Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2909/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş “xxxx” MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə “xxxx” MMC barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, şirkət Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 500 manat məbləğində cərimə edilmişdir. Bu qərar qanunsuz və əssasızdır. Belə ki, xx.xx.2020-ci il tarixdə cəmiyyətə məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 06, 14-cü km-də yerləşən “Hombridge” oteldə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X2 sektoru tərəfindən aparılmış müayinə nəticəsində yanğın texniki müayinə materiallarına baxılmasının nəticəsi üzrə bir sıra nöqsanlar qeyd olunaraq qərar qəbul edilmiş və onların dərhal aradan qaldırılması tələb olunmuşdur. Bu tələblərə əməl olunsa da, şirkət barəsində inzibati tənbeh tətbiq edilmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərar qurumun belə bir səlahiyyəti olmadan hüquqi şəxs barəsində qəbul edilmişdir. X5 Məcəlləsinin 18.5-ci maddəsinin tələbinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilməlidir. Qeyd olunanlara əsasən həmin qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş vermiş “xxxx” MMC-nin qanuni təmsilçisi X4 şikayəti müdafiə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən “xxxx” MMC İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 795 saylı Fərmanının 5.16-cı bəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 235, 243.0.4, 268, 276, 277, 311, 518, 519, 536 və 543-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən baxıldığı göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edir, qeyd olunan bu maddədə fiziki və vəzifəli şəxlərlə yanaşı, hüquqi şəxslərin də tənbehi nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin aidiyyəti müəyyən olunmuşdur. Lakin həmin normada yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi ilə bağlı rayon (şəhər) məhkəmələri tərəfindən işlərə baxmaq bilavasitə müəyyən edilməsə də, İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsində hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edilməsi göstərilmişdir. İşdən aydın olur ki, hüquqi şəxs olan “xxxx” MMC barəsində inzibati tənbeh vermə haqqında qərar səlahiyyətinə aid olmamasına baxmayaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, bununla da qanunvericiliyin yuxarıda göstərilən imperativ tələbi pozularaq iş baxılması üçün məhkəməyə göndərilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunan Məcəllənin 134.1.5-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2909/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2909/2020
02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver