Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2912/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay, ev 150, mənzil 10; VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs mülkiyyətində olan «TOYOTA CAMRY HİBRİD MİNİK» markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 16:22-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 izahat verərək bildirdi ki, sözügedən sorğuya tərəflərindən xx.xx.2025-ci il tarixli cavab məktubu ilə cavab verilmiş və məktubda qeyd edilmişdir ki, müəssisəyə məxsus «TOYOTA CAMRY HİBRİD MİNİK» markalı (qeydiyyat şəhadətnaməsi BB№616651), **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarənin sürücüsü AC 098393 nömrəli sürücülük vəsiqəsinin sahibi X3 idarə edir. Qeyd olunan sorğuya vaxtında cavab verilməməsinə səbəb isə o olmuşdur ki, həmin sorğu Şəxs MMC-yə deyil, "xxxx" MMC-yə göndərilmişdir. Halbuki onlar ayrı-ayrı şirkətlərdir. Sorğu "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixində təhvil alınmış, daha sonra tərəflərindən araşdırma aparılan zaman sorğuda göstərilən avtomobilin Şəxs MMC-yə məxsus olduğu müəyyən edilmiş və həmin sorğu aidiyyəti üzrə onlara göndərilmiş, onlar da 5 gün müddətində sorğuya cavab vermişlər. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X7 Şöbəsinin məktubu və müvafiq poçt qəbzindən aydın olur ki, Şəxs MMC-yə məxsus «TOYOTA CAMRY HİBRİD MİNİK» yük markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 16:22-də İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-yə çatdırılmışdır. İş materiallarında olan Şəxs tərəfindən Nəsimi RPİ X7 Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda müəssisəyə məxsus «TOYOTA CAMRY HİBRİD MİNİK» markalı (qeydiyyat şəhadətnaməsi BB№616651), **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarənin sürücüsü AC 098393 nömrəli sürücülük vəsiqəsinin sahibi X1 idarə etdiyi qeyd olunmuşdur. Beləliklə aydın olur ki, Şəxs mülkiyyətində olan «TOYOTA CAMRY HİBRİD MİNİK» yük markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 16:22-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində məlumat qanunla müəyyən edilmiş vaxtda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X7 Şöbəsinə təqdim edilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2912/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2912/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver