Məhkəmə qərarları › İş №3(006)-2905/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2905/2020

21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2905/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə rəisi X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi qaydada fəaliyyət göstərən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 mənzil 36 ünvanında yaşayan Şəxs barəsində Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında polis əməkdaşlarının qanuni tələbinə qəsdən məhəl qoymamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi X3 izahatında bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında Şəxs inzibati binaya daxil olmaq istəyərkən mühafizəşi tərəfindən buna icazə verilməməsi səbəbindən mübahisə yaratmış və polis əməmkdaşlarının müdaxiləsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə nizam-intizama riayət edilməsi tövsiyə edilsə də, Şəxs polis əməkdaşlarına müqavimət göstərməyə davam etmiş və inzibati binaya daxil olmağa təşəbbüs göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bir neçə dəfə polis əməkdaşları tərəfindən xəbərdarlıq edilsə də, həmin şəxs intizamsız hərəkətlərinə davam etmişdir. Nəticədə, Şəxs polis əməkdaşları tərəfindən qeyd olunanlar nəzərə alınmaqla Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirilmiş və orada onun şəxsiyyəti müəyyən olunduqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında olarkən inzibati binaya daxil olmaq istəmiş, lakin mühafizəçi tərəfindən heç bir ciddi əsas olmadan binaya daxil olmasına əngəl yaradılmışdır. Bu zaman həmin şəxs polis əməkdaşlarını çağırmış və ona fəaliyyətini davam etdirməsinə maneçilik törətməyimi bildirmişdir. Polis əməkdaşaları onu 22-ci Polis Şöbəsinə dəvət etmiş, o da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 22-ci Polis Şöbəsinə getmişdir. Sonradan onun şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən edildikdən sonra barəsində inzibati xəta haqında protokol tərtib edilmişdir. Lakin o, həmin protokolun tərtib edilməsinə etiraz edir və polisin qanuni tələbinə əməl etdiyini bidirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon X6-patrul xidməti bölüyü polis nəfəri X4 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında bir nəfər şəxsin zorla inzibati binaya daxil olmaq təşəbbüsü haqqında məlumat əldə edildikdən sonra xidmət yoldaşları ilə birlikdə hadisə yerinə getmiş və orada sonradan şəxsiyyəti ona məlum olan Şəxs intizamsız hərəkətlərini davam etdirdiyinin şahidi olmuşdur. Həmin şəxsə yaxınlaşaraq bir neçə dəfə bu hərəkətlərini dayandırılması tövsiyə edilmiş və intizamlı olması tələb olunmuşdur. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz qanunsuz hərəkətlərinə davam etmiş və polisin qanuni tələbini yerinə yetirməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşlarının birlikdə səyi nəticəsində Şəxs 22-ci Polis Şöbəsinə gətirilmiş və orada onun şəxsiyyəti müəyyən edilmişdir. Daha sonra həmin şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi Səbuhi Abbasov tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda iş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs faktiki olaraq xx xxxxxxx 2020-ci il tarixdən, saat 19:00-da inzibati qaydada tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar