Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2914/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(103)-2153/2022 saylı icra sənədi üzrə borclu Şəxs 51.000 (əlli bir min) manat tələbkar G.A.Məmmədovaya ödənilməlidir. Lakin tələb tam şəkildə təmin edilməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon İcra Şöbəsinin icra məmuru N.H.İbişova inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 2153/2022 saylı icra sənədinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, bina № 98-də yerləşən 34№-li mənzilə dair Şəxs ilə G.A.Məmmədova arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və Bakı şəhəri 11 saylı Notariat Kontoru tərəfindən həmin tarixdə rəsmiləşdirilərək reyestrdə 4Ə-202 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* №-li “Alqı-satqı müqaviləsi” və həmin müqavilənin yaratdığı hüquqi nəticələr, o cümlədən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” G.A.Məmmədovanın adına verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı “Çıxarış” etibarsız hesab edilmiş, 51.000 (əlli bir min) manat məbləğində pul Şəxs tutularaq G.A.Məmmədovaya ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, borclunun əmlakı üzərinə həbs qoyulması və ölkədən getmək hüququnun məhdudlaşdırılması qərara alınmışdır. Borclunun qeydiyyatda olduğu və yaşadığı ünvana baxış keçirilmiş və orada tələbin yönəldilə biləcək əmlak aşkar edilməmişdir. Daha sonra borc üzrə tələbin borclunun ərinin (arvadının) birgə mülkiyyətində olan əmlaka yönəldilməsi haqqında təqdimat verilmişdir. Həmçinin borclunun adına hər hansı daşınar və ya daşınmaz əmlakın olub-olmaması yoxlanılmış, lakin heç bir mülkiyyət aşkar edilməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən hələdə yayınmaqdadır. Hazırda borclunun ödənilməmiş 12.360 manat borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilibməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru N.H.İbişova məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra sənədi 8 aydırki, icraatdadır, borclu icra şöbəsinə dəvət edilərək izahatı alınmış, 3.400 və 2.500 manat məbləğlərində ödənişlər edilmişdir, həmçinin tələb borclunun təqaüdünə yönəldilmişdir. Borclunun adına bir daşınmaz əmlak olsa da, həmin əmlaka tələb yönəldilə bilmir. Sonuncunun barəsində protokol tərtib edilməsinin səbəbi tələbkarın borcun ona tam ödənilməsi tələbi olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, icra sənədindən məlumatlıdır. 2015-ci ildən pensiya alır. Adına olan bir daşınmaz əmlak var, o həmin əmlakı banka girov qoyub kredit götürmək istəsə də problem yaranmış və ona kredit verilməmişdir. O, da borcum tam ödənilməsində maraqlıdır, lakin tam ödəmək imkanı yoxdur. Bundan başqa, o, müharibə veteranıdır, xidmətdə fərqləndiyinə görə döş nişanı ilə təltif edilmişdir. Həmçinin o, heç vaxt icra məmurunun çağırışlarından yayınmamış, vaxtlı-vaxtında çağırışlara gəlmiş və ödənişlərini etmişdir. Göstərilənləri, vaxtlı-vaxtında ödənişlər etməsini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən nümayəndə və vəkil Q.A.Ağayev izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs yoldaşının müalicəsi üçün pula ehtiyacı olur. Sonuncu da borcunu tam ödəmək üçün adına olan evi banka qoyub kredit almaq istəyir, lakin həmin ev 1969-cu ildə tikildiyindən bank pul vermir. Həmçinin bu ilin mart ayından onun bank hesablarına inkasso qoyulmuşdur. Bundan başqa, Şəxs hal-hazırda borcunu tam ödəməyə maddi imkanı yoxdur, indiyənədək hissə-hissə ödənişlər edib, borc tələbi üzrə ödəniş əmək pensiyasınada yönəldilib, həmçinin sonuncu müharibə veteranıdır. Göstərilənləri Şəxs borcunu ödəməkdən yayınmamasını, əksinə borcunu ödəmək üçün istəkli olmasını, kreditlərlə ödəniş etməsini, yaşlı və xəstə həyat yoldaşının olmasını, hazırda borcu tam ödəməyə imkanı olmamasını, qərəzli olaraq icra sənədinin ödənişindən yayınmamasını nəzərə alaraq sonuncunun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar G.A.Məmmədova öz izahatında göstərmişdir ki, maddi ehtiyacı olduğu üçün borcun tam ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2153/2022 saylı icra sənədindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, bina № 98-də yerləşən 34№-li mənzilə dair Şəxs ilə G.A.Məmmədova arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və Bakı şəhəri 11 saylı Notariat Kontoru tərəfindən həmin tarixdə rəsmiləşdirilərək reyestrdə 4Ə-202 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* №-li “Alqı-satqı müqaviləsi” və həmin müqavilənin yaratdığı hüquqi nəticələr, o cümlədən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” G.A.Məmmədovanın adına verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı “Çıxarış” etibarsız hesab edilmiş, 51.000 (əlli bir min) manat məbləğində pul Şəxs tutularaq G.A.Məmmədovaya ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi Rayon İcra Şöbəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2153/2022 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Nəsimi Rayon İcra şöbəsinin məktubundan görünür ki, borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan elektron sistem üzrə çıxarışlardan görünür ki, Şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs mülkiyyətində olan Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 98 saylı evin 34 nömrəli mənzilinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan 27 və 30 mart 2023-cü il tarixli inkasso sərəncamlarından görünür ki, Şəxs hesabında olan 864.45 manat və 40 manat vəsaitlərin üzərinə inkasso sərəncamı qoyulmuşdur. İş materiallarında olan 28.03 və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Şəxs 3.400 manat və 2.500 manat məbləğində pul vəsaitini tələbkar G.A.Məmmədovaya vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs 685.14 manat məbləğində pul vəsaitini tələbkar G.A.Məmmədovaya ödəmişdir. İş materiallarında olan AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 2 nömrəli mənzilinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 2153/2022 saylı icra sənədi üzrə borclu Şəxs ölkədən getmək hüququq müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, borclu Şəxs qeydiyyatda olduğu və yaşadığı ünvan 2 ünvanına icra məmurları tərəfindən baxış keçirilmiş və həmin ünvanda tələbin yönəldilməsinin mümkün olduğu əmlak aşkar edilməmişdir. Həmin mənzil 2 otaq, 1 mətbəxdən ibarətdir və mənzildə tələbin yönəldilməsinin mümkün olduğu əşya aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, Şəxs müharibə veteranıdır və xidmətdə fərqləndiyinə görə döş nişanı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2153/2022 saylı icra sənədinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, bina № 98-də yerləşən 34№-li mənzilə dair Şəxs ilə G.A.Məmmədova arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və Bakı şəhəri 11 saylı Notariat Kontoru tərəfindən həmin tarixdə rəsmiləşdirilərək reyestrdə 4Ə-202 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* №-li “Alqı-satqı müqaviləsi” və həmin müqavilənin yaratdığı hüquqi nəticələr, o cümlədən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” G.A.Məmmədovanın adına verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı “Çıxarış” etibarsız hesab edilmiş, 51.000 (əlli bir min) manat məbləğində pul Şəxs tutularaq G.A.Məmmədovaya ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, borclunun əmlakı üzərinə həbs qoyulması və ölkədən getmək hüququnun məhdudlaşdırılması qərara alınmışdır. Borclunun qeydiyyatda olduğu və yaşadığı ünvana baxış keçirilmiş və orada tələbin yönəldilə biləcək əmlak aşkar edilməmişdir. Daha sonra borc üzrə tələbin borclunun ərinin (arvadının) birgə mülkiyyətində olan əmlaka yönəldilməsi haqqında təqdimat verilmişdir. Həmçinin borclunun adına hər hansı daşınar və ya daşınmaz əmlakın olub-olmaması yoxlanılmış, lakin heç bir mülkiyyət aşkar edilməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən hələdə yayınmaqdadır. Hazırda borclunun ödənilməmiş 12.360 manat borcu qalmışdır. Buna görə də xx.xx.2023-cü il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs borcunu tam ödəmək üçün adına olan evi banka qoymaq niyyətindədir, əmək pensiyasına inkasso sərəncamı qoyularaq borcun həmin hesablardan çıxarılır, sonuncunun adına hər hansı daşınar və ya daşınmaz əmlakının yoxdur və borcun tam ödənilməsində maraqlıdır. Bundan başqa, borclunun borcunu tam ödəməyə maddi imkanı yoxdur, indiyənədək hissə-hissə ödənişlər etmişdir və 51.000 manat borcdan 12.360 manat qalıq qalmışdır. Göründüyü kimi, hazırda sözügedən icra sənədi üzrə borc Şəxs tərəfindən hissəhissə ödənildiyindən və borcun ödənişindən yayınmadığından həmin icra sənədinin sonuncu tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2914/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2914/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver