verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2495/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-2894/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 izahat verərək bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-661/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC ilə iddiaçı X4 arasında bağlanmış 19 oktyabr 2011-ci il tarixli 240 saylı müqavilə 30 oktyabr 2012-ci il tarixindən ləğv edilmiş hesab edilməli, cavabdeh "xxxx" MMC-dən iddiaçı X2 xeyrinə 42.540 manat məbləğində pul, 10 manat dövlət rüsumu, cəmi 42.550 manat pul tutulmalıdır. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış borcluya könüllü icra ilə bağlı bildiriş göndərilmişdir. Lakin verilmiş müddət ərzində borc könüllü icra edilməmişdir. Nəsimi rayon icra şöbəsi tərəfindən verilmiş təqdimat əsasında məhkəmənin qərarı ilə "xxxx" MMC-nin adına qeydiyyatdan keçən bir sıra yük avtomobillərin üzərinə həbs qoyulmuşdur. Həmin nəqliyyat vasitələrindən biri satılaraq borcun bir qismi, yəni 7000 manat ödənilmiş, lakin qalan borc məbləği bugünədək ödənilməmişdir. Borclu tərəfindən icra tədbirləri yerinə yetirilərkən hər hansı hərəkət edilməmiş və məlumat verilməmişdir. Borclunun qeyd etdiyi avtomobillərin digər şəxslərin istifadəsində olması və həmin avtomobillərdən xəbərsiz olması onun inzibati məsuliyyətdən yayınması üçün əsas ola bilməz. Qalıq məbləğlə bağlı Şəxs borcun ödənilməsi üçün bildirişlər göndərilmişdir. Buna baxmayaraq, qalıq borc bu günə qədər ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, "xxxx" MMC hazırda fəaliyyətini dayandırmışdır, vəsaiti yoxdur, bu səbəbdən də qalan borcu ödəmək mümkün deyildir. Məhkəmə qətnaməsi icraya yönəldirilərkən avtomobillər "xxxx" MMC-nin mülkiyyətində olsa da, sonradan həmin avtomobillər etibarnamə əsasında satılmışdır. Müəssisənin mülkiyyətində olan avtomobillərin hal-hazırda harada olması barədə məlumatları yoxdur. Yalnız bir avtomobilin Qala qəsəbəsində olması barədə məlumatı vardır. İcra şöbəsi tərəfindən təqdimat verilərək avtomobillərin üzərinə həbs qoyulmasına etirazı yoxdur. Göstərilənlərin nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-661/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC ilə iddiaçı X4 arasında bağlanmış 19 oktyabr 2011-ci il tarixli 240 saylı müqavilə 30 oktyabr 2012-ci il tarixindən ləğv edilmiş hesab edilməli, cavabdeh "xxxx" MMCdən iddiaçı X2 xeyrinə 42.540 manat məbləğində pul, 10 mant dövlət rüsumu, cəmi 42.550 (qır iki min beş yüz əlli) manat pul tutulmalıdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-661/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir; İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə "xxxx" MMC-nin adına qeydiyyatdan keçən “Shacman SC3254DT384” yük markalı, 90JO-064 dövlət qeydiyyat nişanlı və “Shacman SC3254DT384” yük markalı, **- JO-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin üzərinə həbs qoyulmuşdur; İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(006)-241/2019 saylı qərarı ilə "xxxx" MMC-nin mülkiyyətində olan “Nissan Sunny” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur; İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(006)-265/2019 saylı qərarı ilə "xxxx" MMC-nin mülkiyyətində olan “Shacman SX3314DT366” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur; İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(006)-266/2021 saylı qərarı ilə "xxxx" MMC-nin mülkiyyətində olan “Shacman SX3314JR306” yük markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı və “Shacman SX3315DT326” yük markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur; İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin “borclunun əmlakının axtarılması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, borclu "xxxx" MMC-nin adına qeydiyyatda olan “Shacman” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsi tərəfindən verilmiş “əmlakın tələbkara təklif olunması haqqında” xx.xx.2021-ci il tarixli Təklifdən görünür ki, "xxxx" MMC-nin 123/21 saylı, xx.xx.2021-ci il tarixli avtomobilin qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən "xxxx" MMC-yə məxsus “Nissan Sunny” minik markalı, **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 7.000 (yeddi min) manat müəyyən edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin “borclunun əmlakının axtarılması haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, borclu "xxxx" MMC-nin adına qeydiyyatda olan “Shacman SX3314JR306” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı və “Shacman SX3315DT326” yük markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Nəsimi rayon icra şöbəsinin “borclunun axtarışı” haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-661/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, bu səbəbdən borclunun barəsində axtarış elan edilmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Həmçinin, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-661/2016 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi icraya yönəldilərkən avtomobillər "xxxx" MMC-nin mülkiyyətində olmuş və sonradan həmin avtomobillər etibarnamə əsasında satılmışdır. Lakin Şəxs uzun müddət həmin avtomobillər barədə məlumat verməmiş və icranın qanuni tələbini yerinə yetirməkdən imtina etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar