Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-291/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri Nəsimi Rayonu, Kaveroçkin küçəsi, ev 30, mənzil 87; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi üzrə tərtib olunmuş 12.01.2022-ci il tarixli, EP ******* (00100- 0075/22) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasının «MARKOR İNTERNATİONAL FURNİTURE (TİANJİN) MANUFACTURE CO LTD» şirkətindən 21MK-367/01A nömrəli 22.09.2021-ci il tarixli invoys sənədi ilə göndərilmiş 87 ədəd «ağac mebellər» 56D58710/56D58810 nömrə nişanlı yük avtomaşınında, ********** HNSU2072003 nömrəli 24.11.2021-ci il tarixli invoys sənədi ilə göndərilmiş 1174,92 kq «metal mebellər» 25A27110/25A27210 nömrə nişanlı yük avtomaşınında, 21MK-367/01B nömrəli 22.09.2021-ci il tarixli invoys sənədi ilə göndərilmiş 91 ədəd «ağac mebellər» 38D69910/38D70010 nömrə nişanlı yük avtomaşınında, 21MK-367/01D nömrəli 22.09.2021-ci il tarixli invoys sənədi ilə göndərilmiş 80 ədəd «ağac mebellər» 10AA40910/10AA41010 nömrə nişanlı yük avtomaşınında, 21MK-367/01A nömrəli 22.09.2021-ci il tarixli invoys sənədi ilə göndərilmiş 87 ədəd «ağac mebellər» 56D58710/56D58810 nömrə nişanlı yük avtomaşınında 09 dekabr 2021-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin «Astara» gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə Bakı Baş Gömrük İdarəsinə verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlərin göndərilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarışdan aydın olur ki, Çin Xalq Respublikasının «MARKOR İNTERNATİONAL FURNİTURE (TİANJİN) MANUFACTURE CO LTD» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilmiş mallar 09.12.2021-ci il tarixində ölkəyə çatdırılmışdır; - 28.12.2021-ci il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından daxil olan yüklərin (**********4529, **********3866, **********3817, **********5224, **********3878, **********3840 qısa idxal bəyannamələri) 81E15910/81E16010 nömrəli avtomaşınlarda «İpək Yolu» gömrük postuna çatması VAİS proqramında 09.12.2021, 10.12.2021, 11.12.2021-ci il tarixlərində təsdiq olunmuşdur. İdxal olunan yüklərə dair gömrük bəyannaməsi, Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə görə 15 (on beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməli olduğu halda, hələ də təqdim edilməmişdir. - Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə görə gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-291/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-291/2022
14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver