Məhkəmə qərarları › İş №3(006)-2921/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2921/2021

08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2921/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs "xxxx" ASC-nin idarə heyətinin sədri X8 müdafiəçisi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X15 tərəfindən qəbul edilmiş 20.09.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan "xxxx" ASC-nin idarə heyətinin sədri X8 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin idarə heyətinin sədri X13 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X15 tərəfindən qəbul edilmiş 20.09.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi 14 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxaraq 20 sentyabr 2021-ci il tarixində MN0646694 nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, 28 sentyabr 2021-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə daxil olmuşdur. Hesab edir ki, X14 Xidmətinin Bakı şəhər İdarəsi iddiaçı tərəfindən təqdim edilən sübutları düzgün araşdırmamış, İnzibati Xətalar Məcəlləsinin və Əmək Məcələsinin müddəalarını düzgün şərh etməyərək ədalətsiz nəticəyə gəlmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 20 sentyabr 2021-ci il tarixində qəbul etdiyi MN0646694 nömrəli İnzibati tənbeh vermə haqqında qərarında qeyd edilmişdir ki, vətəndaş X4 ilə bağlanmış əmək müqaviləsinə əmək qanunveriiliyinin tələbləri pozularaq xitam verilmişdir. Nəticədə "xxxx" ASC-nin İdarə Heyətinin sədri X13 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsidə nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bununla əlaqədar olaraq barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, X4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri gözlənilmiş və heç bir halda bu tələblərin pozulmasına yol verilməmişdir. "xxxx" ASC ilə X4 arasında 17.12.2014-cü il tarixində 296 saylı əmək müqaviləsi bağlanmış və o, Bankın Müştəri Xidmətləri departamentinin Nəzarət Şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. 16.06.2021-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilən tarixə qədər o, "xxxx" ASC-nin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 21 iyun 2021-ci il tarixində Azərbayan Respublikasının Mərkəzi Bankı 26-07927-2021 nömrəli məktubla "xxxx" ASC-yə müraciət edərək vətəndaş X5 Mərkəzi Banka daxil olmuş müraciətində qeyd olunanlar ilə bağlı araşdırmanın aparılmasını və nəticəsi barədə məlumatın Mərkəzi Banka təqdim edilməsinə dair göstəriş vermişdir. X10 müraciətində (ərizəsində) qeyd etmişdir ki, o, my.gov.az hökumət portalında şəxsi kabinetinə daxil olduqda “sorğulanmış məlumatlarım” bölməsində müştərisi olmadığı "xxxx" ASC tərəfindən 18.09.2020-ci il tarixində X3 (FİN) görə şəxsin fərdi məlumatlarının verilməsi haqqında 3 (üç) dəfə sorğu olunduğunu görmüşdür. X10 müraciətində bu əməlin cinayət məsuliyyətinə səbəb olan hal olduğunu bildirmiş və sorğu edən qurumda (“Azər-Türk Bank ASC-də) onun keçmiş həyat yoldaşı X6 anası olan X1 başqa tanışının olmadığını qeyd etmişdir. Qeyd edilənlərdən irəli gələrək "xxxx" ASC-nin aidiyyəti struktur bölməsi daxili yoxlamanın aparılmasına başlamışdır. Araşdırma aparılarkən Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş Nəzarət şöbəsinin rəisi X2 və digər iki əməkdaşın izahatı alınmışdır. X4 izahatında 18.09.2020-ci il tarixində gəlini X5 işləyibişləməməsi barədə məlumatı öyrənmək üçün Müştəri Xidmətləri Mərkəzinin direktoruna onun şəxsiyyət vəsiqəsinin məlumatlarını verdiyini qeyd etmişdir. Aparılmış daxili yoxlamanın nəticəsində X7 aid fərdi məlumatların “Asan Finans” sistemindən əldə edilərkən onun icazəsinin alınmaması və bununla da müvafiq qanunvericilik normalarının tələblərinin və əmək müqaviləsi üzrə müəyyən edilən öhdəliklərin pozulması faktı aşkar olunmuşdur. X4 da daxil olmaqla pozuntuya yol vermiş işçilər 25 iyun 2021-cil il tarixində 143/k saylı əmrlə 25.06.2021-ci il tarixindən 08.07.2021-ci il tarixinədək müvəqqəti olaraq işdən kənarlaşdırılmışdırlar. Müvəqqəti olaraq işdən kənarlaşdırılma müddəti 08.07.2021ci il tarixində bitsə də, X4 işə gəlməmiş və bunun səbəbini xəstə olması ilə əlaqələndirmişdir. Kənarlaşma müddəti bitdikdən sonra üzürlü səbəbdən işdə olmamasını təsdiq edən əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etməklə X4 12.07.2021-ci il tarixində işə başlamışdır. Təqdim edilmiş vərəqədə onun 12.07.2021-ci il tarixində işə başlamalı olduğu qeyd edilmişdir. Qeyd olunmalıdır ki, X4 işə çıxdığı gün yoxlamanın nəticəsinə əsasən ona intizam tənbehinin veriləcəyi ilə bağlı şifahi şəkildə məlumatlandırılmışdır. 13.07.2021-ci il tarxində X4 işə gəlmiş və elə həmin gün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən tarixdə X2 iş yerində (bankın inzibati binasına daxil olması) olması faktını təsbit edən, bankın təhlükəsizlik kameralarının qeydə aldığı görüntülər bir daha sübut edir ki, 13.07.2021-ci il tarixində o işdə olmuşdur. Bununla belə, X4 ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyindən o, həmin gün saat 12 radələrində bankın inzibati binasını tərk etmişdir. Elə həmin gün o, yenidən X19 müraciət edərək əmək qabiliyyətinin olmaması barədə yeni vərəqə açdırmış və həmin vərəqə vasitəsilə manipulyasiyalar edərək işəgötürənin əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini pozduğunu iddia etmişdir. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi barədə X9 20 sentyabr 2021-ci il tarixli qərarı əsaslandırılmamış, pozuntuların nədən ibarət olması göstərilməmiş, sadəcə olaraq pozuntuya yol verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan əlavə, İXM-nin 12-ci maddəsində inzibati xətanın anlayışı verilmişdir. Həmin maddəyə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan normaların məzmunundan görünür ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması üçün əməl qorunan ictimai münasibətlərə qəsd etməli, hüquqazidd olmalı, təqsirli sayılmalı və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 5.1-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları (vəzifəli şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 129.5-ci maddəsinə görə İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunur. Göstərilənləri nəzərə alaraq məhkəmədən X9 Bakı şəhər İdarəsinin rəisi X11 qəbul etdiyi MN seriyalı ******* nömrəli 20.09.2021-ci il tarixli qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs "xxxx" ASC-nin idarə heyətinin sədri X8 vəkili Vəkil şikayət ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək X13 barəsində X9 Bakı şəhər İdarəsinin rəisi X15 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 20 sentyabr 2021-ci il tarixli qərarın qanunsuz və əsassız olduğunu hesab edərək məhkəmədən həmin qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X15 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 20 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 14 sentyabr 2021-ci il tarixli, MN ******* saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq, müəyyən edilmişdir ki, vətəndaş X2 əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələbləri pozulması faktı aşkar edilmişdir. Nəticədə "xxxx" ASC-nin idarə heyətinin sədri X13 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, X4 ilə "xxxx" ASC arasında olan əmək müqaviləsinə 13 iyul 2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Razyev tərəfindən "xxxx" ASC-nin İdarə Heyətinin sədri Orxan Hüseynova ünvanlanmış 26 avqust 2021-ci il tarixli, 007-11081-1221 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan X10 DİN-nə müraciət edərək onun xəbəri olmadan 18 sentyabr 2020-ci il tarixdə "xxxx" ASC tərəfindən fərdi identifikasiya nömrəsi üzrə sorğular verildiyini və keçmiş qaynanası X2 "xxxx" ASC-nin əməkdaşı olduğunu bildirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin İdarə Heyətinin sədri Orxan Hüseynov tərəfindən imzalanmış 25 iyun 2021-ci il tarixli, 143/u saylı əmrin surətindən görünür ki, "xxxx" ASC-nin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş məzarət şöbəsinin rəisi X4 25 iyun 2021-ci il tarixdən 08 iyul 2021-ci il tarixədək işdən kənarlaşdırılmışdır. İş materiallarında olan X21 tərəfindən əmək qabiliyyətinin olmamasına dair 166695 saylı vərəqədən görünür ki, X4 əmək qabiliyyətinin olmamasına görə 12 iyul 2021-ci il tarixədək işdən azad edilmişdir. İş materiallarında olan “my.gov.az” hökumət portalından əldə edilmiş çıxarışın surətindən görünür ki, X7 aid şəxsi kabinetin “sorğulanmış məlumatlarım” bölməsində "xxxx" ASC tərəfindən 18 sentyabr 2021-ci il tarixdə, 14:46 radələrində üç dəfə sorğulanmışdır. İş materiallarında olan diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X4 13 iyul 2021-ci il tarixdə "xxxx" ASC inzibati binasında olmuşdur. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, hazırki halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından inzibati xəta hadisəsinin baş verdiyini sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşür. Buna görə də, məhkəmə inzibati məsuliyyətə cəlb olunmalı olan şəxsin təqsirli olması barəsində mötəbər sübutları məhkəməyə təqdim etmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə məhkəmə bildirişi göndərmiş, lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X8 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair sübut təqdim olunmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, X5 aidiyyəti orqanlara müraciəti əsasında verilmiş sorğular nəticəsində X2 vəzifə səlahiyyətini aşaraq "xxxx" ASC adından X7 aid “my.gov.az” hökumət portalında şəxsi kabinetinə daxil olması müəyyən edilmişdir. Bu səbəbdən, X4 08 iyul 2021-ci il tarixədək işdən kənarlaşdırılmış, daha sonra X21 tərəfindən əmək qabiliyyətinin olmamasına dair 166695 saylı vərəqə əsasında sonuncu 12 iyul 2021-ci il tarixədək işdən azad olunmuşdur. X4 12.07.2021-ci il tarixində işə başlamışdır. O, işə çıxdığı gün yoxlamanın nəticəsinə əsasən ona intizam tənbehinin veriləcəyi ilə bağlı şifahi şəkildə məlumatlandırılmışdır. X4 13 iyul 2021-ci il tarixdə "xxxx" ASC-yə gələrək iş fəaliyyətini davam etdirmək üçün gəlmiş və həmin tarixdə də onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Yuxarıda qeyd olunan hallardan görünür ki, şəxsin əmək müqaviləsinə xitam qanunvericiliyin tələblərinə riayət edilməklə verildiyindən, X13 tərəfindən İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə faktla bağlı tərtib edilmiş 14 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 20 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Yenə həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2 bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3 bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X13 tərəfindən verilmiş şikayət təmin edilməli, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun barəsində qəbul edilmiş MN seriyalı ******* nömrəli 20 sentyabr 2021-ci il tarixli saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X9 Bakı şəhər İdarəsinin rəisi X11 qəbul etdiyi MN seriyalı ******* nömrəli 20 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icrata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar