Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2922/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: X1 iştirakları ilə X1 Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən tərtib edilmiş 22.09.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 barəsində Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə 22.09.2021-ci il tarixdə EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan protokol əsasında qəbul edilmiş qərarla bağlı X3 şikayətlə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək bildirdi ki, 22.09.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ona təqdim edilməyib, sadəcə olaraq protokolu tərtib etmiş şəxs şifahi olaraq ona bu qərarın Elektron Hökümət” portalına yerləşdirdiyini söyləyib. Məhkəmə tərəfindən Elektron Hökümət” portalına (“e-gov.az”) baxış keçirilərkən müəyyən edildi ki, 22.09.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolla bağlı inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə portala yerləşdirilməyib. Bununla əlaqədar şikayətçi X3 şikayətinin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq qərarından şikayət verilən qurumun nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X1 hazırkı şikayətin baxılmadan geri qaytarılması barədə vəsatətini nəzərə alaraq hesab edir ki, vəsatət təmin edilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52-ci və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən tərtib edilmiş 22.09.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2922/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2922/2021
11.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver